Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Gürcüstana xüsusi status verildi

Gürcüstana xüsusi status verildi

20.07.2022 [10:05]

Nicat

Şimali Atlantika Alyansı Gürcüstana NATO-nun Aralıq dənizində dəniz təhlükəsizliyini təmin etmək əməliyyatında fəal iştiraka görə operativ tərəfdaş statusu verib. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisinin rəisi, general-mayor Nikoloz Şaradze məlumat verib.

Şaradze bu haqda Potidə Gürcüstan Sahil Mühafizəsi Xidmətinin yaradılmasının 24-cü ildönümünün qeyd edilməsi münasibətilə keçirilən tədbirdə bəyan edib.

Gürcüstan sərhəd polisi rəhbərinin sözlərinə görə, bu qərar alyans tərəfindən Gürcüstan sahil mühafizəsinin taktiki bölmələrinin NATO-nun 4 illik qiymətləndirmə proqramını uğurla keçdikdən sonra qəbul edilib.

“Dəniz gözətçisi” əməliyyatı 2016-cı ilin noyabrında başlayıb. O, NATO-nun “Aktiv səylər” əməliyyatına cavab olaraq hazırlanıb. Əməliyyat 2001-ci il sentyabrın 11-də ABŞ-a qarşı terror hücumlarına cavab olaraq yaradılıb. Məlumatlarda bildirilir ki, bu əməliyyatın əsas məqsədi dəniz təhlükəsizliyini təmin etmək və təhdidlərə vaxtında cavab verməkdir.

“Bu əməliyyat dənizdə terror fəaliyyəti ilə bağlı istənilən cəhdin qarşısının alınmasına yönəlib”, - məlumatda deyilir.

Paylaş:
Baxılıb: 525 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31