Sizinlə “Qarabağ” çox güclüdür
21.07.2022 [10:28]
31 min dəfə “Qarabağ”
Günel ABBAS
“Qarabağ”ın “Lex”lə oyundakı qələbəsindən sonra növbəti oyunda stadiona daha çox azarkeşin axın etməsi gözlənilən idi. 5-1 hesablı qələbə azarkeşləri elə sevindirmişdi ki, budəfəki oyunu evdən izləmək üçün tutarlı səbəb lazım gəlirdi. “Qarabağ” - “Sürix” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununa getməyi planlaşdıranlardan biri də mənəm. Bir gün əvvəl Şuşadan gəlmiş, gecəni də yuxusuz qalmışam. Bunu özüm üçün tutarlı səbəb hesab etmirəm. Necə deyərlər, ayağımın tozu ilə “Qarabağ” - “Sürix” oyununun keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionuna üz tuturam. Yoldakı tıxacdan “Gənclik” metrostansiyası ərazisində qələbəlik hiss olunur. Məkana çatanda qarşılaşdığım mənzərə isə çox möhtəşəmdir. 31 min nəfər böyük bir şövqlə, aram-aram stadiona üz tutur. Hamının arzusu eynidir, “Qarabağ” hesabı bu dəfə də kəskin fərqlə açmalı, qalib gəlməlidir. Şüarlar səsləndirərək stadiona üz tuturuq. Sektorların önündən keçdikcə hər məkanda fərqli mahnıların eyni inamla səsləndiyinin şahidi oluram.
12-ci oyunçular
Oyunun başlamasına 45 dəqiqə qalmasına baxmayaraq, azarkeşlər oyun öncəsi məşq edən komandaya dəstək verir. Onlar azarkeşdən daha çox komandanın 12-ci oyunçularına bənzəyirlər. Xüsusilə “İmarət tayfa” və “Qarabağ ordu”nun yerləşdiyi hissələrdə əsl həyəcan var. Bundan əvvəlki oyunlarda bu qədər azarkeş sayı görmədiyim üçün mənə maraqlı gəlir. Təəssüratlarını anlamaq üçün daxil olan hər kəsin üzünə baxıram. Hamının simasında təbəssüm var. Hədəfimiz birdir. “Qarabağ” hesabı ilk dəqiqələrdən açacaq. Saata baxıram, oyunun başlamasına bir neçə dəqiqə qalıb, stadionda boş yer görmək demək olar ki, mümkün deyil. Oyun başlayan kimi stadiondan “Qarabağ”, “Vur” - deyə müxtəlif şüarlar səslənir. Matçın ilk 15 dəqiqəsi keçir, hələki hesab 0-0-dır, amma futbolçular olduqca dinamik oyun sərgiləyir. Həyəcanlı oyunun 17-ci dəqiqəsində gözlənilən qol 20 nömrəli oyunçu Kadidən gəlir. Stadionda tərifsiz coşqu yaşanır. Hamı bir-birini qucaqlayır. Növbəti qol üçün 9 dəqiqə gözləməli oluruq, 36-cı dəqiqədə 25 nömrəli oyunçu İbrahima Vadji “Qarabağ”ın “Sürix”lə hesabını 2-0 hesabı ilə açır. Budəfəki hisslər daha coşquludur. Azarkeşlər komandanın qələbənin astanasında olduğunu anlayırlar.
“Şəhidlər ölməz, vətən bölünməz”
Fasilədən sonra azarkeşlər də, oyunçular da enerjini yüksəldir. Bir qədər sonra tribunalardan “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səslənir. Əvvəlcə kiçik bir hissəni əhatə edən şüarlar, qısa zamanda bütün tribunanı əhatə edir, hər kəs ayağa qalxıb bu şüara qoşulur. Azarkeşlərin “Qarabağ”a olan sevgisində həm də vətənpərvərlik duyulur. Bu sevgi adi bir futbol klubuna olan sevgidən daha artıqdır. Bu tamam başqa hisslərdir. Bir neçə dəqiqə sonra Sürixin vurduğu qol azarkeşləri məyus edir. Yaxşı ki, bu narahatlıq hissləri uzun çəkmir. Komanda həm özünü, həm də azarkeşləri vəziyyətdən çıxarır. “Qarabağ”azarkeşlərə daha bir qol hədiyyə edir. Bu strateji qolun sahibi yenə Vadjidir, o hesabı 3-1 “Qarabağ”ın xeyrinə dəyişir. Tribunalardan duyulan sevinc səsləri öncəkilərdən tamam fərqlidir. Hər kəs ayağa qalxıb alqışlayır, “Qarabağ” deyə qışqırır. Hamı kimi mən də sevinirəm, amma təkcə ona görə yox ki, komandamız qol vurub. Həm də bayaqdan bir qola görə başımın üstündə “Sürix” deyə qışqıran qadınların səs-küyü kəsildi deyə rahatlayıram.
Hər xalın öz hökmü var
Matçın sonlarına yaxınlaşırıq, komandalar arasında dinamik oyun gedir. Komandalar topu nə digərinə ötürmək, nə də qapısına qol vurulmasına imkan vermək istəyir. Bir neçə dəqiqə sonra “Sürix” 2-ci qolu vurur. Bu dəfə hər kəsin üzündə məyusluqdan daha çox, narahatlıq hissi var. Vacib məqamda hesabın kimin xeyrinə dəyişməsi, oyunun necə bitməsi azarkeşləri çox düşündürür. Elə məni də. Amma hamımız Qarabağa güvənir, bu oyundan da üzüağ çıxacağını bilirik. Gözlənilən kimi də olur, oyunun vaxtının uzadılmasına baxmayaraq, Qarabağ qapısına növbəti qolun vurulmasına imkan vermir. “Qarabağ” - “Sürix” oyununun təsnifat mərhələsi 3-2 hesabı ilə bitir. Azarkeşlərdən bəziləri bu nəticənin az olmasından şikayət etsə də, digərləri qələbə qələbədir, deyərək əhvallarını yüksək saxlayırlar. Əslində haqlıdırlar, nə də olsa, əhəmiyyətli oyunlarda hər xalın öz hökmü var. “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovun da dediyi kimi, biz əminik ki, “Qarabağ” cavab oyununda daha yaxşı bir oyun sərgiləyərək, yenidən qalib olacaq.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

