Hektarı 11 sentə torpaq...
21.10.2022 [10:30]
Luiziana Fransadan necə alındı?
XVIII əsrin sonunda bərqərar olan Amerika Birləşmiş Ştatları yarandığı dövrdən sonrakı 100 il ərzində “təşkilatlanma” işinə səfərbər oldu. Belə ki, daxilindəki parçalanmalara son qoymaq, vətəndaş müharibəsini bitirmək, bütöv, monolit bir dövlət yaratmaq üçün amerikalılara düz 100 il gərək oldu. XIX əsr ABŞ-ın təkmilləşmə dövrü olmaqla yanaşı, həm də birləşmə dövrü sayılır. Məhz iki əsr öncə, ABŞ bir sıra torpaqları güclə, bir sıra yerləri “yumşaq güc” - pulla ələ keçirərək öz dövlətinin sərhədlərini genişləndirdi. Buna misal, Alyaska və Luizianadır...
İspaniyadan Fransaya, Fransadan isə...
İndiki Luiziana ştatından fərqli olaraq 19-cu əsrin əvvəlində Luiziananın sahəsi Meksikadan Kanadayadək uzanaraq ABŞ-ın bütün mərkəzi ərazisini tuturdu. 1762-ci ildə İspaniya koloniyasına çevrilən Luiziana ərazisindəki Yeni Orlean şəhəri öz uğurlu mövqeyi sayəsində Missisipi çayını - Amerikanın əsas ticarət yolunu nəzarətdə saxlayırdı. Yəni, ABŞ-ın qurulmasından az müddət əvvələ qədər Şimali Amerikanın əsas ticarət kanallarına ispanlar nəzarət edirdilər.
1795-ci ildə ABŞ-la İspaniya arasında bağlanan müqaviləyə görə, İspaniya amerikanlara Yeni Orlean limanı vasitəsilə ticarət etməyə, eləcə də Missisipi ilə yük daşımalarına icazə verdi. Amma cəmi 3 il sonra, 1798-ci ildə İspaniya həmin müqaviləni birtərəfli qaydada dayandırdı və ABŞ vətəndaşları Yeni Orleandan ticarət etmək hüququndan məhrum edildilər. Bu, ABŞ hökumətini narahat etdi və rəsmi Vaşinqton vəziyyətdən çıxış yolu axtarmağa başladı.
Həmin dövrdə isə Fransada Napoleonun başçılığı ilə Avropaya qarşı demarş hökm sürürdü. Napoleondan çəkinən İspaniya isə özünün Amerikadakı torpaqlarını - Luiziananı Fransaya vermək məcburiyyətində qalmışdı. Bununla bağlı 1800-cü ilin oktyabrın 1-də İspaniyanın San İldefonso şəhərində İspaniya ilə Fransa arasında imzalanan məxfi müqaviləyə əsasən, Luiziana Fransanın nəzarətinə keçmişdi. Müqavilə isə məxfi idi - başqaları üçün bu ərazi İspaniya ərazisi sayılırdı.
Özü üçün ticarət yolu axtaran ABŞ rəhbərliyi isə Yeni Orlean limanını və Missisipinin şərq sahilini pulla almaq niyyətində idi. Məhz belə bir vaxtda Vaşinqton İspaniya ilə Fransa arasında məxfi müqavilənin bağlanmasından xəbər tutdu. Artıq əraziləri üzrə sövdələşmə Fransa ilə müzakirə olunacaqdı. ABŞ-ın Fransadakı o vaxtkı səfiri Robert Livinqston və əvvəlki səfir Ceyms Monro Parisə göndərildi. Fransa tərəfi amerikanların bu təklifini ilkin mərhələdə rədd etdi. ABŞ isə güclü Napoleon Fransası ilə nə mübahisə, nə də müharibə etmək iqtidarında deyildi. Təzyiq yalnız diplomatik sahə üzrə davam etdirilirdi.
Böyük Britaniya ilə müharibə üçün satılan Luiziana
ABŞ-ın 3-cü prezidenti Tomas Ceffersonun yaxın dostu olan Pyer Samuel Düpon 1802-ci ildə bu məsələyə cəlb edilir. Düpon Fransa rəhbərliyi ilə də yaxşı əlaqələrə malik idi. Bu səbəbdən də Düpon Ceffersonun adından Napoleonla danışıqlara başladı. Fransanın güzəştə getmədiyini görən diplomat ABŞ-a Fransanı müharibə ilə hədələməyi məsləhət gördü, amma Vaşinqton buna cürət etmirdi. Bu dəfə də bəxt amili ABŞ-ın üzünə güldü - həmin vaxt Fransanın Amerikadakı koloniyası olan San-Dominikedə qulların üsyanı başladı. Napoleonun yaxın qohumu olan general Şarl Leklerkin rəhbərlik etdiyi qoşunlar isə üsyanı yatırmaqda aciz idi. Üsyanın böyüməsi nəticəsində, bəzi fransız zabitləri də qulların tərəfinə keçdi. General Leklerk vəfat etdi. Nəticədə, Fransanın Luiziananı bütünlüklə itirmək təhlükəsi yarandı. Başı Avropaya qarışan Napoleon anlayırdı ki, ABŞ və ya Böyük Britaniya hər an Luiziananı işğal edə bilər. Avropada böyük müharibələrə hazırlaşan Napoleon Amerikaya əsgər göndərəcək halda deyildi. Ən nəhayətin??, qarşıdakı müharibə üçün Napoleona böyük məbləğdə pul lazım idi.
