Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çin ABŞ-ni kibertəhlükəsizlik məsələsində ölkəni gözdən salmaqdan çəkinməyə çağırıb

Çin ABŞ-ni kibertəhlükəsizlik məsələsində ölkəni gözdən salmaqdan çəkinməyə çağırıb

27.08.2026 [18:40]

Çin Hökuməti kiberhücumlarla mübarizə üçün qətiyyətli tədbirlər görür və ABŞ-ni kibertəhlükəsizlik məsələsindən Çini gözdən salmaq və Çin şirkətlərinə qarşı ayrı-seçkilik xarakterli məhdudiyyətlər tətbiq etmək məqsədilə istifadə etməməyə çağırır.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bunu Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Lyu Çan bildirib.

Diplomat ABŞ rəsmilərinin Çin Hökuməti ilə əlaqəli hakerlərin NASA, ABŞ Federal Ehtiyat Sisteminin, Energetika Nazirliyinin, Səhiyyə və İnsan Xidmətləri Nazirliyinin və digər dövlət qurumlarının kompüter sistemlərinə müdaxiləsi barədə iddialarını şərh edib.

Lyu Çan bildirib ki, Çin kibertəhlükəsizliyin ardıcıl müdafiəçisidir və hökumət bütün növ kiberhücumlara qəti şəkildə qarşı çıxır. Onun sözlərinə görə, Çin kibertəhlükəsizlik sahəsində qanuna uyğun olaraq müvafiq tədbirlər görür.

Diplomat ABŞ tərəfini kibertəhlükəsizlik məsələlərindən Çini qaralamaq və gözdən salmaq üçün istifadə etməməyə çağırıb.

Paylaş:
Baxılıb: 170 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31