Rayonların birləşdirilməsi prosesinə start verildi
10.02.2022 [22:40]
Proses işsizliyə səbəb olacaqmı?
Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsi təklif olunur. Bu, “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb. Dəyişikliklə Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir. Qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 11-də keçiriləcək iclasında birinci oxunuşda müzakirə ediləcək.
Layihəyə əsasən, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Cavadxan, Məhsəti, Natəvan, Sadılı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 3 və 4 saylı sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi daxil olacaq.
Nizami bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Gəncə şəhərinin 1 və 2 saylı sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi daxil olacaq. Qüvvədə olan qanuna görə, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazi vahidinə Kəpəz rayonu (aşağıda göstərilən bələdiyyənin ərazisi çıxmaqla) daxildir.
Eyni zamanda, Nizami bələdiyyəsinin əhatə etdiyi ərazi vahidinə Nizami rayonu daxildir.
Qeyd edək ki, “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsinə əsasən, Nizami və Kəpəz rayonları ləğv edilir. Buna görə də müvafiq qaydada “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda da dəyişiklik edilir.
Daha hansı rayonlar birləşəcək?
Bəs, görəsən, birləşmə prosesi digər rayonlarda da gözlənilirmi? Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib ki, ölkənin bütün sahələrində aparılan islahatların nəticəsi rayonların birləşməsini zəruri edir: “Bu gün idarəetmə strukturlarında ciddi islahatlar gedir. Gəncə şəhərinin iki rayonunun ləğv edilməsi də bu məqsədə xidmət edir. Məlum olduğu kimi, iqtisadi rayonlar yaranıb və buraya səlahiyyətli nümayəndələr təyin edilir. Bunun özü də bir növ idarəetmədə baş verən yeniliklərdir. Gələcəkdə zərurət olarsa, müəyyən rayonların da birləşdirilməsi və həmin rayona səlahiyyətli nümayəndələrin təyin edilməsi halları baş verəcək”.
İnsanların iş yerlərini itirməsinə səbəb olmayacaq?
Təhsil və mədəniyyət şöbələrinin və işçilərinin aqibəti necə olacaq? İnsanlar işlərini itirmək təhlükəsi ilə üz-üzə qalmayacaq? “Kiçik rayonlarda fəaliyyət göstərən mədəniyyət və təhsil şöbələri birləşdirilərək regional idarələr yaradılacaq. İşçilərin sayı azaldılaraq müəyyən yerlərə transfer ediləcək. Müsabiqə və test yolu ilə ən yaxşı işçilər seçilərək həmin qaydada fəaliyyət göstərəcəklər. Digərləri isə başqa iş yerləri ilə təmin olunacaqlar. Bəzən bu dəyişiklik insanların işsizliyinə səbəb olacaq kimi yanlış şərh edilir. Mən düşünürəm ki, idarəetmədə struktur dəyişiklikləri varsa, bura daha savadlı kadrların seçilməsi olduqca vacibdir”,- deyə deputat söyləyib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxElanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41

