Türkiyəli səyyahların Zəngilan səfəri
01.11.2022 [10:30]
Yeganə BAYRAMOVA
Türkiyə Səyyahlar Klubunun beynəlxalq səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səfəri davam edir. 30 nəfərlik heyətə Türkiyə Səyyahlar Klubunun prezidenti, Nomadmaniyanın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.
Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət edən səyyahlar dünən-oktyabrın 31-də Zəngilanda olublar. Ağalı kəndinə gələn səyyahları Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı qarşılayıb. Səyyahlara Zəngilan rayonu barədə məlumat verilib. Bildirilib ki, digər rayonlar kimi Zəngilan da 27 il müddətində düşmən işğalında qaldığı zaman şəhər mərkəzi ilə bərabər 5 qəsəbə və 79 kənd tamamilə yerlə-yeksan edilib. Rayon əhalisi öz doğma yurdundan didərgin düşərək məcburi köçkün olub. Yaşayış yerləri, tarixi mədəni və dini abidələr dağıdılıb. Erməni işğalı zamanı Zəngilan ekoloji terrora məruz qalaraq flora və faunası da məhv edilib. Yaşı 300 ildən çox olan Palıd, Çinar ağacları, eləcə də hektarlarla qoz ağacları digər yaşıllıqlar məhv edilib. Məlumat üçün bildirilib ki, 2020-ci il sentyabrın 27-də düşmənin növbəti təxribatına qarşı başlanan Azərbaycan Ordusunun əks həmləsi nəticəsində Zəngilan erməni işğalından azad edilərək əsl sahiblərinin nəzarətinə keçib. Vurğulanıb ki, 27 il düşmən əsarətində qalan Zəngilan artıq iki ildir çiçəklənməyə başlayıb. Bu günə kimi Ağalı kəndində 66 ailə olmaqla 326 nəfər sakin doğma yurduna qovuşub. Həmçinin bildirilib ki, Ağalı kəndində 200 evin inşası başa çatdırılıb, uşaq bağçası, məktəb və bir neçə inzibati bina da inşa edilib. Həmçinin kənddə daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi də planlaşdırılır.
Zəngilan aeroportu bizi duyğulandırdı...
Türkiyəli səyyah Vural Özmetik Zəngilana səfəri ilə bağlı təəssüratlarını bildirib. Onun sözlərinə görə, bu torpaqlar 30 ildə Azərbaycanda olsaydı, dağıntılar yerinə gördüyümüz hava limanı, Ağalı kəndləri kimi minlərcə bina inşa olardı: “Biz Zəngilana gələndə Azərbaycan və Türkiyə Prezidentlərinin birgə açdığı Zəngilan Beynəlxalq Hava Limanını gördük. Çox duyğulandıq. Sonra yeni salınan Ağıllı məhəlləni görmək də bizi duyğulandırır. Müharibə çox pis şeydir. Mən dağıntıları, söküntüləri gördüm. Biz, bir millət iki dövlət olaraq, 1992-ci ildə qaldığımız yerdən birgə başlayacağıq. Türkiyə olaraq bizim də bir çox problemlərimiz oldu. Bunlara sinə gərdik. Yenidən başladıq. İnşallah növbəti dəfə gələndə məktəblərə, kəndlərə öz sahiblərinin döndüyünü görəcəyik”.
“Qarabağın təbiətinə heyran qaldıq”
Türkiyə Səyyahlar Klubunun üzvü Fatma Qaragözlü Qarabağda ən gözəl təbiətlərdən biri ilə qarşılaşdığını qeyd edib: “Bu təbiətə heyran qaldıq, lakin kədərlidir ki, ermənilər işğal etdiyi kəndləri talan edib, hətta məzarları qazıb gedərkən də hər yeri dağıdıb gediblər”.
Səyyah bildirib ki, Azərbaycan dövləti binaları, evləri yenidən inşa edəcək, burada gözəl həyat başlayacaq: “Bu yerlərin əsl sahibləri gözəl həyata başlayacaqlar. Necə deyərlər, coğrafiya insanın qismətidir. Yəni coğrafiyanın ilk sahibi kimdirsə, o da bir gün gəlib oranı alıb, orda yaşayır. Burada gözəl yaşayış məntəqələri inşa olunacaq. Necə ki, Zəngilanda, Ağalıda möhtəşəm “ağıllı kənd” inşa edilib. Kənd sakinləri bizi qonaq etdi, çay verdilər. Yaşlı qadın və kişi bizə nələr yaşadıqlarını söylədilər. Dedilər ki, biz heç bir şəhərdə qala bilmirdik. Kəndimiz bərpa olanda gəldik, indi dünyalar bizimdir. Onlar üçün inşa olunan evlərdə bir insan üçün nə lazımdırsa, hamısı nəzərə alınıb. Onların rahat yaşaması üçün hər şey var. Bunu Azərbaycan dövləti edib, dövlətin böyüklüyü məhz budur. Bu səbəbdən də hər kəs dövlətini dəstəkləməlidir. Burada bircə təhlükə doğuran minalardır. Onu da, əminəm ki, təmizləyəcəksiniz. Kəndlərin salınması, fabrik, zavodların inşası üçün bu olmalıdır. Azərbaycan dövləti bunu da bacaracaq”.
