Yeniyetmələrdə aqressiyanın səbəbi nədir?
12.01.2022 [10:32]
Məktəblərdə psixoloqların işi natamamdır
Günel
Son zamanlar cəmiyyətdə artan aqressivlik özünü yeniyetmə və azyaşlıların münasibətində də büruzə verir. Hətta bu aqressiyanın nəticəsi kimi zorakılıq, ağır qətl hadisələrinin baş verməsi ilə bağlı vaxtaşırı məlumatlar yayılır. Bir neçə gün öncə Bakıda yeniyetmələrdən biri digərini bıçaqlamışdı. Bu qəbildən olan hadisələrin gün keçdikcə artması onu deməyə əsas verir ki, xoşagəlməz hallarla sonlanan hadisələr nə ilk, nə də sondur. Demək olar ki, cəmiyyəti aqressiyalar öz ağuşuna alıb. Bəs bunun səbəbi nədir? Azyaşlı uşaqlar niyə aqressivləşib?
Bu sualın cavabını psixoloq Gülnar Orucova ilə müzakirə etdik. Onun sözlərinə görə, aqressiya göstərən həmin yeniyetməni əhatə edən mühit, eləcə də onun valideynləri buna şərait yaradır: “Bəzən valideynlər öz övladlarını universitet kimi bir yarış mühitində böyüdür. Sanki onların yerinə valideyn də yarışır. Tez-tez yeniyetməyə əgər qəbul olmasa yaşana biləcək hadisələrlə bağlı xəbərdarlıq edirlər. Nəticədə övladlarını həddindən artıq sıxırlar.
Yeniyetmələrdə belə bir xüsusiyyət var. Onlar həyatı ağ və qara rəngdə görürlər. Onlar üçün orta yoxdur. Bəzən özlərini böyümüş kimi göstərmək üçün müxtəlif yollara əla atırlar. Məsələn, siqaret çəkmək, yüksək səslə danışmaq. Universitetə hazırlıq da ilkin mərhələdə stress faktorlarını formalaşdırır. Nəticədə yetərsizlik hiss etdikləri andan başlayaraq aqressiya yaranır”.
G.Orucova qeyd edib ki, məktəblərdə bu cür aqressiyaların öhdəsindən gələ biləcək mütəxəssislər yoxdur: “Çünki bu kimi hallarla mübarizə üsulu psixoloqlara yalnız xarici ölkələrdə öyrədilir. Bir çox psixoloqlar isə bunu etmir. Bu gün məktəb psixoloqlarının işi yarım və ya natamamdır. Valideyn özü övladının davranışlarına nəzarət etməlidir, əgər belə aqressiyalar müşahidə olunursa, psixoloqa müraciət etmək lazımdır. Bacardığımız qədər ailədə olan problemləri anlayışla həll etməliyik. Uşaqlar ailədə gördüklərini cəmiyyətdə tətbiq edirlər. Şiddət görürsə, bunu öz yoldaşına tətbiq edəcək”.
Bəs hüquq mühafizə orqanları və dövlət qurumları bu hadisə ilə necə maraqlanmalıdır? Hüquqşünas, kriminoloq Şəmsəddin Əliyev “Yeni Azərbaycan”? bildirib ki, cəmiyyətdə daim qətl halları baş verir: “İctimai qaydalara zidd davranış qaydalarının qarşısını almaq qeyri-mümkündür. Ona görə ki, hansısa hadisənin baş verəcəyi zamanı və məkanı əvvəlcədən təyin etmək mümkün deyil. Sadəcə, ailələrdə normal münasibətlərin öz məcrasına yönəldilməsi üçün təbliğat, maarifləndirmə xarakterli tədbirlər həyata keçirilməlidir. Bu ola bilsin ki, Nazirlər Kabinetinin tərkibinə daxil olan dövlət qurumları ilə birlikdə həyata keçirilsin. Ailələrin vəziyyəti təhlil olunmalıdır, biz ailələri öyrənməliyik. Daha çox hansı məktəblərdə və ailələrdə bu halların baş verməsi halları araşdırılmalıdır. Son üç il ərzində bütün dünyada zorakılıq hallarının artımı mövcud pandemiya ilə bağlıdır. Çünki pandemiya özü ilə bərabər bir sıra problemlər gətirdi, iqtisadi-sosial çətinliklər, evdə oturmaq, işsizlik, məktəblərdə proqramların düzgün tədris oluna bilməməsi və s. Pandemiya səbəbilə ləngiyən və vaxtı tam bəlli olmayan imtahanlar məktəb və universitetlərdə qarışıqlıq yaradır. Bu da öz növbəsində münasibətlərdə həddini aşma, özünü qəlibə sala bilməmə halları zorakılıqları doğuran faktorlardan biridir.
Düşünürəm ki, Ailə,qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi xüsusi konsepsiya hazırlamalıdır. Bu yaxınlarda Amerikanın bir ştatında xüsusi qurumlar evləri bir-bir gəzərək suya qənaətin nə dərəcədə olduğuna nəzarət edirdilər. Bu bir təcrübədir, ailələrdə və məktəblərdə yerində vəziyyəti araşdırmaq lazımdır”.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55

