Köçəryan həbs edildi - taleyin ironiyası, ədalətin təntənəsi
29.08.2026 [11:42]
Zaman ən böyük hakimdir, illər boyunca tələsmədən hər kəsi sanki ələkdən keçirirək öz qiymətini verir və layiq olduğu yeri göstərir. Eynən Ermənistanın sabiq prezidenti Robert Köçəryanın taleyi kimi. Nəhayət, bu günlərdə Azərbaycan cəmiyyətində də çoxdan gözlənilən hadisə baş verdi -adı prezidentlikdən daha çox rüşvətxorluqda, çoxsaylı korrupsiya faktlarında, insan qətllərində, hakimiyyətin zorla zəbt olunmasında, ailə klanı qurmaqda, digər belə çinayətlərdə və Xocalı soyqırımının əsas günahkarlarından biri kimi hallanan Robert Köçəryan həbsə alındı.
Proses heç də asan yekunlaşmayıb. Yerli mətbuatın yaydığı xəbərlərə görə, avqustun 26-dan başlayaraq gecə səhərə qədər davam edən proses zamanı Köçəryanın vəkilləri bir neçə dəfə xəstəlik bəhanəsi ilə onun xəstəxanaya aparılmasına nail olublar. Xəstəxanada müayinələrdən sonra həkimlər Köçəryanın səhhətində məhkəmə prosesinin dayandırılmasına əsas verəcək problem olmadığına dair rəy veriblər. Bundan sonra Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi işini səhər saatlarında başa çatdıraraq R.Köçəryanın barəsində 2 aylıq həbs qərarı qəbul edib.
Sabiq prezidentin qurduğu cinayət piramidası
Ermənistan Antikorrupsiya Komitəsinin sabiq prezident, “Ermənistan” blokunun lideri Robert Köçəryan da daxil olmaqla, altı nəfər barəsində həbs qətimkan tədbirinin tətbiqi barədə məhkəməyə verdiyi vəsatətləri normal insan şüuru ilə qavramaq mümkün deyil. Sadalanan cinayətlər dəhşət saçır və R.Köçəryanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə hüdudsuz bir cinayət piramidası qurduğu barədə konkret təsəvvür yaradır. Təfərrüatlar Antikorrupsiya Komitəsinin yaydığı məlumatda geniş əks olunub. Bildirlir ki, Antikorrupsiya Komitəsində xüsusilə külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda rüşvət alma faktları üzrə həyata keçirilən cinayət icraatı çərçivəsində, R.K. da daxil olmaqla saxlanılan altı nəfər, o cümlədən sabiq prezidentin oğlu, eləcə də 1999-2009-cu illərdə hökumət bağları təsərrüfatının direktoru olmuş A.V. və onun ailə üzvləri barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə Antikorrupsiya Məhkəməsinə vəsatətlər təqdim edilib.
Xatırladaq ki, bir müddət bundan əvvəl Ermənistanın keçmiş prezidenti Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə (3 epizod), xüsusilə külli miqdarda rüşvət alma (2 epizod) və xüsusilə külli miqdarda çirkli pulların yuyulması (4 epizod) ittihamları üzrə açıq cinayət istintaqına başlanılıb. Antikorrupsiya Komitəsinin apardığı istintaq çərçivəsində müəyyən edilib ki, 1998-2008-ci illərdə Ermənistan prezidenti vəzifəsini tutmuş Köçəryan bir sıra şəxslərlə əlbir hərəkət edərək şəxsi və özəl maraqlardan çıxış edərək, dövlət mülkiyyətini özünə, onunla əlaqəli şəxslərə və şirkətlərə güzəştli şərtlərlə, o cümlədən bazar qiymətindən xeyli aşağı qiymətə və açıq hərraclar keçirilmədən ötürmək, habelə bu mülkiyyətin cinayət yolu ilə əldə edilməsini gizlətmək və ona qanuni görkəm vermək məqsədilə xidməti səlahiyyətlərindən istifadə edib.
Ermənistanın Antikorrupsiya Komitəsi tərəfindən cinayət işi üzrə aparılan istintaq çərçivəsində altı nəfər, o cümlədən sabiq prezident Robert Köçəryan, onun oğlu Sedrak və cinayət sxemləri ilə əlaqəli olduğu ehtimal edilən digər şəxslər saxlanılıb.
İbtidai istintaq çərçivəsində 2001-2019-cu illər ərzində sabiq prezidentin oğlunun adına həyata keçirilmiş, ümumi məbləği təxminən 144 milyard dram, 309 milyon dollar, 77 milyon avro və 18 milyon rubl olan pul köçürmələri ilə bağlı hallar da öyrənilir. Bundan başqa, cinayət təqibinə cəlb edilmiş şəxslərə və onların ailə üzvlərinə məxsus olan, Ermənistanda və xaricdə otuzdan çox daşınmaz əmlak obyektinin əldə edilməsi halları araşdırılır.