Türkiyəli səyyah Qarabağda baş verənlərin sənədli film şəklində bütün dünyaya çatdırılmasının vacib olduğunu da söyləyib.
“Ermənilərin bütün niyyəti azərbaycanlılara zərər vermək olub”
Türkiyə Səyyahlar Klubunun üzvü Səlahəddin Eyuboğlunun sözlərinə görə, ermənilər hər zaman düşünürlər ki, türklərə nə qədər çox zərər vursalar, bir o qədər yaxşıdır: “Lakin onlar heç vaxt bacara bilməyəcəklər. Əfsuslar olsun ki, bəzi ölkələr onların kürəyinə sığal çəkərək, dəstək olur, türk dövlətlərinin üzərinə hücum çəkdirirlər. O ölkələr kənardan heç nə əldə edə bilmədikləri üçün erməniləri qızışdırırlar”.
Türkiyəli səyyah bildirib ki, ermənilər təkcə Azərbaycanda deyil, Anadoluda da qətliamlar törədiblər: “1905, 1915, 1916-cı illərdə ruslarla əlbir olub Anadolunu yandırıb, dağıdıblar. 1917-ci ildə ruslar çəkildikdən sonra ermənilər o yerlərdə qalıb və geri çəkilərkən də insanları öldürüb, kəndləri yandırıblar. Bu gün də kütləvi məzarlıqlar aşkarlanır. Onlar “soyqırımı” deyirlər, amma onlara qarşı heç bir soyqırımı olmayıb. Osmanlı dövləti hücuma keçən erməniləri, əsgərlərin nəzarəti altında Suriyaya köçürüb. Köç edərkən də onları yollarda Osmanlı dövləti qoruyub. Biz istəsək, Osmanlı dönəmində bir erməni də sağ qala bilməzdi. Amma hələ də Türkiyədə ermənilər yaşayır...”
S.Eyuboğlu vurğulayıb ki, ermənilərin bütün niyyəti azərbaycanlılara zərər vermək olub, gedərkən də minalar basdırıb gediblər ki, burdakı insanlar minaya düşüb ölsünlər: “Ermənilər heç ağıllanmırlar, əslində, onların türklərlə barışması lazımdır. Çünki bu, onların xeyrinədir. Atatürk dediyi kimi, yurdda sülh, cahanda sülh! Ermənilərin də bunu anlaması lazımdır”.
“İnkişafı görüb Azərbaycanla qürur duyduq”
Türkiyəli səyyah Saime Özmetik 200-ə yaxın ölkədə olmağına baxmayaraq, ən çox Azərbaycanda həyəcanlandığını vurğulayıb. O, bildirib ki, səfər zamanı müharibənin kədərli və zalım üzünü canlı-canlı görüblər: “Dağılmış evlərin içərisində əşyaların talan edildiyini, avtomobillərin, yolların dağıdıldığını, xarabaya çevrildiyini və rəhm edilmədən insanların öldürüldüyünü öyrəndik. Əslində mən müharibə əleyhinəyəm. Kaş başqa millətlər də azərbaycanlılar kimi silahdan istifadə etmək məcburiyyətində qalmasalar, ölkəsini müdafiə etmək məcburiyyətində qalmasalar, hamı sevinc içində yaşasa. Ermənilər niyə təcavüz edir, bunu anlaya bilmirəm. Düşüncələrimi çox analiz elədim, amma cavabını tapa bilmədim. Çünki Azərbaycan insanı çox şəfqətli, mehriban, ürəyitəmiz insanlardır. Heyvanlarına belə çox yaxşı davranırlar”.
Səyyah qeyd edib ki, Azərbaycan çox sürətlə inkişaf edir: “Yollar çəkilir, binalar inşa olunur. Elektrik şəbəkələrini, mavi yanacaq xətlərini gördük, çox sevindik. Azərbaycanla qürur duyduq. Kəlbəcərdə olanda o dağların içindən keçdik. Sizin torpaqlarınız sərvət dəyərindədir. Bu torpaqlara qızıl adı vermək çox zəif səslənər. Məhsuldar torpaqlarınızdan meyvə topladıq. Mən bir türk qadını olaraq sizinlə qürur duydum”.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

