Hibrid avtomobillərin sayı artıb
09.09.2022 [10:54]
“Ekoloji təmiz avtomobillərin sayında artım müşahidə edilir”
Günel ABBAS
Uzun illər ərzində aparılan araşdırmalar hibrid (ekoloji təmiz) avtomobillərin ətraf mühitə müsbət təsirini təsdiqləyib. Bu avtomobillər digər avtomobil modellərini üstələyir. Hibrid avtomobillərin bir çox faydalı tərəfləri var. Lakin bu avtomobillərin ən əsas özəlliyi əhəmiyyətli dərəcədə aşağı karbon istehsal etməsidir. Qeyd etmək lazımdır ki, hibrid avtomobillərin eko-səmərəliliyi ölkənin xüsusi enerji təminatı ilə birbaşa mütənasibdir. Bununla belə, enerji qarışığının qalıq yanacaqlara əsaslandığı ölkələrdə belə, hibrid avtomobillərin ətraf mühitə təsiri hələ də daxili yanma mühərrikli avtomobillərinkindən əhəmiyyətli dərəcədə aşağıdır. Bərpa olunan enerji istehsalının maksimal faizinə malik ən inkişaf etmiş Avropa İttifaqı (Aİ) ölkələrində hibrid avtomobillər dizellə işləyən avtomobildən 50%-ə qədər az CO2 istehsal edir. Müqayisə üçün qeyd edək ki, Polşada hibrid avtomobillər dizellə işləyən avtomobillərdən orta hesabla 25% az karbon qazı buraxır. Bu baxımdan qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, ekoloji təmiz elek?rik və hibrid avtomobilləri, onların istifadəsi üçün zəruri olan enerji doldurucularının idxalı və satışına edilən bir sıra maliyyə güzəştlərinin tətbiqi nəticəsində ölkəmizdə ekoloji təmiz nəqliyyat vasitələrinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə edilməkdədir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib ki, 2022-ci ilin 8 ayı ərzində ölkə ərazisinə idxal olunan avtomobillərin 8 min 201 ədədini, yəni təxminən 18 faizini hibrid nəqliyyat vasitələri təşkil edib: “Bu il ərzində idxal olunan hibrid nəqliyyat vasitələri ötən il ilə müqayisədə 958 ədəd, yəni 13 faiz çox olub. Elektrik mühərrikli nəqliyyat vasitələri isə 215 ədəd, yəni 2021-ci illə müqayisədə təxminən 4,5 dəfə çox idxal olunub”.
Nazirlik rəsmisi onu da qeyd edib ki, bu il yanvar ayının 1-dən etibarən elektrik mühərriki ilə işləyən avtomobillər və istehsal tarixi 3 ildən çox olmayan, mühərrik həcmi kiçik olan hibrid avtomobilləri, eyni zamanda enerji doldurucularının idxalı və satışı ƏDV-dən azad edilib. “Ekoloji təmiz nəqliyyat vasitələrindən, həmçinin ekoloji təmiz yanacaqdan istifadəni genişləndirmək istiqamətində görülən tədbirlər Azərbaycanda ətraf mühitə və xüsusilə atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək”, - deyə F.Mütəllimov bildirib.
Ekspert İlqar Hüseynlinin sözlərinə görə, bir müddət əvvəl ölkəmizə hibrid maşınları daha çox taksi xidmətlərini həyata keçirmək üçün gətirilirdi: “Çünki 60 km/saat-a qədər yanacaq məsrəfi olmur. Yalnız bu sürət həddini keçdikdə yanacaqdan istifadəyə keçirlər. Buna görə, paytaxt daxilində həmin avtomobillərdən istifadə etmək əlverişlidir. Bu isə ailə büdcəsi üçün iqtisadi səmərəlilik baxımından faydalıdır. Avtomobil idxalı ilə məşğul olan iritutumlu şirkətləri müşahidə etdikdə dizel yanacağı ilə işləyən, “Euro 5” standartlarına çox da uyğun olmayan avtomobillərin sürətli idxalını görürük. Bu isə o deməkdir ki, bir az imkanlı şəxslər həmin avtomobillərə üstünlük vermirlər. Əsasən, aztəminatlı ailələr bu avtomobilləri almağa və hazırda olan avtomobilini ona dəyişməklə məşğuldurlar. Ancaq indi hibrid avtomobillərə marağın digər vətəndaşlar tərəfindən də artdığı müşahidə olunur”.
İ.Hüseynli bildirib ki, araşdırmalara əsasən, ekologiyaya ən çox yanacaqla işləyən avtomobillər zərər vurur. Lakin hibrid avtomobillər “ekologiyanın dostu” hesab olunur. Çünki bu maşınların iş mexanizmi elə qurulub ki, 60 km-ə qədər yanacaqdan istifadə etmədən elektrik enerjisi ilə çalışa bilir. Eyni zamanda, çalışdığı müddət ərzində enerji depolayır. 60 km-dən yuxarı sürət həddi ilə hərəkət edən zaman isə alternativ yanacaq vasitələrindən istifadə edir. Onsuz da böyük şəhərlərdə nəqliyyat sıxlığı olduğundan, 60 km sürət həddini aşmaq olmur. Bu sistem həm də sürücülərin sürət həddinə və təhlükəsizlik qaydalarına əməl etmələrinə şərait yaradır”.
Mütəxəssis qeyd edib ki, artıq əksər ölkələr yanacaqla işləyən avtomobillərdən istifadəni azaltmağı planlaşdırır: “Məsələn, Belçikada hökumətin qəbul etdiyi qərara əsasən, yanacaqla işləyən avtomobilini satışa çıxaran hər bir vətəndaşa dövlət müəyyən məbləğ ödəyir. Hökumət bu yolla avtomobillərin istifadəsini məhdudlaşdırmaq istəyir. Bu baxımdan ölkəmizdə hibrid avtomobillərə marağın bu şəkildə artması təqdirəlayiqdir”.
Xəbər lenti
Hamısına baxMədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51

