Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şuşa iclasları davam edir

Şuşa iclasları davam edir

25.06.2022 [10:10]

Parlamentin komitə iclaslarının mədəniyyət paytaxtımızda keçirilməsinin siyasi və tarixi əhəmiyyəti var

G.QABİLQIZI

İşğaldan azad olunmuş ərazilərimizin bərpa proqramları qabaqlayıcı templərlə həyata keçirilir. Mümkün qədər qısa müddət ərzində bu ərazilərdə normal həyatın bərpası, insanların yaşayışı üçün lazımi şəraitin yaradılması dövlətimizin prioritet məsələlərindəndir. Bu mənada demək olar ki, növbəti illərdə Qarabağ regionu Azərbaycan iqtisadiyyatının mühüm hissəsi olacaq. Qarabağın mədəniyyət beşiyi olan Şuşa həm iqtisadi əhəmiyyət daşıyır, həm də işğaldan azad olunandan sonra qısa müddət ərzində mədəni və siyasi tədbirlərə ev sahibliyi edir. Bunun nəticəsidir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş “Şuşa ili” çərçivəsində Şuşada bir çox tədbirlər keçirilir.

Bu il ərzində parlament komitələrinin iclaslarının Şuşada keçirilməsi də ölkə başçısının razılığı əsasında baş tutub. Qeyd edək ki, artıq Şuşa şəhərində bir çox dövlət orqanları fəaliyyət göstərir. Bu baxımdan, qanunvericilik hakimiyyəti orqanının tədbirlərinin burada keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacib göstəricilərindən biri kimi mühüm siyasi əhəmiyyət kəsb edir. Birgə komitə iclaslarının Şuşada baş tutması həm Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbənin nəticələrindən biridir. Həm də bu iclaslarda müzakirə olunan məsələlər, qəbul edilən qərarlar tarixi əhəmiyyət daşıyır.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Şuşa işğaldan azad olunandan sonra ilk dəfə Azərbaycanın mədəniyyət paytaxtına Zəfərdən bir neçə ay sonra gedib: “O zaman öz azadlığına yeni qovuşmuş qürur mənbəyimizin işğal müddətində baxımsız şəhərə çevrilməsi hər yerdə, hər küçədə hiss olunurdu. Çünki 28 illik işğal müddətində şəhərdə əksər tarixi abidələr tamamilə dağıdılmışdı. Budəfəki səfərimdə tamamilə fərqli mənzərə ilə qarşılaşdım. Artıq azad Şuşa yenidən qurulur və bərpa olunur. Şəhərin hər yerində quruculuq işləri, tarixi abidələrin bərpası müşahidə olunur. Müzəffər Ali Baş Komandanımıza və şanlı ordumuza bu tarixi qüruru bizə yaşatdıqlarına görə bir daha təşəkkür edirik. Allahdan Şəhidlərimizə rəhmət, Qazilərimizə şəfa diləyirik”.

Deputat qeyd edib ki, Şuşa şəhərində bu dəfə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclası  keçirilib: “Toplantıda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olundu. Bu məsələnin Şuşada müzakirəsi həm də rəmzi xarakter daşıyırdı. Çünki dövlət büdcəsinə edilən yeni dəyişikliklərdən sonra işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün bu il əlavə olaraq 470 milyon manat ayrılacaq. Bu isə o deməkdir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasına yalnız son 2 ildə dövlət büdcəsindən 4 milyard 870 milyon manat vəsait ayrılır. Qeyd etmək istərdim ki, Azərbaycan heç bir xarici yardım olmadan, yalnız daxili maliyyə mənbələri hesabına işğaldan azad olunan ərazilərimizi qurur və bərpa edir. 2 il ərzində işğaldan azad olunan ərazilərimizin bərpasına büdcədən 5 milyard manata yaxın vəsaitin ayrılması bir daha Azərbaycanın gücünü göstərir. Bu mənada sürətli bərpa və yenidənqurma, ərazilərimizin minalardan təmizlənməsi məcburi köçkünlərimizin daha qısa müddətdə öz ata-baba yurdlarına qayıdacaqlarını bir daha təsdiqləyir. Görülən işlərin bu qədər dinamik və yüksək səviyyədə olması göstərir ki, kütləvi Böyük Qayıdış uzaqda deyil”.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyevin sözlərinə görə, “Şuşa ili” çərçivəsində ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin bir hissəsi, paneli mütləq Şuşada baş tutur: “Beynəlxalq təşkilatların, diplomatik korpusun nümayəndələri tədbirlər çərçivəsində Şuşaya səfər edir, burada azad olunmuş ərazilərdə quruculuq işləri ilə tanış olurlar. Tarixi abidələrin vəziyyətini əyani şəkildə müşahidə edirlər. Bütün bunlar dövlətimizin, Ordumuzun gücünü dünyaya bir daha nümayiş etdirir. Bildirim ki, “Şuşa ili” çərçivəsində Milli Məclisin komitə iclaslarının da Şuşada keçirilməsi qərarlaşdırılıb. İclaslar ərəfəsində səhər tezdən Şuşaya yolda düşürük, iclasımız günorta saatlarında baş tutur, axşam yenidən Bakıya qayıdırıq.

Burada əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə - Şuşada Milli Məclisin fəaliyyətinin təşkilini təmin etməkdir. Budəfəki komitə iclasında işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpa olunması ilə bağlı məsələləri müzakirə etdik. Eləcə də müharibə qurbanlarının və dinc sakinlərin dağılmış evlərinin bərpası xərclərinin əlavə edilməsi də müzakirə olundu. Ümumilikdə deyə bilərəm ki, büdcəyə əlavələrin əsas hissəsini Qarabağ və Şərqi Zəngəzur ərazilərində quruculuq, abadlıq işlərinə tələb olunan əlavə vəsaitlərin  ayrılması tutur. Bu məsələlərin Şuşada müzakirə olunması da yerinə düşdü və bütün millət vəkilləri, nazirlikləri təmsil edən müavinlər yekdilliklə büdcəyə dəyişiklik təklifinə razılıq verdilər”.

N.Həmzəyev qeyd edib ki, hər dəfə Şuşaya səfər etdikdə oraların necə dəyişdiyi daha aydın nəzərə çarpır: “Şuşada gecə-gündüz iş gedir, yeni yollar, tunellər çəkilir. Bir sözlə, həm təbiətin, həm yeni tikilən binaların, həm də Şuşanın havasının bizi sevinclə qarşıladığını hiss edirik. Bu hislərdən qürurlanır, şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirik. Biz öz torpaqlarımıza qayıtmışıq, ona görə də bundan sonrakı dövrdə daha güclü olmalı, daha çox çalışmalıyıq. Əhəmiyyətli işlərin görülməsi və mütərəqqi qanunların qəbul edilməsində maraqlı olmalıyıq. Əminliklə deyə bilərəm ki, bütün torpaqlarımız bərpa ediləcək, Şuşada yaradılan şərait digər bölgələrdə də yaradılacaq. Həmin ərazilərdə konfrans zalları və otellər tikiləcək. Proseslər yekunlaşdıqdan sonra komitə iclaslarımızı işğaldan azad olunmuş digər ərazilərdə də keçirəcəyik”.

Paylaş:
Baxılıb: 138 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Xəbər lenti

94 il əvvəl...

13 Avqust 11:31

Ədəbiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

13 Avqust 10:25

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31