Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanda hərbi cinayətlər azalıb

Azərbaycanda hərbi cinayətlər azalıb

21.01.2022 [15:10]

"Aidiyyatı dövlət orqanları ilə birgə səmərəli fəaliyyət nəticəsində 2020-ci illə müqayisədə 2021-ci ildə qeydə alınmış tabeçilik qaydaları əleyhinə cinayətlər 6 % azalıb".

"Report" xəbər verir ki, bunu Azərbaycan Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.

Onun sözlərinə görə, həmçinin tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 42,4 %, hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 25,0 % azalma var.

Bundan əlavə, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 20,8 %, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 17,6 %, qulluğa səhlənkar yanaşma cinayətləri 7,1 % və qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 25,0 % azalıb.

Paylaş:
Baxılıb: 839 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31