“Kreativ iqtisadiyyat: gələcək naminə innovasiyalar” mövzusunda vebinar keçirilir
26.04.2022 [11:44]
Aprelin 26-da Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının təşkilatçılığı ilə “Kreativ iqtisadiyyat: gələcək naminə innovasiyalar” mövzusunda vebinar işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbir Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr edilib. Vebinarı açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov tədbirin vacibliyini qeyd etməklə yanaşı, bildirib ki, Azərbaycan xalqının qədim irsi, o cümlədən ənənəvi mədəni nümunələri, bilikləri, sənətkarlığı kreativliyindən irəli gəlir. “Ümidvaram ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti nəticəsində, xüsusən işğaldan azad edilmiş ərazilərdə salınan və kreativlikdən bəhs edən “ağıllı şəhər”, “ağıllı kənd” cərgəsinə çoxlu mədəni mərkəzlərimiz də daxil olacaq. Bunun üçün obyektiv əsaslar mövcuddur. Azərbaycanın kreativliyinin dəstəklənməsində Birinci vitse-prezident Mehriban Əliyevanın da xidmətləri əvəzsizdir. Onun Azərbaycanın yaradıcı və sənətkar təbəqəsinə, kreativ sinfinə olan qayğısı, mədəniyyətə, milli mədəni dəyərlərimizə olan diqqəti və humanitar sahədə həyata keçirilən təşəbbüsləri kreativ Azərbaycanın reallaşdırılmasında böyük rəğbətlə qarşılanır”, - deyə Agentliyin İdarə Heyətinin sədri bildirib.
Professor Kamran İmanov diqqətə çatdırıb ki, kreativ iqtisadiyyatın mahiyyətini olduğu kimi dərk etmək üçün əqli mülkiyyətin (ƏM) və xüsusən onun “Copyright” növünün yaranmasını və müasir kontekstini düzgün təsəvvür etmək çox vacibdir. Çünki kreativ iqtisadiyyat əqli mülkiyyətə əsaslanır. ƏM-in müasir konteksti nəzərə çarpan dərəcədə dəyişib, kökündə yalnız hüquqi məna deyil, üstəlik iqtisadi və sosial məna başa düşülür. ƏM-in müasir kateqoriyasında fiziki və hüquqi şəxslərin əqli fəaliyyət nəticələrinə (ƏFN) verilən yalnız müstəsna hüquqlar yox, bununla yanaşı, bilavasitə ƏFN də nəzərə alınmalıdır.
Həqiqətən, ƏM dedikdə əqli mülkiyyət hüquqlarını (ƏMH) nəzərdə tuturuq. Bu isə həmin hüquqların qorunmasına – qeyri-maddi aktivlərin qorunmasına gətirib çıxarır. Lakin ƏM-in ikili təbiətini nəzərə alaraq, bazara, kommersiya dövriyyəsinə çıxarılan ƏM-in maddi daşıyıcıda əks olunmuş nümunəsidir. Deməli, bazarda tələb və təklif kimi, əsasən hüquqlar yox, hüquqlarla şamil edilən ƏFN bilavasitə iştirak edir. Əqdlərdə isə qorunan hüquqların həcmi və verilmə qaydaları nəzərə alınır. Hüquqların özü də alqı-satqıda iştirak edə bildiyi halda əsas iqtisadi effekt hüquqlardan yox, hüquqların istifadəsi ilə satışdakı mallarla (əmtəələrlə) bağlıdır, bir sözlə, ƏFN-dən irəli gəlir.
Agentliyin İdarə Heyətinin sədri vurğulayıb ki, yeniliklərin iqtisadi amilinin kommersiyalaşması olmadığı halda innovasiyalardan söhbət gedə bilməz. Həmçinin müəlliflik hüququ nəzərə alınmadığı halda sosial effektin və kreativ industriyanın payından imtina etmiş oluruq. Odur ki, müasir ƏM institutunda iqtisadiyyat və sosiologiya fəal rol oynadığı halda hüquq (yurisprudensiya) sistemtəşkili əhəmiyyətə malikdir. Dövlətimizin başçısının səyləri ilə aparılan institusional islahat bunları nəzərə alıb.
Xəbər lenti
Hamısına baxDünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28

