Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib
24.03.2022 [21:00]
Azərbaycanın Ukraynadakı səfirliyi Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.
Bu barədə Trend səfirliyə istinadən xəbər verir.
"Ukraynadan təxliyə olunan həmvətənlərimizin əsasən Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi almaq üçün müraciət etdiyini nəzərə alaraq, aşağıdakı məlumatı diqqətə çatdırırıq.
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlərdən biri təqdim edilməlidir:
- Etibarlılıq müddəti bitmiş və müəyyən obyektiv səbəblərdən yenilənməsi mümkün olmamış Azərbaycan Respublikası ümumvətəndaş pasportunun əsli;
- Etibarlı, yaxud etibarlılıq müddəti bitmiş və müəyyən obyektiv səbəblərdən yenilənməsi mümkün olmamış Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti;
- Etibarlılıq müddəti çərçivəsində obyektiv səbəblərdən istifadə olunmamış Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin əsli.
Yuxarıda qeyd olunanlardan heç biri olmadığı halda mövcud sənədlər və məlumat əsasında müvafiq qurumlara göndəriləcək sorğu və ya digər araşdırmanın nəticəsinə uyğun olaraq, şəhadətnamə rəsmiləşdirilə bilər. Belə hallarda vətəndaşlarımızdan doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikasının vətəndaşı olan valideynlərinin ümumvətəndaş pasportu və şəxsiyyət vəsiqələrinin, nikah haqqında şəhadətnamələrinin surətlərinin, şəxsiyyət vəsiqələri şəkilsiz olduğu halda dövlət orqanları və ya təhsil müəssisələri tərəfindən verilmiş hər hansı şəkilli sənədin təqdim edilməsini xahiş edirik.
Bütün hallarda müraciət edən vətəndaşlardan sənədlərə iki ədəd 3x4 ölçülü fotoşəkil əlavə edilməsi xahiş olunur.
Təxliyə olunan vətəndaşlarımızın Azərbaycana səfər etmələrini asanlaşdırmaq məqsədilə lazım olan sənədlərin nəzərdə tutulandan daha qısa müddətdə hazırlanması üçün bütün mümkün tədbirlər görülür.
Diqqət: Təxliyə zamanı Azərbaycana maneəsiz səfər edə bilmələri məqsədilə Ukraynada yaşayan Azərbaycan Respublikası vətəndaşları 3 mart 2022-ci il tarixindən Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi üçün nəzərdə tutulmuş dövlət rüsumundan azad edilmişdirlər (şəhadətnamə ÖDƏNİŞSİZ rəsmiləşdirilir). Qayıdış şəhadətnamələrinin rəsmiləşdirilməsində köməklik qarşılığında pul vəsaiti və ya digər şəkildə maddi maraq tələb edildiyi hallar olarsa, bundan imtina edilməsini və həmin şəxslər barədə məlumat verilməsini xahiş edirik" - deyə səfirliyin müraciətində deyilir.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

