Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Beynəlxalq qiymətləndirmə missiyasının ekspertləri Qarabağa səfər edəcəklər

Beynəlxalq qiymətləndirmə missiyasının ekspertləri Qarabağa səfər edəcəklər

02.03.2022 [12:43]

"BMT, Dünya Bankı və Avropa İttifaqının birgə qiymətləndirmə missiyasının ekspertləri martın 7-dən 17-dək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olacaq".

“Report” xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva jurnalistlərə bildirib.

Onun sözlərinə görə, münaqişəsonrası mərhələdə yardım BMT və Azərbaycan arasında əməkdaşlığın sahələrindən biridir.

Bununla əlaqədar olaraq, BMT, Dünya Bankı və Aİ-nin 10 ekspertdən ibarət birgə missiyası martın 7-dən 17-dək Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək. Səfərin məqsədi ərazilərin bərpasında Azərbaycana necə dəstək verilməsini müəyyən etməkdir.

Paylaş:
Baxılıb: 824 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31