Bundan başqa, vergi xidməti Köçəryanlar ailəsinə məxsus “Toyota” salonunu möhürləyib. Həmçinin “Oranj fitnes” idman kompleksində istintaq hərəkətləri həyata keçirilir. Robert Köçəryanın oğlu Levonun evində axtarışlar aparılır. Antikorrupsiya Komitəsindən bildirilib ki, cinayət işinin icraatı çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilir.
S. Sarkisyanın da başı qeylü-qalda
R.Köçəryanla bərabər, zamanında hakimiyyət kürsüsündə onu əvəzləyən digər bir sabiq prezident Serj Sarkisyanın da başı indi qeylü-qaldadır. Antikorrupsiya Komitəsinin yaydığı bəyanata əsasən ona ölkəni tərk etmək qadağası qoyulub. Artıq Serj Sarkisyana qarşı da ittiham irəli sürülüb. “Antikorrupsiya Komitəsində istintaq edilən eyni cinayət icraatı çərçivəsində Ermənistan Respublikasının sabiq prezidenti Serj Sarkisyana Ermənistan Respublikası Cinayət Məcəlləsinin 18 aprel 2003-cü ildə qəbul edilmiş 308-ci maddəsinin 2-ci hissəsi (qüvvədə olan Cinayət Məcəlləsinin 441-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndinə uyğundur) ilə də ittiham irəli sürülüb”, - deyə komitədən bildirilib.
Xatırladaq ki, daha əvvəl Ermənistan prokurorluğu ölkənin ikinci prezidenti Robert Köçəryana qarşı cinayət işinin başlanması barədə məlumat vermişdi. Ona üç epizod üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə, iki epizod üzrə xüsusilə külli miqdarda rüşvət alma və dörd epizod üzrə xüsusilə külli miqdarda pul yuma ittihamları irəli sürülüb.
Eyni iş çərçivəsində daha doqquz nəfərə, o cümlədən müxtəlif illərdə Ermənistanın müdafiə naziri və baş naziri vəzifələrini tutmuş üçüncü prezident Serj Sarkisyana qarşı da cinayət təqibi başlanılıb.
Hayla gələn vayla gedər
Otuz illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycana qarşı misli görünməmiş müharibə cinayətləri törədilib. Bir milyondan artıq insan ev-eşiyini tərk etmək məcburiyyətində qalıb. Tarixi mədəni-dini abidələrimiz məhv edilib, qəbiristanlıqlarımız təhqirlərə məruz qalıb. Qarabağda və ətraf ərazilərdə soydaşlarımız xüsusi amansızlıqla qətlə yetirilərək izlərini itirmək məqsədilə gizli şəkildə basdırılıblar. Postmüharibə dövründə bir neçə belə məzarlıq aşkarlanıb. Əvvəlcədən hazırlıq görülməklə dəhşətli Xocalı faciəsi törədilib, bütöv şəhər bir gecədə soyqırımına məruz qalıb. Bütün bunların həyata keçirilməsində R.Köçəryanın və S,Sarkisyanın xüsusi “xidmətləri” olub. Hətta onlar ictimai çıxışlarında “Xocalıda baş verənlərdən sonra azərbaycanlılar bizim onlarla zarafat etmədiyimizi anladılar” deməklə soyqırımına birbaşa rəvac verdiklərini etiraf ediblər.
Eks-prezidentləri azərbaycanlılara qarşı xüsusi nifrət birləşdirirdi. Ermənistan mətbuatında, sosial şəbəkələrdə aparılan müzakirələrdə ifadə olunan fikirlərdən o qənaət hasil olur ki, bu xüsusi nifrət ilk növbədə genetik amillərdən qaynaqlanır. Bəli, Ermənistanda iddia olunur ki, hər iki eks-prezidentin ailə şəcərəsində ata tərəfdən azərbaycanlı izi var, yəni onların ikisinin də anası azərbaycanlılarla vətəndaş nigahında olublar və bu izdivacdan da R.Köçəryan və S.Sarkisyan dünyaya gəlib. Erməni ailələrində anaların öz övladlarına hansı kodları aşıladıqları hər kəsə bəllidir. Bu kodlar daim türklərə, azərbaycanlılara nifrət hissləri ilə şifrələnib. Ermənistanın hazırkı rəhbərliyinin etiraflarından da bunu aydın şəkildə başa düşmək mümkündür.
