Üçtərəfli bəyanatın növbəti bəndi reallaşır
22.06.2022 [10:03]
Azərbaycan 3 illik işi ilyarıma başa vurur
PƏRVİZ
2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatına əsasən Laçın şəhərindən yan keçən yeni alternativ yolun tikilişi Ermənistanda böyük “ajiotaj” yaradıb. Sosial şəbəkələrdə paylaşılan görüntülər də bunu deməyə əsas verir. Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın regionda yaratdığı yeni siyasi reallıqlar, işğaldan azad edilmiş regionlarda aparılan quruculuq işləri, o cümlədən, beynəlxalq hüququn təmini istiqamətində atılan addımlar həm erməniləri, həm də onların havadarlarını narahat edir. Ermənilər iddia edirlər ki, baş nazir Nikol Paşinyan iyulun 1-də Laçını Azərbaycana təhvil verməyi planlaşdırır. Onlar hələ də dərk etmirlər ki, 10 noyabr razılaşmasının müvafiq bəndi ilə ermənilərin işğal etdiyi Laçın rayonu Azərbaycana qaytarılıb. Çəkilən alternativ yol da sözügedən bəyanatda öz əksini tapıb. Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları məlum razılaşmaya görə, Laçın dəhlizinə alternativ olan yol 3 il ərzində yekunlaşmalı idi. Alternativ dəhlizin keçdiyi Laçın şəhərinin mərkəzi də Azərbaycanın nəzarətinə qayıtmalı idi. Sadəcə olaraq, Azərbaycan dövləti bu məsələni ilyarıma yekunlaşdırmağı hədəfləyib. Xatırladaq ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki yekun nitqində də dövlət başçısı yolla bağlı öz fikirlərini bölüşmüşdü: “Laçın şəhərindən yan keçən yeni alternativ yolun istifadəyə verilməsi də bu ilə planlaşdırılır. Bu yolun da çox böyük əhəmiyyəti var və biz bunu artıq bu il istismara verməliyik”.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, 44 günlük vətən müharibəsində əldə olunan qələbə 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın düşməndən təmizlənməsini təmin etdi. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat isə bu qələbənin rəsmi təsdiqidir: “Azərbaycan qalib ölkədir və cənab Prezidentimiz də vurğulayıb ki, artıq münaqişə bitib, Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Sadəcə olaraq, razılaşmaya əsasən Rusiya sülhməramlı kontingenti Laçın dəhlizində təhlükəsizliyə zəmanət olaraq müvəqətti olaraq yerləşdirilib. Həmin bəyanatın 7-ci bəndində alternativ yolla bağlı 3 il müddətində işlərin aparılacağı da göstərilib. Laçın rayonu da digər regionlarımız kimi hüquqi ərazimizdir və oradan yeni yolun çəkilməsi nəinki Ermənistanı, heç kimi narahat edə bilməz. Azərbaycan dövləti bu gün Qarabağda böyük quruculuq işləri aparır və 30 il ərzində ermənilər tərəfindən dağıdılmış bölgələrimiz dirçəldilir. Sözügedən yolun çəkilişi isə dəhlizin Laçın şəhərindən deyil, onun ətrafından keçməsini təmin edəcək. Beləliklə, Ermənistanın və ya başqa kimsələrin narahatlığına heç bir əsas yoxdur. Laçın rayonu Azərbaycan torpaqlarıdır və üçtərəfli bəyanatda da bu məsələ bir daha öz təsdiqini tapıb. Həmin sənədin 6-cı bəndində bildirilir ki, Ermənistan 2020-ci il dekabrın 1-nə qədər Laçın rayonunu Azərbaycana qaytarmalıdır. Bu mənada, ortada heç bir qaranlıq məqam və ya sual ola bilməz. Ola bilsin ki, bəzi ermənilər öz mənfur mahiyyətlərinə uyğun müəyyən xəyallar qururdular. Amma Azərbaycanın davranışları birmənalı şəkildə beynəlxalq hüquqa, üçtərəfli razılaşmalara və dövlətlərin ərazi bütövlüyünə hörmət müstəvisində müəyyənləşir”.
Millət vəkili onu da vurğulayıb ki, Ermənistanda zaman-zaman revanşizm arzusuna düşənlərin aqibəti göz önündədir. Artıq hər kəs dərk etməlidir ki, Azərbaycanın liderliyi ilə regionda yeni siyasi-iqtisadi reallıqlar formalaşıb. Ermənistan da bu reallıqları qəbul etməlidir. Əks halda bu, onlar üçün daha ağır nəticələrə yol aça bilər. “Ermənistan bu gün bütün iddialarını və məkrli planlarını bir kənara qoymalı, Azərbaycanın təklif etdiyi əməkdaşlıq platformalarında iştirak etməlidir. Artıq regionda sülhün təmin olunması istiqamətində addımlar atılır. Bunun üçün isə Ermənistan, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu kimi sərsəm iddialar və ya hay-küy boş və mənasızdır. Sadəcə bunun üçün müəyyən bir zaman tələb olunur. İnanırıq ki, qısa zamanda bütün məsələlər öz həllini tam şəkildə tapacaq”, - deyə M.Cəfərov əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

