Qərbi Azərbaycanın sakral coğrafiyası
17.01.2023 [11:28]
“Sağlam bədəndə sağlam ruh olar” deyimi təsadüfi yaranmayıb, ilahi - mistik duyğuların sözlə ifadəsinə çevrilməklə haqqın hökmü kimi ömür-həyat yaşamlarının, dünyadərkinin-özünüdərkin-ruhani təkmilliyin dəyər ölçüsü mənasını özündə əxz etmişdir. İnsan ruhdan asılı olduğu üçün bədənin sağlamlığı da ruh üzərində qurulub, ruhani ibadət (bütün anlamlarda) və ya qeyri-ruhani sürək məhək daşı kimi zamanı insan ömrünə çevirərək həyatı sonuclayır... Bu anda sağlam həyatın və sağlam ruhun dəyəri hamı tərəfindən eyni cür qiymətləndirilir... Keşkə... Və haqqın hökmünə sarı üz tutulur... Ruh dünyasında...
Həyatımızı (cəmiyyət və dövlət quruluşu daxil) mənəvi-ruhani çərçivə ilə hüdudlayan bu ilahi-haqq ölçülərinin ümumi dəyərləri bəşəri mahiyyət daşısa da, özəl təməllərdən (anlamlardan) də xali deyildir. Bunca, bəs, sağlam həyatın və mükəmməl irfani ruhun (kamil özünüdərkin) formalaşmasında sakral dünyabaxımının (dünyagörüşünün) dəyəri bütöv Azərbaycanın bir parçası olan Qərbi Azərbaycanın, əzəli-əski Oğuz-Türk və müsəlman bölgəsinin təbii-coğrafi şəraiti, xristianlığa qədərki, Alban inanclığı və erkən orta əsrlər dövrü dini dəyərlərinin timsalında ilahi-səmavi meyarlar necə ifadə olunub, hansı sakral-duyğusal, tarixi-maddi irs zənginliyi ilə fərqlənib, bunca təkamül mədəniyyəti (sivilizasiya) dəyərləndirilibmi? Axı, Qərbi Azərbaycanın bölgələrində yaşı 3000-5000 ilə çatan doğma yaşayış məskənlərimiz kifayət qədərdir (nümunə kimi Göyçə gölünün şərqindəki Güllüdərə, Zağalı... kəndlərinin əski qəbirstanlıqlarını, Dağ Borçalının yurd-yaylaq yerlərini göstərmək olar), xalqımızın Alban mədəniyyəti irsinin maddi abidələri hələ də qalmaqdadır (Paşalı nahiyəsinin Köçbəy kəndlərinin qəbirüstü abidələri bu baxımdan qiymətli mənbədir), məşhur dini-ibadət məkanları (Ağbaba-Sarıbaba xanəgahları) türk-müsəlman təkamülünün mərhələlərini ifadə edir.
Onların öyrənilməsi, tədqiq edilməsi, elmi-dini və nəzəri təhlillərinin aparılması məqsədi ilə “Qərbi Azərbaycanın sakral coğrafiyası”nın araya-ərsəyə gətirilməsi xüsusilə vacibdir.
Çünki, qartımış-qəvi (əbədi) düşmən dini-irfani irsimizin qarət edilməsi ilə yanaşı, tarixi-maddi abidələrimizə qarşı da “dini-irfani soyqırımı” yürütməyi unutmayıb.
