“Qarabağ ilmələrdə” təqdim edildi
29.12.2021 [10:51]
“Çələbi” xalçası kəsildi
Günel Abbas
Dekabrın 28-də minlərlə insanın toxuduğu Qarabağ “Çələbi” xalçasının kəsimi və “Qarabağ İlmələrdə” filminin təqdimat mərasimi keçirildi. Bu layihə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini simvolizə edir və xalqımızın həmrəyliyini nümayiş etdirmək məqsədilə hazırlanıb. Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçirilən sosial layihədə bir xalçanı 44 gün ərzində minlərlə insan toxuyub. Filmin ssenari müəllifi Orxan Cabbarlı, quruluşçu rejissor Emil Babayev, rejissor Bəhruz Qədirov, quruluşçu operator Böyükağa Nağıyevdir.
Filmin təqdimatından sonra 44 gün ərzində toxunan Qarabağ “Çələbi” xalçasının kəsimini ilk olaraq şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova və şəhid Denis Proninin həyat yoldaşı Aynur Əliyeva etdilər.
Layihə rəhbəri Orxan Cabbarlı xalçanın kəsimi mərasimi ilə bağlı öz təəssüratlarını bölüşdü. Onun sözlərinə görə, sonuncu ilmələri Zəfər günü ərəfəsində işğaldan azad olunan Şuşa şəhərində vurulan xalçanın toxunma prosesi əvvəldən axıra qədər filmdə əks olunub. Orxan Cabbarlı bildirdi ki, xüsusi avtomobildə daşınan xalçaya şəhid ailələri, müharibə iştirakçıları və müxtəlif bölgələrdə yaşayan vətəndaşlar ilmə ataraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Ordumuz tərəfindən 44 günün sonunda düşmən üzərində qazanılan qələbənin yaşatdığı hissləri dilə gətiriblər.
Layihənin iştirakçısı və dəstəkçisi, Azərbaycan Jurnalistlər Şəbəkəsi İB-nin sədri Ayaz Mirzəyev qeyd etdi ki, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçirilən sosial layihədə bir xalçanı 44 gün ərzində minlərlə insan toxuyub: “Layihəyə Orxan Cabbarlının ideyası ilə başladıq. Olduğumuz bölgələrdə bizim layihəmizi böyük rəğbətlə qarşıladılar. Buna görə də ürək rahatlığı ilə deyə bilərik ki, layihə öz missiyasını həyata keçirdi. Əsas məqsədimiz o idi ki, bu xalça işğaldan azad olunmuş ərazilərə aparılsın, buna nail olduq, xalça Şuşada toxundu. Gələcəkdə də Şuşada muzeydə eksponat kimi nümayiş olunacaq”.
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40

