Şəhidin adı Neftçalada Uşaq İncəsənət məktəbinə verilib
02.03.2022 [16:50]
“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Müzəffər Əsgərimiz" layihəsi çərçivəsində Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılov haqqında hazırlanan videoçarxın Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbində təqdimatı keçirilib.
Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun adının əbədiləşdirilməsi ilə əlaqədar olaraq təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və digər qonaqlar iştirak edib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı Neftçala rayon Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbi şagirdlərinin hazırladığı rəsm əsərləri ilə tanış olublar.
Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi zamanı canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Tədbirdə çıxış edən şəhid Camal İsmayılovun bacısı Xəyalə Ağamalıyeva və bacısı qızı Elmira Ağamalıyeva Vətən Müharibəsi Qəhrəmanı haqqında öz xatirələrini bölüşüb və xoş sözlərini ifadə ediblər.
Vətən müharibəsinin iştirakçısı, “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı çıxışı zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbədən, bu döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək iştirak edən şəhid Camal İsmayılovun həyatı, şücaəti və keçdiyi döyüş yolundan danışıb.
Daha sonra “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə ərsəyə gələn “Müzəffər Əsgərimiz” layihəsinin Camal İsmayılovun xatirəsinə həsr olunan doqquzuncu buraxılışının təqdimatı keçirilib.
Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl, Füzuli və Qubadlı rayonları istiqamətlərində, həmçinin Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib. Ümumilikdə 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə olan Camal İsmayılov Hadrut döyüşləri zamanı Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin zabitləri ilə birgə Ermənistan ordusunun rabitə qovşağına qoşularaq erməni hərbçilərinin başqa istiqamətə yönlənməsini təmin edib.
Baş gizir Camal İsmayılovun da daxil olduğu Xüsusi Təyinatlı Qüvvələrin 15 nəfər hərbi qulluqçudan ibarət olan qrupu digər dəstələrdən olan 30 nəfər hərbi qulluqçu ilə birgə oktyabrın 19-da Qubadlı istiqamətində strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olaraq qeyri-bərabər döyüş şəraitində Camal İsmayılov və dəstənin bir neçə üzvü şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Camal İsmayılova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

