Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanda “Omikron” ştamına yoluxma faktı aşkarlanmayıb

Azərbaycanda “Omikron” ştamına yoluxma faktı aşkarlanmayıb

20.12.2021 [16:49]

Azərbaycanda koronavirus infeksiyasının yeni “Omikron” ştamına yoluxma ilə bağlı fakt aşkarlanmayıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.

Qeyd olunub ki, bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalar davam edir: “Azərbaycana xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ yeni ştam aşkarlanmayıb. Yeni ştam aşkar olunacağı təqdirdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, indiyədək dünyanın 100-ə yaxın dövlətində koronavirus infeksiyasının “Omikron” ştamı aşkarlanıb. O cümlədən Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştama yoluxma halları qeydə alınıb.

Paylaş:
Baxılıb: 1015 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31