İran islam respublikasıdırmı?
24.10.2022 [12:12]
Din çuxası və əmmamə altında nə baş verir?
Murad Köhnəqala
Azərbaycan Respublikası SSRİ dönəmində də, özgür dövlət kimi öz müstəqilliyinə qovuşduqdan sonra da həmsərhəd olduğu bütün qonşu dövlətlərlə sülh şəraitində yaşamağı istəyib və həmişə buna çalışıb. Ermənistanla yaşadığımız münaqişədə Azərbaycan dövlətinin heç bir günahı olmadığını təkcə BMT-nin məlum qətnamələrində aydın görmək olar. Dövlətimiz bizə yaxın ölkələrlə, eləcə də qonşu İranla həmişə dostluq, qonşuluq, qohumluq dilində danışıb. İranda yaşayan otuz milyondan çox soydaşımız özlərinin ən ibtidai azadlıqlarını tələb etməyə qalxanda da, teokratik rejim onlarla qeyri-insani üsullarla davrananda da biz heç vaxt bu dövlətin daxili işinə qarışmamışıq. Adını islam ölkəsi qoyaraq ərazisində yaşayan xalqları xurafatda boğmaqla idarə edən rejimdə əzab çəkən soydaşlarımızın hayına yetə bilməmişik. Onların etiraz mitinqlərində səsləndirdikləri “Haray-haray, mən türkəm!” fəryadını eşitsək də bağrımıza daş bağlayıb dözmüşük. Niyə? Çünki, orada haray çəkib fəryad qoparan bizim soydaşlarımız, qan qardaşlarımız olsa da bunu başqa bir dövlətin daxili işi bilib heç bir siyasi reaksiya verməmişik. Doğrudurmu? Doğrudur!
İndi isə, gəlin, lap yaxın tariximizə boylanaq, görək, İran bir dövlət kimi qonşusu Azərbaycan Respublikasına eyni münasibətdə qala bilibmi? Bəri başdan deyim ki, qətiyyən yox!
Bildiyimiz kimi, İran özünü islam respublikası adlandırsa da bu dövlət islamın şiə təriqətinin hansısa qaranlıq, qeyri-müəyyən şəriəti ilə idarə olunur. Lakin ölkəni idarə edənlər özlərinə “həmşəəri” saydıqları 35 milyon şiə türklərinə mədəni muxtariyyat tanımırlar. 20 Ermənistan kimi ölkənin əhalisinə bərabər əhalini öz doğma dilindən, soy kökündən, mədəniyyətindən ayırmaq üçün əllərindən gələni edən rejim hələ Şimali Azərbaycandan özlərinə hörmət və ehtiram da umurlar. Axı, biz onlara nə vaxta qədər hörmət etməliyik, haçana qədər susmalıyıq?
Baxın, hələ 1921-ci il çevrilişindən sonra Rza şah Pəhləvi “Bir millət, bir dil” siyasətini elan etdi və məişətdə belə, türk dilində danışmağa qadağa qoydu. Lakin ölkədə baş verən 1979-cu il inqilabı zamanı bütün etnik və dini azlıqların dəstəyini almaq istəyən islamçılar onlara milli-mədəni azadlıq verəcəklərini vəd etdilər. Hakimiyyətə gələnlər Şahın tətbiq etdiyi qadağaları kağız üzərində ləğv etsələr də zamanla Şah dövründən fərqi olmayan məhdudlaşdırma siyasətinə keçdilər. Zaman-zaman əhalinin siyahıya alınma prosesində ölkədə yaşayan türklərin sayını heç vaxt düzgün yazmadılar. Ölkənin hüquq məcəlləsində etnik azlıqların uşaqlarına ana dilini öyrətmək öhdəliyinə aid olan maddələr bu gün də mövcuddur. Lakin şovinist sistem qırx milyona yaxın bir xalqın varlığını danır. Hələ neçə illər bundan öncə İran Azərbaycanlılarının İnsan Haqları Assosiasiyası Birləşmiş Millətlər Təşkilatı Uşaq Hüquqları Komitəsinə müraciət edərək İran hökumətini bu reformları həyata keçirməyə çağırır:
1. Azərbaycan türkcəsinin ana dili olduğu əyalətlərin məktəblərində Azərbaycan türkcəsi və ədəbiyyatı fənninin tədrisi.
2. Qeyri-hökumət təşkilatlarının və təhsil müəssisələrinin Azərbaycan türkcəsini sərbəst şəkildə öyrədə bilmələri üçün şərait yaradılması.
3. Ana dilində təhsil almaq hüququnu tələb etdiklərinə görə həbs olunan azərbaycanlı fəalların azad edilməsi.
4. İranda Azərbaycan dilini qorumaq və bu dildə uşaqlar üçün tədris kitabları çap etmək naminə “Türk dili institutu”nun yaradılması.
5. Azərbaycan türkcəsində uşaqlar və yeniyetmələr üçün televiziya verilişlərinin yayımlanması.
6. Sözügedən bölgələrin hökumət müəssisələrində müsbət ayrıseçkiliyin tətbiq edilməsi, Azərbaycan türkcəsində kitabların nəşrinə subsidiyalar verilməsi.
