Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanda qurbanlıq heyvanların satış ünvanları açıqlanıb - SİYAHI

Azərbaycanda qurbanlıq heyvanların satış ünvanları açıqlanıb - SİYAHI

13.06.2022 [17:46]

Azərbaycanda qurbanlıq heyvanların satış ünvanları açıqlanıb.

Trend AQTA-ya istinadən qurbanlıq heyvanların satışı keçiriləcək ünvanlarının siyahısını təqdim edir.

- Bakı şəhəri üzrə Agentliyin Bakı regional bölməsi;

- Sumqayıt şəhəri, Abşeron və Qobustan rayonları üzrə Agentliyin Sumqayıt regional bölməsi;

- Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonları üzrə Agentliyin Xaçmaz regional bölməsi;

- Şamaxı, Göyçay, Ağsu, Kürdəmir, İsmayıllı rayonları üzrə Agentliyin Şamaxı regional bölməsi;

- Şirvan şəhəri, Salyan, Sabirabad, Saatlı, Hacıqabul, Neftçala rayonları üzrə Agentliyin Salyan regional bölməsi;

- Lənkəran şəhəri, Masallı, Yardımlı, Astara, Lerik, Cəlilabad, Biləsuvar rayonları üzrə Agentliyin Lənkəran regional bölməsi;

- Mingəçevir və Yevlax şəhərləri, Bərdə, Ağdaş, Tərtər, Ağdam rayonları üzrə Agentliyin Bərdə regional bölməsi;

- Şəki şəhəri, Qax, Zaqatala, Baləkən, Oğuz, Qəbələ rayonları üzrə Agentliyin Şəki regional bölməsi;

- Gəncə və Naftalan şəhərləri, Samux, Göygöl, Goranboy, Daşkəsən rayonları üzrə Agentliyin Gəncə regional bölməsi;

- Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy rayonları üzrə Agentliyin Tovuz regional bölməsi;

- Ucar, Ağcabədi, Beyləqan, İmişli, Zərdab, Füzuli rayonları üzrə Agentliyin Ucar regional bölməsi.

Əlavə məlumat əldə etmək istəyənlər Agentliyin “1003 − Çağrı Mərkəzi”nə müraciət edə bilərlər.

Qeyd edək ki, Qurban bayram ölkəmizdə 9-10 iyul tarixlərində qeyd olunacaq

Paylaş:
Baxılıb: 666 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30