Buğda idxalı niyə azalıb?
29.12.2021 [10:27]
Nicat Dilqəmli
Bu ilin 11 ayında ölkəyə 1 milyon tondan çox buğda idxal edilib. Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda bildirilir ki, hesabat dövründə idxal edilən buğdanın dəyəri 287.5 milyon ABŞ dolları olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə ölkəyə 262.5 milyon dollarlıq 1.2 milyon ton buğda idxal edilib. Qeyd edək ki, buğda ölkəmizə birinci yerdə Rusiyadan, sonra isə Qazaxıstandan idxal edilir.
Ölkəmizə idxal edilən buğdanın dəyərinin azalmasının səbəblərini araşdırmağa çalışdıq. Ekspertlər bunu idxalçı ölkələrdə taxıl ehtiyatının azalması, yanacaq və vergi qiymətlərinin dəyişməsi ilə əlaqələndirirlər.
Məsələ ilə bağlı Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə “Yeni Azərbaycan”a bildirib ki, Azərbaycanda buğda istehsalı 2021-ci ildə 1885,4 min ton olub və 2020-ci illə müqayisədə 1 faiz artıb: “Buğda idxalına gəldikdə isə, 2021-ci ilin 11 ayı ərzində bu, həcm baxımından azalsa da, dəyər ifadəsində artıb. Məlum olduğu kimi, dünya əmtəə birjalarında qiymətlər ötən illərlə müqayisədə kəskin artıb. Bu da idxal dəyərinin artması fonunda həcmin azalması ilə nəticələnib”.
N.Hacızadə qeyd edib ki, yerli istehsal vasitəsilə tələbatı ödəmək mümkün deyil: “Coğrafi mövqe və ev təsərrüfatlarının istehlak qabiliyyətindən asılı olaraq Azərbaycanda buğda idxalı dəyişir. Nəzərə almaq lazımdır ki, ev təsərrüfatlarının istehlakını ödəmək məqsədilə ölkəyə buğda idxal edilir. Statistikaya əsasən, 2015-ci ildə 1500 ABŞ dolları dəyərində buğda istisna olmaqla, Azərbaycan buğda ixrac etməyib”.
O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə təsərrüfat fəaliyyətinin bərpası və yenidən buğda istehsalı ilə əlaqədar işlər aparılması isə daha çox ərzaq təhlükəsizliyinin təmininə xidmət edəcəkdir. “Həmin ərazilərdə buğda istehsalına başlanılması bu məhsulla özünü təminetmə səviyyəsinin yaxşılaşmasına töhfə verəcəkdir. Məlumat üçün qeyd edim ki, 2020-ci ildə adambaşına buğda istehlakı illik 8,7 kiloqram olub. Statistikaya əsasən, 2020-ci ildə buğda ilə özünü təminetmə səviyyəsi isə 57,1 faiz təşkil edib. Başqa sözlə desək, istehlak etdiyimiz buğdanın 42,9 faizi idxalın payına düşüb. İşğaldan azad olunmuş ərazilərdə buğda istehsalı məhz bu idxalın azalmasına səbəb olacaqdır. Amma bütün hesablamalar onu göstərir ki, qarşıdakı 5 ildə ölkəmizə buğda idxalı davam edəcəkdir”, - deyə departament rəhbəri bildirib.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

