Didərgin düşmüş yüz minlərləyik
25.01.2023 [10:35]
Tarix unutmur...
Nicat
Azərbaycanlıların Ermənistandan deportasiya edilməsinin miqyasına və icra üsullarına görə ən dəhşətli mərhələsi 1988-1991-ci illərə təsadüf edir. 1988-ci ilin bu günündə, yanvar ayının 25-də ermənilərin azərbaycanlı yaşayış məntəqələrinə basqınları nəticəsində Ermənistan SSR-in Qafan və Meğri rayonlarından ilk azərbaycanlı qaçqınlar yük vaqonları ilə Azərbaycana gəliblər. Öz doğma yurdlarından didərgin düşən azərbaycanlılar Abşeron rayonunda yerləşdiriliblər.
Qeyd edilən tarixi dövr ərzində reallaşdırılan deportasiya digərlərindən fərqlənirdi. Çünki 1948-1953-cü illərdəki deportasiyadan fərqli olaraq 1988-1991-ci illərdə azərbaycanlıların deportasiyası Ermənistan inzibati və hüquq-mühafizə orqanlarının bilavasitə iştirakı ilə həyata keçirilirdi. Qaçqınların əsas hissəsini dədə-babadan qalan əkin-biçin yerlərini tərk edən kəndlilər təşkil edirdi. Onların yalnız az bir hissəsi kiçik sənaye şəhərlərinin sakinləri idilər.
Deportasiyanın başladığı ilk dövrlərdən Ermənistanın müxtəlif rayonlarından olan azərbaycanlılar dəfələrlə bu barədə aidiyyəti orqanlara, yüksək rütbəli şəxslərə müraciət ünvanlasalar da, heç bir müsbət nəticə əldə edə bilmirlər. Azərbaycan SSR Nazirlər Sovetinin 2 dekabr 1988-ci il tarixinə olan məlumatına əsasən, Ermənistandan olan qaçqınların sayı artıq 78 min nəfərdən çox idi. 1989-cu ildə SSRİ əhalisinin ümumittifaq siyahıya alınması üzrə məlumatlara əsasən, Ermənistan SSR-də hələ də 84 860 nəfər azərbaycanlı yaşayırdı - onlar Ermənistan SSR-ni 1990-cı ildə tərk etmişdilər.
Mərkəzi Qafan şəhəri olan Qafan rayonu Zəngəzurda azərbaycanlıların tarixən ən geniş məskunlaşdığı rayon sayılır. Qafan rayonu Zəngəzurun cənub hissəsində yerləşən, sıldırım qayalar, sərt uçurumlar, sıx meşələr, keçilməz çılpaq dağlar, bir-birini kəsib keçən dərin dərələr diyarıdır. Qafanın təkrarsız təbiəti və bitki örtüyü çox qədimlərdən səyyah və tədqiqatçıların diqqətini özünə cəlb etmişdir. Hələ XIV əsrdə tanınmış İran alimi və salnaməçisi Fəzlullah Rəşidəddin özünün “Ahsar və əhya” (“Təsir və dirçəliş”) əsərində yazırdı: “Ərğüvan bəzək ağacıdır, Naxçıvan vilayətinin Qafan dağlarında və İsfahanda çoxdur”. “Zoğal ağacı gavalı ağacına bənzərdir; Naxçıvan vilayətinə aid olan Qafanda, Gəncənin və Gürcüstanın bəzi vilayətlərində bitir”. Bu yazıda iki fikir diqqəti cəlb edir. Burada Qafanın orta əsr təbiətinə dair dəyərli informasiya verilir və Qafanın Naxçıvan vilayətinə aid olması faktı göstərilir. Zəngəzurdakı ən uca dağ zirvəsi olan Qapıçıq (3.904 m) da Qafan rayonunun ərazisindədir.
Rayon ərazisinin 25%-dən çoxunu dağ aşırımları və qayalıqlar təşkil edir. Qafan rayonu dağ-mədən rayonu kimi iki yüz əlli il bundan öncə məşhur olub. Qaçaran (əvvəllər Gecəlan) mis-molibden, Qafan (əvvəllər Qatar) mis və Gümüş (polimetal) mədən yataqları, şist, bazalt layları ehtiyatı orta əsrlərdən məlum idi. Ancaq bu yataqların əsaslı işlənməsinə XVIII əsrin ikinci yarısında fransızlar tərəfindən başlanılmışdır. Onlar bölgədə ilk müasir misəritmə zavodunu Qafanda tikmişlər. Bütün Zəngəzur ərazisi kimi, Qafan rayonu da aktiv seysmik zonaya daxildir. 1931 və 1968-ci illərdəki zəlzələlər səbəbindən rayonda xeyli dağıntılar baş vermişdir.
Qafan sözünün etimologiyasına nəzər saldıqda bir sıra maraqlı məlumatlar ortaya çıxmış olur. Belə ki, Azərbaycanda Qaf dağının olması və bu dağın içərisində odlu Simurq quşunun yaşaması haqqında əfsanə və əsatirlər vardır. Qafqazın adının da elə buradan götürüldüyü güman edilir. Qafan sözü də “Qafın yerləşdiyi ərazi” anlamını verir. Qafan rayonu ərazisində Qaf dağı əslində hündürlüyü 3904 m olan Qapıcıq dağıdır.
Qafan rayonu ərazisində saxlanılan qədim oğuz qəbirstanlıqları, kitabələr, qəbir daşları uzaq keçmişimizdən - VII-X yüzilliklərdən xəbər verir. Təkcə Qafan rayonunda qeydə alınmış 200-dən artıq kənd, oba, çay, göl, dağ, qala və bir sıra digər coğrafi adlar türkdilli toponimlərdir.
Qafan rayonuna dəmiryolu, avtomobil və təyyarə ilə gediş-gəliş mümkündür. Qərbi Azərbaycanın tarixi hadisələrlə zəngin olan bu bölgəsi mövcud mənbələrdə siyasi baxışlardan, şovinist münasibətlərdən irəli gələrək müxtəlif cür işıqlandırılmışdır. Əgər Zəngəzur mahalının müxtəlif dövrlərdə ayrı-ayrı dövlətlərin (Alban, Atabəylər, Qaraqoyunlu, Azərbaycan, İran, Ərəb xilafəti, Rusiya, Ermənistan və s.) tərkibində olmasını nəzərə alsaq, Qafanla bağlı söylənən fikirlərin ziddiyyətli görünməsi təəccüb doğurmamalıdır.
P.S. Yazıda Vilayət Əliyevin “ZƏNGƏZURDA QALAN İZİMİZ” kitabındakı faktlardan istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

