Kağız qiymətinin artımı qəzetlərə necə təsir edəcək?
09.04.2022 [11:30]
Mütəxəssis: Qəzetlər satış qiymətini qaldırmalıdır
Günel QABİLQIZI
Rusiya ilə Ukrayna arasındakı müharibə Azərbaycana təsirsiz ötüşmür. Növbəti mənfi təsir özünü kağız qıtlığında və bu məhsulun qiymət artımında göstərir. Hazırda A4 və A3 formatlı kağızların qiyməti kəskin artıb. Bir müddət əvvəl A4 formatlı kağızların bağlaması 6 manat civarında idisə, indi 10 manata çatıb. Bununla yanaşı A4 formatlı kağızı hər yerdə tapmaq da olmur.
Rusiyada qəzet kağızı istehsal edən bir sıra müəssisələrin də fəaliyyəti dayanıb. Bu, Azərbaycanın topdansatış kağız bazarında narahatlıq doğurub. Çünki ötən il Azərbaycana idxal edilən 17 min tona yaxın kağız və kartonun 97 faizi, yəni 16,2 min tonu Rusiyadan gətirilib. Qəzet kağızı idxalında isə şimal qonşumuz 100 faizlik paya malikdir.
Azərbaycanda yerli kağız istehsalı, demək olar ki, yoxdur və yalnız təkrar kağız emalı üzrə müəssisə var. Bütünlükdə, 2021-ci ildə Azərbaycana 198 milyon dollarlıq kağız və karton idxal edilib ki, yetərincə böyük rəqəmdir.
Mövcud durumu nəzərə alaraq yaxın vaxtlarda ölkəyə Türkiyədən kağız gətirilməsi gözlənilir. Bu, bizi vəziyyətdən xilas edəcəkmi?
Milli Məclisin deputatı Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında bildirdi ki, bu artım gözlənilən idi: “Region bazarında kağız ixracatı daha çox Rusiyanın hesabına formalaşırdı. Rusiyanın ixracatı məhdudlaşdırması ilə yanaşı həm də kağızın logistik olaraq bazara çıxarılmasında çətinlik var. Digər tərəfdən, Rusiyada da qiymət artımı var. Azərbaycan meşə örtüyü nisbətən az olan ölkələrdəndir. Ona görə də həmin məhsullar üzrə növbəti illər üçün də kağız idxalında xüsusi əhəmiyyətə malik olacaq. Hazırda digər mənbələrdən idxalın sürətləndirilməsi məqsədəuyğundur və bu istiqamətdə işlərin aparılması gözlənilir. Proqnoz ondan ibarətdir ki, dünya bazarında da artımlar davam edəcək. Bu da Azərbaycan üçün idxal inflyasiyasının yaranması mənasına gəlir”.
Kağızın qiymətinin artması ölkədəki ümumi vəziyyətlə yanaşı kitab və qəzet satışına da təsir edəcək. Nəşriyyatlarda vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün çap işinin mütəxəssisləri ilə əlaqə saxladıq.
Peru vilayətində yerləşən kağız fabriklərindən birinin nümayəndəsi Emin Axundov kağızın qiymətinin pandemiyadan sonra artmağa başladığını dedi: “Kağız istehsal edən fabriklər pandemiyada yarım güclə çalışırdı. Bir sıra fabriklərin də müflis olması qiymət artımına gətirdi. Çin, Hindistan, İndoneziya kağız istehsalını artırıb. Ancaq biz Rusiyadan daha ucuz gəldiyinə görə oradan alırdıq. Rusiyadakı vəziyyətə xammal qıtlığının da təsiri var. Hər ay kağızın qiyməti 80-100 dollar arası qalxır. Bu da Rusiya-Ukrayna müharibəsindən irəli gəlir. Rusiya embarqoya düşdüyünə görə kimyasal maddələrin çatışmazlığı yarandı. Nəzərə alsaq ki, Rusiyaya çox məhsul Avropadan gəlir, bu səbəbdən hələ gələn ay da artım olacaq. Yay boyu 150-200 dollar artım olması da gözlənilir”.
E.Axundovun sözlərinə görə, qəzetlər sərfiyyata görə qiyməti qaldırmalıdır: “Əks təqdirdə müflis olacaqlar. Qəzetlərdə hələ ki, qiymət dəyişimi yoxdur. Çünki düşünürlər ki, kağız qiymətləri düzələcək. Hazırda hamı kiminsə birinci artım etməsini gözləyir. Qəzetlərdə büdcə əvvəlcədən hazırlanır, buna görə də bəzi qəzetlər kağız şirkətlərinə borclanıblar”.
Qəzet mütəxəssisi qeyd etdi ki, ƏDV ləğv olunsa, vəziyyət normallaşa bilər: “Prezidentin fərmanına əsasən ƏDV ləğv olunmalıdır. Ancaq hələ ki, gömrükdə bunun ləğv olunması üçün kodlar aktiv deyil. Əgər ƏDV götürülsə, kağızın bir tonunda 100-150 dollar fərq edəcək. Hazırda fabrik və formatından asılı olaraq kağızın tonu 839 dollara qədər yüksəlib”.
“Son dəqiqə” nəşriyyatının direktoru Xəlil Kan bildirdi ki, hazırda kağızlara 18%-lik endirimin tətbiqini gözləyir: “Yalnız bu halda nəşriyyatlar və qəzetlər fəaliyyətini sərbəst şəkildə davam etdirəcək. Artıq bu qiymətləri iki aydır müşahidə edirik. Həmin dövrdən qəzetlər dövrlüyünü azaldıb. Bu, qəzet və nəşriyyatlar üçün olduqca təəssüf doğuran haldır”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02