Yeni Orleana görə 10 milyon, bütün Luiziana üçün isə...
Rəsmi Paris ABŞ-ın təklifini yenidən “gözdən keçirmək” məcburiyyətində qalmışdı. 1803-cü ilin aprelində Fransanın maliyyə naziri Fransua de Barbe-Marbua rəsmi olaraq ABŞ-ı məlumatlandırır ki, Fransa tərəfi Luiziananı satmağa hazırdır. Amerika nümaynədələri Fransanın təkcə Yeni Orleanı yox, bütün Luiziananı satmaq istədiyini bildikdə isə Vaşinqton heyrətə gəlir - məsələ onda idi ki, amerikanlar Yeni Orleana görə Fransaya 10 milyon dollar təklif edirdilər. Fransa isə cəmi 5 milyon dollar artıq məbləğə, yəni 15 milyona bütün Luiziananı təklif edirdi. ABŞ dərhal təklifi qəbul etdi. Luiziananın alqı-satqısı müqaviləsi aprelin 30-da hazırlandı və mayın 2-də Parisdə imzalandı. Müqaviləyə ABŞ tərəfindən R.Livinqston və C.Monro, Fransa tərəfindən isə maliyyə naziri Barbe-Marbua imza atır. ABŞ prezidenti bu müqavilə ilə bağlı ölkə vətəndaşlarına iyulun 4-də məlumat verdi, iyulun 14-də isə müqavilə Vaşinqtona gətirildi.
ABŞ Senatı Luiziana müqaviləsini oktyabrın 20-də təsdiqləyir. Senatorların 24-ü müqavilənin lehinə, 7-si əleyhinə səs verdi. Növbəti gün ABŞ prezidentinə alınmış ərazini nəzarətə götürmək və burada müvəqqəti hərbi hökumət yaratmaq və lazım gəlsə, hərbi qüvvədən istifadə etmək səlahiyyəti verildi. Senatın qəbul etdiyi digər qanunla bu ərazidəki orqanlar üçün müvəqqəti qaydalar müəyyən edildi. Qanuna görə, hələlik ərazidə Fransa və İspaniya qanunlarına əməl edilməli idi. Eləcə də alınmış ərazilərin xəritələnməsi üçün işlər başlandı. 1803-cü ildə Fransanın dövlət idarələri Yeni Orleanı tərk etdi, 1804-cü ilin martın 10-da isə Sent-Luis şəhərində Luiziana üzərində hüquqların Fransadan ABŞ-a keçməsinə həsr edilmiş mərasim təşkil olundu.
Yenə istiqraz, yenə kredit - ABŞ necə böyüdü?
Amerika hökuməti Luizianaya görə Fransaya pulu istiqraz formasında ödədi. Doğrudur, Böyük Britaniya ilə müharibə aparan Fransa əvvəlcə istiqrazları nə almaq, nə də dəyişdirmək istəyirdi. Amma ABŞ diplomatları vəziyyətdən çıxış yolu tapdılar. Onlar Fransaya məsləhət gördülər ki, həmin istiqrazları Britaniyadakı Barinq bank evi və Amsterdamdakı Houp bankında dəyişdirsin. ABŞ tərəfi həmin bankların bu məsələ ilə bağlı razılığını da aldı. Fransa tərəfi təkliflə razılaşdı və ABŞ-dan gətirilən istiqrazlar dərhal həmin banklarda nağd pula çevrilərək Fransaya aparıldı. Alqı-satqı müqaviləsində 15 milyon ABŞ dolları göstərilsə də, bu pulun kreditlə alındığını və kredit faizlərini də nəzərə alanda Luiziananın alınması ABŞ-a 23 milyon 213 min 568 ABŞ dollarına başa gəlib. Alınan məbləğin 60 milyon frankı və ya təqribən 15 milyon dollar Fransa ilə ABŞ arasında hesablaşmalarda istifadə edildi. Bütün xərclər çıxıldıqdan sonra Fransa tərəfi 8 831 250 ABŞ dolları aldı. Bu isə, o demək idi ki, Luizinanın hektarı ABŞ-a cəmisi 11 sentə başa gəldi. ABŞ hökuməti 530 milyon akr və ya 2,1 milyon kvadrat kilometr torpaq aldı. Alınmış ərazinin nə qədər böyük olduğunu göstərmək üçün, bircə onu demək kifayətdir ki, bu müqavilə ilə alınan ərazinin sahəsi ABŞ-ın o vaxtkı rəsmi ərazisindən 2 dəfə böyük idi. Vaxtilə pulla alınmış ərazidə indi ABŞ-ın 15 ştatı - Arkanzas, Missuri, Ayova, Oklahoma, Kanzas, Nebraska, Minnesota ştatının cənubu, Şimali Dakotanın böyük hissəsi, Cənubi Dakota, Nyu-Meksikanın şimal-şərqi, Montananın böyük hissəsi, Vayominq ştatının bir hissəsi, Texasın şimalı, Kolorado ştatının şərq yarısı, nəhayət, Luiziana ştatının bir hissəsi daxildir. ABŞ-ın bu torpaqlara 23,2 milyon dollar ödədiyini və alınan torpağın sahəsini nəzərə alanda Luiziananın hər hektarı ABŞ-a cəmi 11 sentə başa gəlib.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

