15 Yanvar - Beynəlxalq Vikipediya günüdür
14.01.2022 [14:24]
İnternet üzərində hər hansısa bir məlumat axtaran zaman ilk müraciət edilən ünvanlardan biri olan Vikipediya Elektron Esiklopediyasının və ya qısaca “Vikipediya”nın bu gün 21 yaşı tamam olur. Vikipediya, internetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən inkişaf etdirilən ensiklopediyadır. Azad dedikdə "Vikipediya"dakı məlumatların oxunmasının və istifadəsinin azadlığı ilə yanaşı, orada redaktə etməyin azadlığı da nəzərdə tutulur.
Layihənin tarixi 1999-cu ildən başlayır. Layihənin baş redaktoru, təşkilatçısı Larri Senqer və Bomis kompaniyasının icraçı direktoru, layihəni maliyyələşdirən Cimmi Uels Viki texnologiyası əsasında onlayn ensiklopediya yaratmaq qərarına gələrək onu Nupediya (NuPedia.com) adlandırdılar.
Nupediya virtual ensiklopediyası, 2000-ci ilin mart ayından fəaliyyətə başladı. İngilis dilində yaradılmış bu ensiklopediyanı viki-sayt hesab etmək olmazdı. Onun əsasını alim və mütəxəsislər tərəfindən məqalələrin dəqiq yoxlanması təşkil edirdi. Nupediyada məqalələrin daxil olunması prosesi çox ləng getdiyindən onun bağlanması haqqında qərar qəbul edildi və 2003-cü ilin sentyabr ayında bağlandı. Nupediya ensiklopediyası bağlanarkən orada 25 tamamlanmış, 74 yoxlama prosesində olan məqalə var idi.
Nupediya ensiklopediyası əsasında yaradılmış Vikipediya açıq ensiklopediyası 2001-ci ilin 15 yanvar tarixində İnternetdə fəaliyyət göstərməyə başlayır. Nupediyadan fərqli olaraq Vikipediyada məqalələr könüllü İnternet istifadəçiləri tərəfindən yoxlanılır ki, bu da ensiklopediyanın çox sürətlə zənginləşməsinə səbəb olmuşdur. Ensiklopediyanın adı ingilis texniki termini olan "wiki" (saytın fəaliyyətinin əsasını təşkil edən texnologiya; söz özü havay dilində "tez" deməkdir) və "encyclopedia" (ensiklopediya) sözlərindən yaranıb.
Təxminən bir il sonra 2002-ci ilin 13 Yanvar tarixində isə vikipediyanın azərbaycanca dil bölməsi yarandı. Geridə qalan son 20 il ərzində azərbaycanca vikipediya xeyli inkişaf edərək ölkəmizdə ən çox oxunan onlayn ensiklopediyası olaraq öz yerini almışdır. Son statistikalar da bunun bariz nümunəsidir. Ötən ilin sadəcə dekabr ayı ərzində vikipediyanın azərbaycanca olan səhifələri 34 milyon dəfə ziyarət edilib, son bir il ərzində isə bu rəqəm 358 milyondur.
Bu gün “Vikipediya” ən çox daxil olunan saytlar arasında yüksək yerlərdə qərarlaşır. Daha dəqiq desək “alexa.com”un açıqladığı statistikaya əsasən dünyada və ölkəmizdə ən çox daxil olunan 5-ci saytdır və bu amil “Vikipediya”nın insanlar arasındakı vacibliyinin və əhəmiyyətinin göstəricisidir. Bununla yanaşı rahatlıqla hiss edə bilirik ki, artıq Azərbaycan dilində axtarış edib məlumat əldə etmək istəyən insanların sayı xeyli artıb. Bunları nəzərə alaraq ana dilimizdəki "Vikipediya"nı qoruyub, zənginləşdirməliyik ki, gələcək nəsil məlumat azlığından əziyyət çəkməsin. Son olaraq isə hər birinizi “Vikipediya”nın 21 illiyi münasibəti ilə təbrik edirəm.
Vikipediyanın azərbaycanca dil bölməsinin idarəçisi Eldar Əzimov.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10