7. Türk adlarının ictimai yerlərdə istifadəsinə qoyulan qadağanın aradan qaldırılması.
8. Uşaqlara türk adlarının verilməsinə qoyulan qadağanın aradan qaldırılması.
9. Türklərin tarixi heysiyyatına toxunan mövzuları aradan qaldırmaq üçün mövcud məktəb dərsliklərinə yenidən baxılması.
Doqquz bənddən ibarət olan bu müraciəti oxuduqdan sonra İrandakı soydaşlarımızın nə qədər siyasi, milli, mədəni diskriminasiyaya məruz qaldıqlarını aydınca təsəvvür etmək olur.
Azərbaycanla İranın biri-birinə bəslədiyi siyasi münasibəti burada bir balaca müqayisə etməyə çalışacam. Azərbaycan Respublikasının paytaxtı Bakıda hələ 1969-cu ildən İranın konsulluğu açılmışdı. Həmin konsulluq 1991-ci ildən, yəni, Azərbaycanın müstəqillik qazandığı vaxtdan İranın ölkəmizdəki səfirliyinə çevrildi. Özü də həmin səfirliyin binası düz şəhərin mərkəzində, Bakı Şəhər İcra Hakimiyyətinin binası ilə üzbəüz dayandı. Bəs bu doğma münasibətin qarşılığında İran nə etdi? Azərbaycanı “Şimali İran”, Azərbaycan Respublikasını isə “Bakı Respublikası” adlandırmağa başladı. Beləcə, üzünə xoş baxdıqca İran bir dövlət kimi yavaş-yavaş daxilimizə yeriməyə girişdi.
Tez-tez hakimiyyət dəyişikliyi baş verən, doxsanıncı illərin keşməkeşli dövrlərində İranın agentura şəbəkəsi əsasən məscidlərimizdə iş görməyə əl qoydu. Şəbəkənin ən başlıca vəzifəsi dini hurafatla sadəlövh, savadsız və inanclı adamların beynini yumaq, şirin nağıllarla onların qəlbinə girib bu yalançı şəriət dövlətinə simpatiya yaratmaq idi. Mömin və din bilicisi qiyafəsində İrandan ölkəmizə axın edən həmin agentura şəbəkəsi şəhər, rayon və kəndlərimizdəki məscidlərə doluşaraq adamlarda doğma dövlətimizə qarşı etinasızlıq, yerli hakimiyyətə nifrət aşılamaqdan da çəkinmədilər. Ölkədəki məscidlər getdikcə İranın təbliğat ofisinə çevrilirdi. Bizə dəxli olmayan yad millətlərin tarixindən götürülmüş uydurma şəxsiyyətləri müqəddəs qəhrəman obrazında sadəlövh adamlarımızın beyninə yeridirdilər. Beləcə, şirin dini nağıllara bükülmüş ideologiyanın qurbanına çevrilən insanlarımız getdikcə zombiləşir, İrandan gələn məscid mollasına müqəddəs varlıq kimi baxırdılar. İslam dinini öz inhisarına almış ruhani cildinə girən həmin mollaların təsirinə düşən Azərbaycanın bəzi inanclı iş adamları bölgələrdə köhnə məscidləri təmir elətdirir, yeni-yeni məscidlər tikdirirdilər. Din çuxası və əmmamə altında gizlənmiş İran xəfiyyələri Bakı və rayon məscidlərində toplaşan dindarlarla kifayətlənmir, ölkənin hər tərəfində manqurtlaşdırma prosesi aparırdılar. Bakıdakı bəzi nəşriyyatlarla iş birliyi quraraq dini hurafata aid kitab çap elətdirir, pulsuz payladıqları həmin qalaq-qalaq kitabları məscidlərin zirzəmilərində saxlayırdılar. Maraqlıdır ki, onlar həmin kitabları uzun müddət kiril əlifbasında çap elətdirdilər. Səbəb də Türkiyəyə dövlətinə və Türkiyə ilə Azərbaycanın ortaq əlifbası olan latın qrafikasına nifrət aşılamaq idi. Nə qədər ironik olsa da deməliyəm ki, İran xəfiyyəsi Türkiyəyə görə latın əlifbasına sünnü, kiril əlifbasına isə şiə əlifbası kimi baxırdı. Ölkəmizdə Azərbaycan mətnlərinin kiril əlifbasında çap olunmasına rəsmi qadağa qoyulsa da xəfiyyə özünün hurafat kitablarını uzun müddət kirildə çap elətdirdi. Şəbəkə həmin kitabları Azərbaycanın rayon və kəndlərində açdığı qiyabi dini məktəblərə göndərir, hər tərəfdə İranın hakim ideologiyasına xidmət edən vəsaitlərin yayılmasına xüsusi maliyyə ayırırdı. Əlləri girən vasitələrdən istifadə edərək Bakıda və rayonlarda mağazalar açır, İrandan gələn hurafat malları satdırırdılar. Bu münvalla İran ölkəmiz içində bircə çağırışla ayağa duracaq yüz minlərlə zombi ordusu hazırlamaq arzusunda idi. Siyasət mollaları hər ilin aşura günündə yetişdirdikləri zombilərin sayını öyrənmək və artırmaq üçün ölkənin hər yanında mərasimlər keçirdir, yalançı dini ayinlər səhnələşdirirdilər. Bəs, niyə indiyə qədər həmin xəfiyyələrin fəaliyyətinə ciddi reaksiya verməmişik? Çünki, çox gec ayılmış, qonşu dövlətin yaydığı ruhaniyyətə şübhə ilə yanaşmamış, bizə pis niyyətdə olduqlarını ağlımıza belə gətirməmişik.
