/ / Prezident Soçi görüşündən sonra İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrildiyini bəyan etdi
Prezident Soçi görüşündən sonra İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrildiyini bəyan etdi
29.11.2021 [13:31]
Milli Məclisin deputatı Əliabbas Salahzadə noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan Prezidentlərinin və Ermənistan baş nazirinin üçtərəfli görüşündən bəhs edərək bildirib ki, görüşdə imzalanan Bəyanatda “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin, həmçinin ATƏT-in Minsk qrupunun adının çəkilməməsi artıq onların tarixdə qaldığının təsdiqidir: “Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi-siyasi Qələbəmizin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın imzalandığı gündən Dağlıq Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu, ölkəmizin həyatında yeni mərhələ başlandığını bəyan edir. Lakin işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər guya münaqişənin həll olunmadığını bildirərək gərginlik yaratmaqda maraqlı olduqlarını hər addımlarında büruzə verirlər. Soçi görüşündə imzalanan sənəd bir daha belə əsassız fikirlərə son qoydu. Artıq bir daha sübut olundu ki, gündəmdə postmünaqişə dövrünün reallıqları, 10 noyabr Bəyanatında əksini tapan müddəaların icrasıdır. Soçi görüşü bu sənədin imzlanmasından ötən bir ilin hesabatı kimi də dəyərləndirilə bilər. Ölkə Prezidenti İlham Əliyev üçtərəfli görüşdəki nitqində bir daha bu məqamları diqqətə çatdırdı ki, Azərbaycan Ermənistanla münasibətlərin tənzimlənməsində Rusiyanın səylərini yüksək qiymətləndirir. Ölkəmiz müharibədən ötən bir il ərzində onun fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirib, dəfələrlə rəsmi şəkildə Azərbaycan və Ermənistan arasında sərhədlərin təxirəsalınmaz delimitasiyasının vacibliyini bəyan edib. Azərbaycan qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq üçün Ermənistana sülh razılaşması üzərində işə başlamağı təklif edib.”
Əliabbas Salahzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri, rusiyalı həmkarı ilə keçirdiyi görüş, müzakirə olunan məsələlər iki ölkə arasında münasibətlərin aydın ifadəsini yaradır: “Bakı və Moskva ümumi regional yanaşmaya malikdir, liderlər arasında isə etibar, dostluq və qarşılıqlı anlaşma mövcuddur. Ümumilikdə, iki ölkə arasında strateji tərəfdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycan və Rusiya Prezidentləri arasında etibar və dostluğun olması, eyni zamanda, hər iki dövlət başçısının açıq siyasət yürütməsi ilə bağlıdır. Vladimir Putinin İlham Əliyevə hörmət və ehtiramla yanaşması və Azərbaycan Prezidentinin regionun gələcəyi ilə bağlı bu vaxta kimi səsləndirdiyi fikirlərin Soçi Bəyanatında öz əksini tapması proseslərin rəsmi Bakının iradəsindən kənarda inkişaf etmədiyinin göstəricisidir.”
“Ermənistan dalana dirənib. Reallıqlarla barışmaqdan, sülh müqaviləsini imzalamaqdan başqa yolu yoxdur” söyləyən Əliabbas Salahzadə vurğulayıb ki, hər bir görüş, imzalanan Bəyanatlar özlüyündə hədəflərə çatmaq üçün stimuldur: “26 noyabr Soçi Bəyanatında qeyd edilir ki, Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcək. Soçi Bəyanatı Ermənistan tərəfini bir daha kapitulyasiya aktının şərtlərinə əməl etməyə vadar edir və bu ölkədə revanşist meyllərin baş qaldırma ehtimalının heç bir perspektivi olmadığını, yalnız Ermənistana fəlakət gətirəcəyini təsdiqləyir.”
Millət vəkili diqqəti noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçrilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında dövlət başçısı İlham Əliyevin nitqində səsləndirilən fikirlərə yönəldərək onu da əlavə edib ki, Soçi görüşündən sonra ölkə Prezidentinin İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etməsi özündə bütün məqamları ehtiva edir: “Suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında qalib ölkə olan Azərbaycanın məğlubiyyətin fəlakətli nəticələrə gətirib çıxardığı Ermənistanı sülh sazişi üzərində işə başlamağa dəvət etməsi, kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin açılması kimi məsələlərin gündəmdə olması, xüsusilə Soçi görüşündən sonra Ermənistanın bu çağırışlara artıq müsbət reaksiyası Azərbaycanın qətiyyətli, ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin nəticəsi olmaqla yanaşı, növbəti diplomatik uğurudur. Azərbaycan, eyni zamanda, regional inkişafın aparıcı qüvvəsi kimi rolunu daha da möhkəmləndirir. Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq”
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