Qərbi Zəngəzurun (ziyarət edilən Qazangöl dağı, Qapan nahiyəsi, Cıbıllı kəndində Sofu Məhəmməd ocağı, Xustup dağında Oğlanlıca piri, Yuxarı Pürülü kəndi yaxınlığında, “Qar yalı” yüksəkliyindəki “Qırxlar piri” (Qobustan bölgəsində, Ceyrankeçməz çayı hövzəsi və Qayıblar-Şayıblar dağı ətrafında da “Qırxlar piri” vardır), Həqəti kəndi üstündəki qədim qəbiristanlıq...), Dərələyəzin (Ü(İ)çmüəzin, eləcə də, Tərp kəndində Seyid Qasım ocağı...), Zəngibasarın (Sürməli nahiyəsinin Qaranamaz kəndi, Uluxanlı kəndində qədim məscidlər və qəbiristanlıqlar, Qara Həmzə kəndində Alban məbədləri, Qulucan kəndində və Zəngi çayı sahilində Ağdədə ocağı...), Dilican-Dağ Borçalının Sarıbaba (Molla Eyyublu, Qarakilsə kəndləri, Naltökən dağında Sarıbaba və “Ov dərəsi”ndə Hacı Xəlil baba ziyarətgahları, X-XI əsrə aid əski qəbiristanlıqlar, İlməzli kəndində Sufi xanəgahları), Ağrı dağı vadisinin (Ağbaba ibadətgahlığı və əski qəbiristanlığı...), Göyçənin (Zağalı, Ağkilsə kəndlərinin əski (e.ə. II-I minilliyə aid yurd-ocaq yerləri və ibadət məkanları...) müqəddəsliyinin, dini-ruhani, irfani-mistik dünyadərkinin və qavramının elmi-nəzəri əsaslarının və əxlaqi dəyərlərinin tədqiqi bu baxımdan tarixən zəruri olmuşdur ki, bu dini-ruhani zənginlik milli-mənəvi saxlanc əyarına (milli, tarixi və maddi sərvətlər timsalında) görə yüksək üstünlüyə malikdir.
Məhz bu baxımdan təsadüfi deyil ki, bütün sahələrdə türk-müsəlman zənginliyindən yararlanmağı (özününküləşdirməyi) XVIII əsrdən daha həyasızcasına qarşısına məqsəd qoymuş, “milli-etnik” amala çevirmiş mürtəce-dinsiz hay kilsəsi və ibtidai insan-hay sürüsü tərəfindən ümumilikdə Bütöv Azərbaycan hüdudlarında, eləcə də Qərbi Azərbaycan bölgəsində sakral sərvətlərimizə qarşı “dini-ruhani qəsb” əməlini yürütdüyündən “Qərbi Azərbaycanın sakral coğrafiyası”nın tədqiqi XXI əsrdə xüsusi ilə vacibdir.
Dini-irfani ruhun əzəli qədimliyi, gərəkliyi Qərbi Azərbaycanın müxtəlif mənşəli və çoxsaylı yer adlarının (antro, oro, etno, hidro, teo... toponimlərin) yaranmasına səbəb olmuş (Zəngibasar mahalında Hacı İlyas kəndi, Sürməli qəzasında Hacı Abbas kəndi, Dərələyəz mahalı, Paşalı nahiyəsinin Köçbəy kəndində Kilsə çayı, Haça dağından başlayan Hacı Şavaş bulağı, Köçbəy kəndindən 3 km aralıdakı Pənik dağlarında Hacı Fərhad yaylağı, “Gığı dərəsi”ndəki Yuxarı Pürülü kəndində Kilsə dərəsi, Qaraqoyunlu nahiyəsi, Toğluca kəndinin cənub-qərbində Ocaq dağı...) və etnomorfoloji mənşə-coğrafi tarixiliklə yanaşı, sırf kökənli dil, filoloji struktur və məna etibarı ilə Oğuz-Türk dillərinin təsdiqini ifadə edir.
Sakral irs ocaqlarının Qərbi Azərbaycanda geniş şəbəkəsinin şaxələnməsini, yayılmasını (tarixən formalaşma mərhələlərinin zəruriliyi kimi) Oğuz-Türk tayfalarının minilliklərlə haqqa tapınmalarını ehtiva edən dini inanclarının əskikliyi, dini mərasimlərinin fəlsəfi dəyərinin maddi ifadəsinin qorunub saxlanılması, ilkin milli memarlıq üslubunun ibadət və ziyarət ocaqlarında təcəlla etməsi, irfani təlimlərin davamlılığı... ilə yanaşı, həm də bölgənin əlverişli coğrafi mövqeyi və mürəkkəb ictimai-iqtisadi şəraiti ilə də əlaqələndirmək olar. Çünki istər Pəmbək çayı-Dilican vadisi boyunca şimal hissədən, istərsə də Göyçə gölü-Dərələyəz hövzəsi və cənubda Oxçuçay-Arazboyu yatağı boyunca bölgəni kəsib keçən beynəlxalq əhəmiyyətli ticarət-karvan yollarının üstündə tikilən karvansaralar, eləcə də dini-təlim və ruhani-irfani məclislərin ocaqları olmuşdur ki, Qərbi Azərbaycanın ərazisindəki bu cür məkanlar əski-qədim tarixə malikdir, milli inanc irsimizin coğrafi yerləridir.