Üstəlik, İran həmin zombiləşdirmə siyasətini təkcə Azərbaycanda yox, paralel olaraq, Borçalıda yaşayan soydaşlarımız arasında da aparıb. Təbii ki, bütün bu cür zombiləşdirmə təlimlərinin başında Bakıda yerləşən İran Mədəniyyət Mərkəzinin rəhbəri Ocaq Necat dururdu. Həmin Mərkəzdən və dini qurumlardan Azərbaycanın bütün rayonlarına axundlar göndərilir, mollalar təyin edilirdi. Ölkədəki yas mərasimlərini həmin axundlar və onların təyin etdiyi mollalar tənzimləyir, ssenariləşdirirdilər.
İran ölkəmiz üçün daha hansı pislikləri eləyir? Ölkəmizə qaçaqmalçılıq yolu ilə daxil olan narkotik maddələrin demək olar ki, hamısı İrandan gəlir. Bununla bağlı rəsmi dairələrin dəfələrlə İran rəsmilərinə bildirdiyi xəbərdarlığa baxmayaraq qarşı tərəfin hədəflədiyi Azərbaycan gəncliyini zəhərləməkdə israrlı olduğu görünür.
İranın zombiləşdirmə proqramına təkcə Şimali Azərbaycan əhalisi deyil, aydındır ki, buraya həm də Cənubi Azərbaycan əhalisi daxildir. Göründüyü kimi həmin proqramın ən başlıca məqsədi türkün milli kimliyini müxtəlif vasitələrlə unutdurmaqdır. Rejim elə bilir, türkün döyüş əzmini onun yaddaşındakı tarixi qəhrəmanlarını unutdurmaqla, yad mərsiyyə və ağlaşma mərasimləri ilə zəiflədib qıra bilər.
İran agentləri sonuncu Qarabağ döyüşləri zamanı çoxlu sayda video görüntülərin fonuna qəsdən mərsiyə ladında musiqi parçaları əlavə edərək bütün sosial şəbəkələrdə paylaşırdılar. Məqsəd isə döyüşən hər bir cəsur əsgərlərimizi şiə məzhəbli dindar, imam Hüseyn aşiqi kimi qələmə vermək idi. Guya, türk heç vaxt vuruşa bilməz. Guya, döyüşlərdə şücaət göstərən əsgər ya imam Hüseyn aşiqi, ya da fars əsilli olmalıdır. Doğma torpaqlarımız uğrunda gülə-gülə canından keçən şəhidlərimizin dəfn mərasimi olan görüntülərə ümidsizlik təlqin edən depressiv musiqilər yerləşdirərək türkün döyüş əzmini sındırmağa çalışırdılar. Burada bir incə məqam da vardı. Demək, İran xəfiyyəsi bizim Milli Ordunu dini ordu kimi qələmə vermək və bütün xristian dünyasını üstümüzə qaldırmaq arzusunda idi. Təbii ki, şovinist mollalar bu cür montaj işlərini həm də hər zaman qanı coşan İrandakı türklərin iradəsini qırmağa hesablayırdılar. Lakin böyük türkoloq, etnoloq filosof Lev Qumilyov yazırdı ki, türk etnosu ən azı on nəsil qarışdıqdan sonra dəyişikliyə uğraya bilir. Ona görə də bu gün Təbrizdə rejimə qarşı üsyan edən türklər: “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq!” – deyə, azadlığın simvolu olan Babəkin adını hayqırırlar.
Həmişə sülhsevər bir dövlət kimi siyasi etikanı qoruyub saxlamağa çalışan Azərbaycan dövləti, artıq, İranın namərd zərbələrinə cavab verməli oldu. Azərbaycan Prezidenti İlham Əliyev təcavüzkar Ermənistana qahmar çıxan İranın həddini aşmış hərəkətlərinə sərt münasibət bildirib. Prezident oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən nankor qonşunun taleyini həll edəcək fikirlər səsləndirib: “Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”.
Azərbaycan Prezidenti fikrini davam etdirərək açıq mətnlə qeyd edib ki, üçüncü qüvvə Azərbaycana qarşı ədalətsiz mövqe tutarsa və ya bu mövqeni davam etdirərsə, Türkiyə-Azərbaycan birliyi ilə qarşı-qarşıya gələcəkdir.
Sözsüz ki, İranın quldarlıq quruluşundan qalan rejimi təkcə türklər deyil, yerli farslar da bağışlamaq fikrində deyillər.
Xəbər lenti
Hamısına baxDünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44

