Mədəniyyət ocaqlarının Xocalı repertuarı
25.02.2022 [22:58]
Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsi mədəniyyət ocaqlarında da anılacaq
MÜŞFİQƏ
Xocalı soyqırımından 30 il ötür. Hər il ölkəmizdə, eləcə də Azərbaycanın sərhədlərindən kənarda Xocalı faciəsinin ildönümü ilə bağlı anım tədbirləri keçirilir, şəhid olmuş qəhrəmanların xatirələri anılır.
“Qarabağnamə” Xocalı faciəsi qurbanlarının xatirəsinə
ithaf olunacaq
Bir sıra teatr və mədəniyyət ocaqlarında soyqırımın 30-cu ildönümünə həsr olunmuş geniş anım mərasimlərinin keçirilməsi planlaşdırılır. Məsələn, fevralın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Qarabağnamə” tamaşasını növbəti dəfə təqdim edəcək.
Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Qurumun mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının verdiyi məlumata görə, teatrın tarixinə silinməz sətirlərlə yazılmış “Qarabağnamə” tamaşasının musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Güclü milli ruh aşılayan səhnə əsərinin başlıca mövzusu isə xanlıqları birləşdirib vahid dövlət yaratmaqdır. Bildirilib ki, erməni fitnəkarlığının qurbanı olan İbrahim xan və şücaəti ilə ürəkləri riqqətə gətirən Cavad xan obrazları izləyənlərin yaddaşından silinməyəcək. Tamaşaçılar tərəfindən hər dəfə maraq və ?oşqu ilə qarşılanan sözügedən səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.
“Bir nəfəs qədər” və “Yarımçıq qalmış” tamaşaları
Öz növbəsində, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında isə “Bir nəfəs qədər” tamaşası nümayiş olunacaq. Qürur mənbəyimiz olan şəhidlərə, qazilərə və onların bizə bəxş etdiyi Zəfərin simasına çevrilən analarımıza həsr olunan tamaşa teatrın rejissoru Samir Qulamovun pyesi əsasında və müəllifin öz quruluşunda hazırlanıb.
Bundan başqa, Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Xocalı faciəsinin ildönümünü ən yeni tariximizin şanlı səhifələrindən biri - 2016-cı il Aprel döyüşlərinin şəhidlərinə ithaf olan “Yarımçıq qalmış” tamaşası ilə yad edəcək. Tamaşa fevralın 26-da Teatr Xadimləri İttifaqının səhnəsində nümayiş olunacaq.
“Xocalım, biz qayıdırıq!”
Şuşa Dövlət Musiqili Dram Teatrı isə fevralın 26-da “Xocalım, biz qayıdırıq!” adlı ədəbi-bədii kompozisiya hazırlayıb. Kompozisiyanın hazırlanmasında Xalq şairi Zəlimxan Yaqubun, Zərəngiz Mansurovanın, Nazir Rüstəmin şeirlərindən, Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Hacı Xanməmmədovun, Polad Bülbüloğlunun, Faiq Sücəddinovun, eləcə də Azərbaycan xalq musiqisindən və videomateriallardan istifadə olunub.
Səhnə əsərinin quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, videomühəndis Vadim Kuskovdur.
“Xocalı bu olub” Varşavada nümayiş olunacaq
Eləcə də Azərbaycan Dövlət Pantomim Teatrının “Xocalı bu olub” tamaşası Varşavada nümayiş olunacaq.
Xalq artisti Bəxtiyar Xanızadənin “Xocalı bu olub” tamaşası dövlət sifarişi ilə hazırlanıb.
Dövlət Pantomim Teatrının direktoru Elman Rəfiyev bildirib ki, “Xocalı bu olub” tamaşası ölkəmizdən xaricdə ilk dəfə 2019-cu il fevralın 25-də Bolqarıstanın paytaxtı Sofiyada nümayiş olunub. Teatrın repertuarında Xocalıya həsr olunan daha bir səhnə əsəri isə “Unutmayaq”dır.
“Missiya” tamamlandı
Sumqayıt Dövlət Dram Teatrı isə Xocalı qurbanlarını “Missiya” ilə yad edəcək. Birinci və İkinci Qarabağ savaşlarından bəhs edən qəhrəmanlıq dramının müəllifi Hafiz Ataxanlı, quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğludur.
Gənclər “Xocalıya ədalət” deyəcəklər
“Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının 30-cu ildönümü münasibəti ilə Gənclər Fondunun dəstəyi ilə müxtəlif formatlı tədbir və layihələr təşkil olunacaq.
Tədbirlər Gənclərin İnkişaf və Karyera Mərkəzinin 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəlikləri və Naxçıvan Gənclik Mərkəzində keçiriləcəkdir. Nümayəndəliklər tərəfindən rayon ərazisindəki Xocalı abidələrinin və Şəhidlər xiyabanlarının ziyarət edilməsi, rəsm, inşa, bədii qiraət müsabiqələrinin, Xocalı faciəsini əks etdirən rəsmlərdən ibarət sərgilərin, fləşmobların təşkil edilməsi nəzərdə tutulmuşdur. GİKM nümayəndəliklərində, həmçinin “Fəryad”, “Ümid ocağı”, “Zamanın faciəsi”, “Xoca”, “Dolu”, “Sonsuz dəhliz”, “Qırmızı qar” və digər filmlərinin nümayiş etdirilməsi, Xocalı faciəsinə həsr edilmiş teatr tamaşasının canlandırılması, “Xocalı faciəsi insan hüquqları müstəvisində” adlı tədbirin və gənclərlə tarixçilərin, faciə şahidlərinin görüşlərinin keçirilməsi planlaşdırılır.
“Oğul” sənədli filminin təqdimatı keçiriləcək
Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli araşdırma filmi 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışından bəhs edir.
Filmin təqdimatı fevralın 28-də Nizami Kino Mərkəzində olacaq. Filmin rejissoru və ssenari müəllifi Karan Sinq üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə söhbət edib. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır. 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, ana oğlunun sağ olduğuna və qayıdacağına inanır.
Filmin görüntü rejissoru Simon Stanforddur. 46 dəqiqəlik filmdə faktın bərpası üçün azərbaycanlı aktyorların ifasından da istifadə olunub.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili - Azərbaycan dövlətçiliyi müasir mərhələdə” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52

