Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan hərbçiləri Gürcüstanda beynəlxalq təlimlərə qatılacaq

Azərbaycan hərbçiləri Gürcüstanda beynəlxalq təlimlərə qatılacaq

24.08.2022 [00:38]

Azərbaycan hərbçiləri Gürcüstanda beynəlxalq təlimlərə qatılacaq.

"Report" xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

İki min dörd yüz nəfərdən çox hərbçinin qatıldığı təlimlər "Noble Partner 2022" ("Layiqli partnyor 2022") adı altında baş tutacaq.

Təlimlərin məqsədi Qara dəniz regionunda sabit və təhlükəsiz mühitin təmin edilməsi üçün regional tərəfdaşlar və müttəfiqlər arasında hazırlığın və qarşılıqlı uyğunluğun artırılmasıdır.

Nazirlikdən bildirilib ki, hərbi təlimlərdə Azərbaycan, ABŞ, Yaponiya, İsveç, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Almaniya, Bosniya və Herseqovina, Estoniya, Polşa hərbçiləri, Litvanın çoxmillətli briqadası iştirak edəcək.

Təlimlərin başlama tarixi açıqlanmayıb.

Hərbi təlimlər Gürcüstanda altıncı dəfə keçiriləcək. Qeyd edək ki, təlimlər ilk dəfə 2015-ci ildə keçirilib.

Paylaş:
Baxılıb: 577 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31