Milli Məclisin deputatı Ağalar Vəliyev Goranboy və Ağdamda şəhid ailələri və qazilərlə görüşüb
12.09.2022 [10:38]
Milli Məclisin deputatı Ağalar Vəliyev Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla birgə Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər ilə görüşüb.
Görüşlərdən öncə Goranboy şəhərindəki Şəhidlər Abidə Kompleksi, Balakürd kəndindəki və Quzanlı qəsəbəsindəki Şəhid Xiyabanları ziyarət olunub, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub və məzarlarına tər gül-çiçək dəstələri qoyulub.
İctimaiyyət nümayəndələrinin iştirakı ilə Goranboy şəhərində təşkil olunan mərasimdə və Quzanlı qəsəbəsində keçirilən görüşdə vurğulanıb ki, bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi qələbəmizdən, doğma Qarabağımızda və işğaldan azad olunmuş rayonlarımızda uğurla həyata keçirilən nəhəng quruculuq işlərindən və Böyük Qayıdışımızdan irəli gələn yeni hədəflərini müəyyənləşdirən qalib dövlət və xalq kimi müstəqilliyimizin ən qüdrətli dövrünü yaşayırıq.
Şanlı Zəfərimizin qazanılmasında qəhrəman şəhidlərimizin və igid qazilərimizin xidmətləri misilsizdir. Hər zaman dövlətçiliyimizə sədaqəti ilə seçilən Goranboy, Ağdam və Tərtər rayonlarının sakinləri müharibə dövründə istər ön, istərsə də arxa cəbhədə fədakarlıq göstərərək qələbəmizin əldə olunmasına öz layiqli töhfələrini veriblər, onlardan bir çoxu şəhidlik zirvəsinə ucalaraq Vətənin müxtəlif orden və medalları ilə təltif edilib.
Tədbirlərdə xüsusi məmnunluqla qeyd olunub ki, şəhid ailələri və müharibə əlilləri hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın hərtərəfli diqqəti və qayğısı ilə əhatə olunub, son illər ərzində 12 500-dən çox şəhid ailəsi və müharibə əlili mənzillərlə və fərdi evlərlə, 7 400-ə yaxın əlil isə minik avtomobilləri ilə təmin edilib.
Bildirilib ki, ölkə rəhbərliyinin bu istiqamətlərdəki dövlət siyasətinə dəstək olaraq Ağalar Vəliyev millət vəkili kimi təmsilçisi olduğu 97 saylı Seçki Dairəsi üzrə Goranboy, Ağdam və Tərtər rayonlarından olan şəhid ailələrinə və Qarabağ əlillərinə həmişə həssaslıqla yanaşıb, öz maddi və mənəvi dəstəyini onlardan əsirgəməyib.
Belə ki, təkcə son, 2020-2022-ci illər ərzində deputat tərəfindən adıçəkilən rayonlardan 248 şəhid ailəsinə və 180 nəfər qaziyə 2 dəfə maliyyə yardımı göstərilib, şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, aztəminatlı ailələr də daxil olmaqla hər dəfə 1000 yaxın ailəyə 13 dəfə 13000-ə yaxın ərzaq bağlaması çatdırılıb.
Eyni zamanda, sözügedən rayonlar üzrə 27 şəhid ailəsinin və Qarabağ əlilinin müxtəlif sosial problemlərinin həllinə fərdi qaydada maddi yardım göstərilib. Həmçinin deputat tərəfindən keçirilən mütəmadi görüşlər və qəbullar zamanı şəhid ailələrinin, qazilərin və seçicilərin kollektiv müraciətləri nəzərə alınaraq Goranboy rayonunun ən ucqar yaşayış məntəqəsi olan Todan kəndinə gedən 24 kilometr uzunluğunda avtomobil yoluna çınqıl döşənməsi, rayonun ən böyük yaşayış məntəqəsi olan Qızılhacılı qəsəbəsində müasir subartezian quyusunun qazılması, eləcə də Xanqərvənd və Aşağı Ağcakənd kəndlərindəki məktəblərdə istilik sistemlərinin quraşdırılması təşkil olunub.
Tədbirlər zamanı Ağalar Vəliyevin təşəbbüsü ilə Goranboy rayonundan 26, Ağdam rayonundan 9 və Tərtər rayonundan 4 ailə olmaqla Vətən müharibəsinin 39 şəhidinin ailəsinə maliyyə vəsaiti təqdim edilib.
Silsilə görüşlər çərçivəsində deputat və icra başçısı Goranboy rayonunun Kəpənəkçi kəndində Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayevi ziyarət edərək səhhəti ilə maraqlanıb və millət vəkili ona müalicəsi üçün maliyyə dəstəyi göstərib.
Səmimi şəraitdə keçən görüşlərin iştirakçıları şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16

