MEDİA: Belə hallar təkrarlanarsa...
20.08.2022 [11:27]
N.PAŞA
Yay mövsümü ilə əlaqədar mediada müəyyən qədər mövzu qıtlığı müşahidə olunmaqdadır. Bu da təbii olaraq KİV-lərdə məlumatların azlığına, oxucu sayının azalmasına gətirib çıxarır.
Bəzi media qurumları isə oxucu sayını artırmaq, gündəmdə qalmaq üçün peşəkar yanaşma sərgiləməkdənsə, digər yollara əl atırlar. Aldadıcı başlıqlardan, dəqiqliyi yoxlanılmamış informasiyalardan istifadə, nəticə etibarı ilə jurnalistikanın əsas prinsiplərinin kobud şəkildə pozulması oxucular tərəfindən ciddi narazılıqlarla qarşılanır. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bu cür xoşagəlməz halların qarşısını almaq məqsədilə media qurumlarına müraciət ünvanlayıb. Qeyd olunur ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində mütəmadi olaraq media subyektlərinin fəaliyyəti ilə bağlı təhlillər aparır və Agentliyin ümumi fəaliyyəti barədə hesabatlar hər ay media ictimaiyyətinə təqdim edilir: “Aparılan təhlillər göstərir ki, bəzi media subyektləri öz fəaliyyətlərində jurnalistikanın əsas norma və prinsiplərini pozmaqla, materialların hazırlanmasında birtərəfliliyə yol verməklə, qarşı tərəf və ya tərəflərin mövqeyini öyrənməməklə, həmçinin aldadıcı başlıqlardan istifadə etməklə “Media haqqında” Azərbaycan Respublikasının Qanununun və “Redaksiya siyasəti və peşə etikası” qaydalarının tələblərini pozur”.
Rəsmi şəkildə xəbərdarlıq ediləcək
Agentlikdən qanun pozuntularına yol verən media subyektlərinə xəbərdarlıq edilib: “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media subyektlərini belə hallara yol verməməyə, fəaliyyətlərində “Media haqqında” Azərbaycan Respublikasının Qanununa və “Redaksiya siyasəti və peşə etikası” qaydalarına riayət etməyə çağırır, bildirir ki, belə hallar təkrarlanarsa, pozuntuya yol vermiş media subyektlərinə rəsmi xəbərdarlıq ediləcək və xəbərdarlıqlar Agentliyin rəsmi informasiya resurslarında yerləşdiriləcəkdir. Xəbərdarlığa əməl edilməyəcəyi təqdirdə isə qanunvericiliyə uyğun olaraq, növbəti tədbirlərin görülməsi təmin olunacaqdır”.
“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bütün media subyektlərini peşəkar və məsuliyyətli olmağa, eyni zamanda, informasiya alan tərəflərin də hüquqlarına hörmətlə yanaşmağa çağırır”, - müraciətdə deyilir.
“Medianın İnkişafı Agentliyi bu gün Azərbaycanda jurnalistikanın inkişafına, etik normaların, informasiya təhlükəsizliyinin gözlənilməsinə çox ciddi əhəmiyyət verir. MEDİA-nın fəaliyyəti bütövlükdə bizim üçün çox qiymətlidir. Agentliyin media subyektlərinə müraciətini tam mənası ilə qəbul edirik. Media sistemində, sosial şəbəkələrdə informasiya ilə məşğul olan şəxslərə jurnalist, müəllim kimi yox, Azərbaycanın milli maraqları ilə bağlı son dərəcə narahat olan vətəndaş, ağsaqqal kimi mən də müraciət edirəm. Birbaşa MEDİA-nın müraciətinə qoşuluram”.
Bu fikirləri mətbuata açıqlamasında tanınmış jurnalist, professor Cahangir Məmmədli deyib. Professor bildirib ki, yalan, heç bir həqiqətə söykənməyən “informasiya”ların yayılması jurnalistikaya qətiyyən yaraşmır: “Belə informasiyaları yayanların, bəlkə, bir nəfərinin belə rəsmi jurnalistika təhsili, məktəbi görməyib. Ona görə də etik normaları, jurnalistikanın prinsiplərini bilmirlər. İctimai maraqlarla dövlət maraqlarını, milli maraqları qarışdırırlar. Bu gün bizim üçün milli maraqlar o qədər vacib keyfiyyət, faktdır ki. Bəzən elə bilirlər, müharibəni bitirmişik. Xeyr, biz qisasımızı almışıq, lakin müharibə hələ davam edir. Ona görə də hər bir vətəndaş, kim olur-olsun, xüsusilə özünü jurnalistika məkanında hiss edənlər gərək başa düşsünlər, bir az da dəqiq desək, gərək qansınlar ki, Azərbaycan bu gün hansı vəziyyətdədir. Bizi istəməyən qüvvələr, hətta dövlətlər çoxdur. Bu səbəbdən son dərəcə ehtiyatlı olmalıyıq”.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev həm jurnalistlərin etik qaydalarının, həm də mövcud qanunvericilik normalarının pozulması hallarına hələ də rast gəlindiyini təəssüflə qeyd edərək, bu kimi halların peşəkar medianın nüfuzuna xələl gətirdiyini bildirib: “Reket jurnalistika, mənəvi terror jurnalistikası, məsuliyyətsiz jurnalistika kimi anlayışlarla müşahidə olunan fəaliyyət növləri ilə əfsuslar olsun ki, hələ də rastlaşırıq. Və bunlar da ümumilikdə peşəkar medianın nüfuzuna müəyyən qədər xələl gətirməklə bərabər, cəmiyyətdə ictimai münasibətləri, vətəndaş-dövlət, cəmiyyət-media münasibətlərini müəyyən qədər zədələyir”.
Baş redaktor qanun normalarının və redaksiyaların etik qaydalarının pozulması hallarına qarşı mübarizə tədbirlərinin fasiləsiz şəkildə aparılmalı olduğunu diqqətə çatdırıb: “Bu istiqamətdə yenicə qüvvəyə minmiş, ölkə Prezidenti tərəfindən təsdiqlənmiş “Media haqqında” qanunda konkret müddəalar var, sanksiyalar nəzərdə tutulub. Eləcə də MEDİA agentliyinə bu kimi xoşagəlməz halların qarşısının alınmasında konkret səlahiyyətlər və hüquqlar verilib. Əlbəttə, medianın inkişafı haqqında yeni qanunun qüvvəyə minməsi ilə bütün media bu kimi hallarla mübarizə istiqamətində addımların atılacağını gözləyirdi. Ona görə ki, qanun pozuntularının qarşısını almaq üçün göstərilən çabaların əgər hamısı nəticə verməsə, onda daha sərt addımların atılmasına ehtiyac yaranır. Amma MEDİA öz səlahiyyətləri çərçivəsində müəyyən addımları atır və atacaq”.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

