Azərbaycan-Türkiyə hərbi təlimləri nəyə xidmət edir?
07.10.2022 [09:53]
Nicat PAŞA
Əbədi dostluq, qardaşlıq, qarşılıqlı etimad, etibar, səmimi münasibətlər və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim inkişaf etdirilir. İqtisadi, ticari, siyasi, mədəni, humanitar və bütün digər sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi, möhkəmləndirilməsi hər iki ölkə tərəfindən prioritet istiqamət olaraq müəyyənləşdirilib. Hərb sahəsində də ikitərəfli əməkdaşlıq ən yüksək səviyyədə inkişaf etdirilməkdədir. Məhz bu məqsədlə hər iki ölkənin ordu quruculuğunun, kadr potensialının təkmilləşdirilməsi, müasirləşdirilməsi, inkişaf etdirilməsi istiqamətində mütəmadi olaraq birgə hərbi təlimlər təşkil olunur. Bu təlimlər bu gün də davam etdirilir. Belə ki, Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilir. Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı xəbərdə deyilir ki, təlimlər 3 oktyabrda başlayıb və 14 oktyabra qədər davam edəcək. Birgə hərbi təlimlər Türkiyə ərazisində keçirilir. Təlimlər dənizdə və quruda icra edilir.
“Azərbaycan və Türkiyə arasında hərtərəfli əməkdaşlıq yüksək xətt üzrə davam edir. Xüsusən Şuşa Bəyannaməsindən sonra bu proses daha da sürətlənib”.
Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında hərbi ekspert Emin Həsənli səsləndirib.
Prosesin əsasının “Bir millət, iki dövlət” ideyası ilə ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyən hərbi ekspert Türkiyənin Vətən müharibəsində ölkəmizə verdiyi dəstəyi də xatırladıb: “Azərbaycan ən ağır zamanlarda Türkiyənin yanında olub, Türkiyə də Azərbaycanın. Vətən müharibəsi dövründə də bu, belə oldu. Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Prezident İlham Əliyev Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu dəfələrlə qeyd edib, Türkiyə ilə Azərbaycanın bütün məsələlərdə bir-birini dəstəkləyəcəyini bəyan edib. Elmi, mədəni, siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq olduğu kimi, hərbi sahədə də çox dərin əməkdaşlıq var”.
E.Həsənli əlavə edib ki, Azərbaycanda Ordu quruculuğunun, lazımi kadr potensialının formalaşmasında qardaş Türkiyə Silahlı Qüvvələrinin zabitlərinin böyük rolu var və bu əməkdaşlıq bu gün də davam edir: “Azərbaycanla Türkiyə birgə hərbi təlimlər keçirir. Həm Türkiyədə, həm Azərbaycanda təlimlər hər il müxtəlif qoşun növləri üzrə olur. Bu təlimlərin məqsədi odur ki, hər iki ölkənin Orduları zərurət yaranacağı halda koordinasiyalı şəkildə bir-birinin ərazilərini, müstəqilliyini, milli maraqlarını müdafiə etsin. Eyni zamanda, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı regionda və beynəlxalq aləmdə sülhün, təhlükəsizliyin qorunması üçün önəmlidir. Qarşılıqlı təcrübə mübadiləsi üçün də təşkil olunan təlimlərin böyük önəmi var”.
“Təlimlərin çox yaxşı nəticələri olur. Hər bir Ordunun güclü olması üçün təlimdə əldə edilmiş biliklər təlimdə sınaqdan keçirilir. Bu təlimlərdə də Azərbaycan Ordusunun şəxsi heyəti, o cümlədən qardaş Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin şəxsi heyəti çox böyük təcrübə əldə edir və ən əsası isə yüksək peşəkarlıq nümayiş etdirir. Hər iki Ordunun mənəvi-psixoloji hazırlığı da, döyüş hazırlığı da, peşəkarlığı da, müasir silah-sursatı da yüksək səviyyədədir. Bütün bunlar da bizi qürurlandırır, sevindirir”, - deyə E.Həsənli fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