R.Köçəryanın və S.Sarkisyanın azərbaycanlılara xüsusi nifrət bəsləməklə işğal illərində xalqımıza qarşı amansiz cinayətlər törətmələrinin genetik kodlarına nəzər saldıq. İstintaq materiallarından bəlli olur ki, hər iki eks- prezident ermənilərə münasibətdə də səmimi olmayıblar. Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyanı 1997-ci ildə hakimiyyətdən devirib, qanunsuz şəkildə onun kürsüsünə sahiblənən Robert Köçəryan, üstündən iki il keçəndən sonra, 1999-cu ilin 27 oktyabrında parlamentin gülləbaran edilməsi ssenarisini hazırlayanlardan idi. O vaxt Köçəryan əl-ayağına dolaşan parlament sədri Karen Demirçyanı, baş nazir Vazqen Sarkisyanı və daha 6 nəfəri - parlament sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, millət vəkilləri Armenak Armenakyan, Mikayel Kotanyan, Qenrix Abrahamyan və hökumət üzvü Leonard Petrosyanı güllələtdirdi. Silahlı dəstənin başçısının sabiq “Daşnaksutyun” üzvü, 1988-1990-cı illərdə tələbələr hərəkatı fəalı, “Qarabağ hərəkatı”nın aktivlərindən biri Nairi Hunanyanın olması çox şeyi deyirdi.
Robert Köçəryan hakimiyyəti Qarabağ klanının digər üzvü Serj Sarkisyana ötürən zaman da azı 10 nəfər etirazçını qətlə yetirdi. 2008-ci ilin 1 martında törədilən cinayətlər bu günə qədər tam şəkildə araşdırılmayıb. Nikol Paşinyan 2018-ci ildə Sorosun dəstəyi ilə Sarkisyanı devirib, hakimiyyəti ələ alandan sonra Qarabağ klanının liderlərinin əl-ayağını bir yerə yığmağa nail olmuşdu, Köçəryan, Sarksiyan, Ohanyan və digərləri ya həbsxanaya salındılar, ya da məhkəmə kluarlarında aylarla süründülər.
Bəhs olunan cütlük hakimiyyətdə olanda nə qədər qəddar idilərsə, nə qədər “cəsarətli” görünməyə çalışırdılarsa, son illərin hadisələri təsdiqlədi ki, onlar bir o qədər də qorxaqdırlar. Zamanında eks-prezidentlər özlərini Ermənistan cəmiyyətinə “Qarabağın qəhrəmanları” kimi təqdim edirdilər. 44 günlük müharibə zamanı isə bu kağız qəhrəmanlarının səsi də çıxmadı. Onların ən yaxşı qiymətini Öz adından və xalqımız adından Azərbaycan Prezidenti İlham Əliyev verib. Dövlətimizin başçısı 2023-cü ilin 23 noyabrında Ağdamdakı Cümə məscidinin qarşısında dəmir yumruğu bir daha göstərərək deyib :”Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız. Siz bu məscidi dağıtdınız. İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Döyüş bölgəsinə burunlarını da belə soxa bilmədilər. Bəs, haradadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxarın dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmısınız döşünüzə. Yalançı qəhrəmandır bunlar. Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm”.
R.Köçəryanın həbsə alınması və S.Sarkisyanın həbsinə hazırlıq görülməsi taleyin ironiyasıdır. Hayla gələn, vayla gedər, deyiblər. Əlbəttə, ədalət, beynəlxalq hüquq nöqteyi-nəzərindən həm R.Köçəryan, həm də S.Sarkisyan Azərbaycanda mühakimə olunmalıdırlar. Onlar Ermənistanda siyasi rəqabət zəminində qətllərə rəvac versələr də, mənimsəmələr həyata keçirsələr də, Azərbaycanda törətdikləri cinayətlərin miqyası daha böyükdür. Buna görə də dövlətimiz, xalqımız hər zaman onu istəyib ki, Bakıda layiqli cəzalarını alan separatçı rejimin rəhbərləri kimi, R.Köçəryan və S,Sarkisyan da Azərbaycanda ədalət məhkəməsi qarşısına çıxarılsın. Hələlik Ermənistan konstitusiyası bu şəxslərin Azərbaycana ekstradisiya edilməsiinə hüquqi əsaslar yaratmır. Ancaq hazırda Ermənistan Azərbaycanın şərti əsasında yeni konstitusiya dəyişikliyi ərəfəsindədir. Rəsmi İrəvan son vaxtlarda ölkəmizin haqlı mövqeyini nəzərə alır və yaxud buna məcburdur. Yeni konstitusiyada həmçinin respublikamıza, xalqımıza qarşı çoxsaylı cinayətlər törətmiş S.Sarkisyan, R.Köçəryan və digərlərinin Azərbaycana ekstardisiyasına hüquqi əsasların yaradılması da təmin edilməlidir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSiyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58