Əski milli-etnik köklərdən qidalanan türk-müsəlman anlamında bərəkətli və halal ticarətin artımı (genişlənməsi) irfani-ruhani təlimlərin, mistik qavramaların hökmü ilə bağlı olduğundan karvansaralar ilk növbədə ibadətgah, mənən durulmağa, ilahi haqqa qovuşmağa ayrılan məkan (zaman) dəyərini daşıyıb, istər Göyçə gölü hövzəsinin cənubunda, Qarabulaq-Keşişkənd yolu üstündə 2500 m yüksəklikdə Səlim aşırımında 1332-ci ildə tikilmiş (1326-cı ildə bünövrəsi qoyulmuş) Səlim karvansarayı olsun, istərsə də Arazboyu vadidə yerləşən, Mehri nahiyəsindəki XV əsr karvansarayı olsun... Yəni, xalqımızın bu kimi tarixi-maddi irsə qarşı dəyəri ilk növbədə ilahi haqqa olan ruh bağlılığından və Qəlb sevgisindən doğmuşdur.
Odur ki, “Qərbi Azərbaycanın sakral coğrafiyası”nın tədqiqi, elmi-nəzəri, dini-irfani və xalqımızın mənəvi irs zənginliyi baxımından öyrənilməsi:
- Vətən sevgisinin, yurd-ocaq qorçuluğunun və türk-müsəlman mənəvi özülünün qorunması, dini-fəlsəfi təlimin bölgə dəyərlərinin qiymətləndirilməsi;
- bölgənin tarixi-coğrafi zənginliyinin, mənəvi-maddi mədəniyyət abidələrinin və ruhani-irfani dünyadərki baxışlarının (həyat-düşncə tərzinin) təkamül mərhələlərinin salnaməsinin hazırlanması;
- mürtəce hay kilsəsi və ibtidai-insan hay sürüsü tərəfindən son əsrlərdə türk-müsəlman mənşəli sakral irsimizə qarşı yönəlmiş və davamlı olaraq davam etdirilən “dini-teoloji soyqırımı” siyasətinin qarşısının alınması;
- üç imperiya (bizans, fars və rus) sərhədlərinin təmas hissəsində köklənən türk-müsəlman dini irsinin özgürlüyünün qorunub saxlanılması, ruhani ocaqlarının maddi əsaslarının öyrənilməsi, etnogenetik irfani-təriqət istiqamətlərinin nəzəri təhlillərinin aparılması... zəruriliyi ilə bağlıdır.
Təsadüfi deyil ki, hay kilsəsinin apardığı saxta və uydurma beynəlxalq təbliğat məkrli üsulları ilə Qərbi Azərbaycanın dini-irfani irsinin xeyli hissəsi XIX əsrin sonlarından bəri artıq “hay sakral abidələri” adı altında yox olmaqdadır...
R.S. Əski Türk antrotoponimi olan Qarahəmzə kəndinin adını hay kilsəsi və sürüsü dəyişərək - “Marmaraşen”, Hacı İlyas kəndinin adını 1978-ci ildən - “Darakert”, Səlim aşırımını - “Vardenyants”... qoyub.
(Yazının hazırlanmasında, həm də Dağ Borçalı mahalı, İlməzli kənd sakini İbrahim İskəndər oğlu Təhməzovun (1941), Dərələyəz mahalının Paşalı nahiyəsi, Köçbəy kənd sakini Kirman Məmiş oğlu Xanlarovun (1947), Uluxanlı nahiyəsinin sakini Sabir Kamil oğlu Hüseynovun (1956)... məlumatlarından istifadə edilib).
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25

