Qəbul imtahanı bitdi: Boş qalan plan yerləri
07.09.2022 [10:31]
Yeganə BAYRAMOVA
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan edilib. Ali təhsil müəssisələrinin müsabiqəsində 66724 nəfər iştirak edib. Onlardan 48841 nəfəri (o cümlədən 4927 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 23044 (o cümlədən 253 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25797 (o cümlədən 4674 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Qeyd edək ki, builki qəbul imtahanlarında da ali təhsil müəssisələrinin boş qalan plan yerləri var. Həmin yerlərə ixtisas seçimi sentyabrın 2-dan 7-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.
Dövlət sifarişi ilə təhsil alanlar ötən ildən çox olacaq
Ötən illə müqayisədə builki ixtisas qrupları üzrə keçid balları arasındakı fərq, boş qalan plan yerlərinin sayı, abituriyentlərin göstərdiyi nəticələr və keyfiyyətlə bağlı təhsil üzrə ekspert Elçin Əfəndi fikirlərini “Yeni Azərbaycan”la bölüşüb. Ekspertin sözlərinə görə, ötən illə bu il arasında müqayisə aparsaq, bu il dövlət sifarişi üzrə qəbul olan abituriyentlərin sayı daha çoxdur: “Qəbul olanların 24 minə yaxını sırf dövlət sifarişli təhsil alan abituriyenlər olacaq, hətta onların içərisində 253 nəfər subbakalavrdır. Ödənişli əsaslarla isə 26 minə yaxın abituriyent var. Onların 4674 nəfəri də subbakalavrdır. Ümumilikdə, ayrılan plan yerlərini nəzərə alsaq, müsabiqədə iştirak edən abituriyent sayı 66724 nəfər idi, onlardan 48841 nəfəri ali təhsil müəssisələrinə qəbul olmaq şansını qazanıb. Bununla paralel olaraq, birinci turdan sonra məhz ikinci tur üçün bəzi ixtisas qrupları üzrə boş qalan yerlər oldu və bu yerlər də əsasən birinci ixtisas qrupu üzrə olan 476 boş yer idi. İkinci ixtisas qrupu üzrə 674, üçüncü ixtisas qrupu üzrə 1208, dördüncü ixtisas qrupu üzrə 290, beşinci ixtisas qrupu üzrə isə 392 boş yer var. Bu yerlər həm Azərbaycan, həm də rus bölməsini birgə əhatə edir”.
Bu il üçüncü qrupda boş yer daha çoxdur
E.Əfəndi qeyd edib ki, ötən illərdə də müvafiq olaraq boş qalan plan yerləri var idi, amma 2020-2021-ci ildə daha çox ikinci ixtisas qrupu üzrə boş yerlər qalmışdı: “Bu il isə daha çox boş yer üçüncü ixtisas qrupu üzrədir. Ötən ilə nisbətən bu il keçid ballarında daha çox artım birinci və dördüncü ixtisas qrupunda oldu. Bu da həmin qruplar üzrə müsabiqəyə qatılan abituriyentlərin say çoxluğu ilə əsaslanır. Bundan sonrakı yeri isə ikinci ixtisas qrupu üzrə abituriyentlər tutur ki, burada da müvafiq olaraq bəzi istiqamətlər üzrə keçid ballarında artım oldu. Keçid ballarının artmasında üçüncü yeri beşinci ixtisas qrupu tutur, bu qrupda da ixtisaslar üzrə müəyyən qədər bal artımı oldu. Amma keçid balının aşağı düşməsini daha çox üçüncü ixtisas qrupunda müşahidə etdik. Çünki bu il üçüncü ixtisas qrupuna beynəlxalq münasibətlər və regionşünaslıq ixtisaslarının gətirilməsi ilə keçid ballarında müəyyən qədər aşağı enmə halları oldu”.
Yüksək bal toplasalar da, tələbə ola bilməyənlər var
E.Əfəndinin sözlərinə görə, yüksək bal toplayıb müsabiqədən kənar qalan abituriyentlər də olub: “Təbii ki, onlar müvafiq olaraq mütəxəssis rəyi almayan və müsabiqə şərtlərini yerinə yetirdiyi halda düzgün seçim etməyənlərdir. Bu da hər qrup üzrə 200-250 nəfər arası, ikinci qrupda isə 30-40 nəfər abituriyentdir. Ötənilki abituriyentlərə nisbətən bu il daha çox savadlı abituriyentlər var idi və onlar daha yüksək bal topladılar. Gözlənilən odur ki, növbəti illərdə də keçid ballarında artım ola bilər. Çünki ildən-ilə qəbul proqramını mənimsəyən abituriyentlərin sayı çoxalır, bu da nəticə etibarilə abituriyentlərin yüksək göstəricilərinə və müvafiq ixtisaslarda keçid ballarının artmasına səbəb olur”.
Ekspertin sözlərinə görə, yuxarıda qeyd olunan yüksək göstəricilərin orta ümumtəhsil məktəblərinin nəticəsi olduğunu deyə bilmərik: “Bütün bu göstəricilər birbaşa müvafiq təhsil mərkəzlərinin, hazırlıq kurslarının, repetitor müəllimlərin nəticəsidir. İstisna hallar ola bilər, məsələn, ölkəmizdə 4440-dan çox orta ümumtəhsil müəssisəsi var, onların təxminən 40-da normal təhsil verilir. Yerdə qalan 4400 orta ümumtəhsil məktəblərində isə təhsil normal səviyyədə deyil. Orada oxuyan abituriyentlər sırf həmin məktəbin verdiyi təhsil əsasında bəlkə ali məktəbə qəbul ola bilərlər. Ancaq yüksək bal toplayanların böyük əksəriyyəti hazırlıq kurslarının və yaxud repetitor müəllimlərin nəticəsidir”.
Xəbər lenti
Hamısına baxDünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17

