Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şənbə gününün hava proqnozu

Şənbə gününün hava proqnozu

21.10.2022 [12:56]

Oktyabrın 22-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13°-dək isti, gündüz 14-16° isti, Bakıda gecə 13°-dək isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-7° isti olacaq.

Paylaş:
Baxılıb: 532 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31