Avtomobil arzusunda olanlara şad xəbər
23.07.2022 [13:07]
Kredit şərtləri sadələşir
G.QABİLQIZI
Avtomobil almaq çoxumuzun arzusudur. Xüsusilə də zamanın az, görülməli işlərin çox olduğu bu dövrdə fəaliyyətini operativləşdirmək istəyənlər üçün maşın almaq həvəsdən daha çox zərurətə çevrilir. Ancaq şərtlər heç də hər kəsin büdcəsinə uyğun olmur. Nəticədə avtomobil arzusunda olanlar bu istəklərini ertələməli olurlar.
Ancaq son verilən məlumata görə, avtomobillərin ilkin ödəniş faizi və kredit dərəcəsi aşağı salınacaq. Məqsəd ekoloji təmiz nəqliyyat vasitələrindən istifadəni stimullaşdırmaqdır və bu istiqamətdə yeni təkliflər hazırlanır. Mövcud qaydalara görə yeni avtomobil alan zaman mütləq ilkin ödəniş 40 faiz təşkil edir. Yeni təkliflərdə bu faizin aşağı salınması nəzərdə tutulur. Kreditin illik faiz dərəcəsinin isə 10%-ə endirilməsi gündəmdədir. Əgər bu təkliflər qəbul edilərsə, həm hibrid avtomobilərə maraq artacaq, həm də avtomobil arzusunda olanlar öz arzusuna çatacaq.
Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Azərbaycan”a açıqlamasında bildirdi ki, bu layihələr uzun müddətdir müzakirə olunur və bir çox ekspertlər tərəfindən təkliflər irəli sürülür: “Çünki Azərbaycanda avtomobilləşmənin əsas problemlərindən biri kredit dərəcələrinin yüksək olmasıdır. Belə olanda insanlar daha sadə şərtlər axtarışına çıxırlar. Nəticədə ucuz və ili köhnə olan avtomobil alırlar. Həmin avtomobillərin də istismar müddəti bitmiş və texniki cəhətdən problemli olur. İndi kredit şərtlərində müəyyən güzəştlər oldu, ancaq düşünürəm ki, bu elə də ciddi dəyişiklik deyil. Biz daha fundamental dəyişikliklər gözləyirdik və bu təkliflər uzun müddətdir müzakirə olunurdu. İlkin ödənişdən tutmuş aylıq ödənişə qədər bütün qaydaları icra etsələr, Azərbaycanın avtomobil parkının yenilənməsi çox sürətlə baş tutacaq. Belə olan halda ətraf mühitin qorunmasında, avtomobil parkının yenilənməsində, yol qəzalarında ölüm və xəsarət riskinin azaldılmasında ciddi dəyişikliklərə gətirəcək. Bu barədə təhlillər aparılmalı və qərar da ona uyğun verilməlidir. Ancaq şərtlər elə olmalıdır ki, insanlar avtomobili alıb, bir müddət sonra ödəyə bilmədiyi üçün qaytarmasın. Yanaşma tərzi tam dəyişilməlidir, hibrid avtomobillərə üstünlük verilməli və kredit şərtləri isnanların maddi vəziyyətinə uyğunlaşdırılmalıdır. Yalnız bu halda insanların avtomobil almaq imkanı genişlənəcək. İli daha yeni və ətraf mühitə az ziyan vuran avtomobillərdə fərqli yanaşma qoyulmalıdır. Belə olanda insanlar seçim edərkən ətraf mühitə az ziyan vuran və ucuz başa gələn avtomobilə üstünlük verəcəklər”.
Ekspert İlqar Hüseynlinin sözlərinə görə, bir müddət əvvəl ölkəmizə hibrid maşınları daha çox taksi xidmətlərini həyata keçirmək üçün gətirilirdi: “Çünki 60 km/saat-a qədər yanacaq məsrəfi olmur. Yalnız bu sürət həddini keçdikdə yanacaqdan istifadəyə keçirlər. Buna görə, paytaxt daxilində həmin avtomobillərdən istifadə etmək əlverişlidir. Bu isə ailə büdcəsi üçün iqtisadi səmərəlilik baxımından faydalıdır. Avtomobil idxalı ilə məşğul olan iritutumlu şirkətləri müşahidə etdikdə dizel yanacağı ilə işləyən, Euro 5 standartlarına çox da uyğun olmayan avtomobillərin sürətli idxalını görürük. Bu isə o deməkdir ki, bir az imkanlı şəxslər həmin avtomobillərə üstünlük vermirlər. Əsasən, aztəminatlı ailələr bu avtomobilləri almağa və hazırda olan avtomobilini ona dəyişməklə məşğuldurlar. Ancaq indi hibrid avomobillərə marağın digər vətəndaşlar tərəfindən də artdığı müşahidə olunur”.
İ.Hüseynli bildirib ki, araşdırmalara əsasən, ekologiyaya ən çox yanacaqla işləyən avtomobillər zərər vurur. Lakin hibrid avtomobillər “ekologiyanın dostu” hesab olunur. Çünki bu maşınların iş mexanizmi elə qurulub ki, 60 km-ə qədər yanacaqdan istifadə etmədən elektrik enerjisi ilə çalışa bilir. Eyni zamanda çalışd?ğı müddət ərzində enerji depolayır. 60 km-dən yuxarı sürət həddi ilə hərəkət edən zaman isə alternativ yanacaq vasitələrindən istifadə edir. Onsuz da böyük şəhərlərdə nəqliyyat sıxlığı olduğundan, 60 km sürət həddini aşmaq olmur. Eyni zamanda bu sistem sürücülərin sürət hə?dinə və təhlükəsizlik qaydalarına əməl etmələrinə şərait yaradır”.
O, qeyd edib ki, artıq əksər ölkələr yanacaqla işləyən avtomobillərdən istifadəni azaltmağı planlaşdırır: “Məsələn, Belçikada hökumətin qəbul etdiyi qərara əsasən, yanacaqla işləyən avtomobilini satışa çıxaran hər bir vətəndaşa dövlət müəyyən məbləğ ödəyir. Hökumət bu yolla avtomobillərin istifadəsini məhdudlaşdırmaq istəyir. Düşünürəm ki, ölkəmizdə də belə stimullaşdırıcı tədbirlərlə ekoloji və maddi baxımdan əlverişli olan hibrid avtomobillərə marağı artırmaq olar”.
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59

