Bir gündə iki hadisə - məkan eynidir
28.01.2023 [10:35]
Terrordan sonra...
Nicat
Məlum terror hadisəsindən sonra günorta saatlarında İranın Azərbaycandakı səfirliyinin əməkdaşları diplomatik nümayəndəlikdən sənədlərlə birgə qaçıblar. Bunu səfirlik binasının qarşısından yerli jurnalistlərin canlı yayımladıqları videomateriallardan aydın şəkildə görmək olur. Media nümayəndələri hər nə qədər baş verən hadisə ilə bağlı suallarını ünvanlamaq istəsələr də, iranlı diplomatların səfirlik binasını tərk etmələri səbəbindən bu, baş tutmayıb.
Azərbaycanın İrandakı səfirliyində isə təhlükəsizliyin təmin olunması səbəbindən silahlı hücumdan sonra səfirliyin əməkdaşları təxliyə ediliblər. Bunu Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə mətbuata açıqlamasında bildirib: “Səfirliyimizin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər aparırıq. Səfirlik işçilərinin Azərbaycana təxliyəsi həyata keçirilir”.
İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumu ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu və “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək nümayəndəliyin binasını hər cür hücumlardan qorumaq və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.
Bu xüsusda, İranın səlahiyyətli qurumları tərəfindən terror aktını törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunması, terror aktının hərtərəfli araşdırılması, cinayətin təşkili və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılması qətiyyətlə tələb olunub. Görüşdə habelə, son zamanlar İranda ölkəmiz əleyhinə planlı şəkildə anti-Azərbaycan kampaniyasının aparılmasından təəssüf hissi keçirildiyi, baş verənlərin onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirdiyi diqqətə çatdırılıb.
İran səfiri Seyid Abbas Musəvi Azərbaycan səfirliyinə qarşı baş verən silahlı hadisəni kəskin şəkildə pisləyərək baş verənlərdən dərin kədər hissi keçirdiyini, səfirlik əməkdaşının ailəsinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verdiyini bildirib. Səfir görüşdə habelə İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığı, ətraflı məlumatın istintaq prosesi başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacağını vurğulayıb.
Ardından isə İran Prezidenti İbrahim Rəisi Tehranda Azərbaycan səfirliyinə qarşı törədilən silahlı hücumla bağlı məsələnin araşdırılması barədə xüsusi tapşırıq verdiyi barədə məlumatlar yayılıb. İranın “ISNA” xəbər agentliyinin yaydığı məlumata görə, İran Prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi açıqlayıb: “Qardaş və qonşu ölkə Azərbaycanın səfirliyinə qarşı həyata keçirilən hücumla bağlı faciəvi hadisəni pisləyirik. Ayətullah Rəisi bu kədərli xəbəri alandan dərhal sonra bu işin hərtərəfli araşdırılmasına dair xüsusi göstəriş verib”. Cəmşidi bildirib ki, İran Prezidenti hadisə ilə bağlı Azərbaycan hökumətinə və xalqına başsağlığı verib.
P.S Bütün baş verənlərin fonunda İran tərəfinin təxribat xarakterli daha bir hərəkətə şərait yaratması gündəmi bir qədər də qarışdırıb. Söhbət səfirliyimizə silahlı hücum edilən gün Tehranda Xankəndidəki separatçı rejimə dəstək xarakterli mitinqin keçirilməsindən gedir. Bu barədə “Daşnaksütyun”dan olan erməni deputat, “Hayastan” fraksiyasının üzvü İşxan Saqatelyan məlumat yayıb. O, qondarma rejimlə bağlı mitinqə dair fotoları özünün Facebook səhifəsində paylaşaraq yazıb: “Bu gün Tehranda Qarabağdakı ermənilərə dəstək üçün böyük aksiya keçirilib. Mitinqdə “Artsax” “deputat”ı Qeqam Stepanyan və Ermənistandan olan deputat Aspram Krpeyan da çıxış ediblər”.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

