Aynur Sofiyeva: Yeni Azərbaycan Partiyası tarixi missiyasını layiqincə həyata keçirir
22.11.2021 [10:52]
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Aynur Sofiyeva ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, milyonların sevgisini və etimadını qazanan Yeni Azərbaycan Partiyasının keçdiyi 29 illik şərəfli yoldan geniş bəhs edərək bildirib ki, YAP yarandığı gündən xalqın partiyası kimi tanınıb: “Xalqın böyük əksəriyyətinin istəyini özündə əks etdirən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə müraciəti, dahi şəxsiyyətin bu müraciətə cavabı müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın düşdüyü çətinliklərdən xilasına bir çağırış idi. Azərbaycan xalqı 29 il bundan əvvəl Yeni Azərbaycan Partiyasının yaradılmasını əslində, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının başlanğıcı kimi dəyərləndirir. 21 noyabr 1992-ci il Azərbaycanın taleyində dönüş nöqtəsi kimi səciyyələndirilir. Xalqımız əmin idi ki, özünəqayıdışın təmin edilməsi dahi şəxsiyyət, böyük idarəçilik təcrübəsinə malik, Azərbaycan dövlətinin, xalqının gələcəyini düşünən ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində mümkün ola bilər. Bu baxımdan Azərbaycanı məhv olmaqdan xilas etmək, bir dövlət kimi varlığını qorumaq üçün Yeni Azərbaycan Partiyasının yaradılması Ümummilli Liderin hakimiyyətə qayıdışını təmin etməkdən ibarət idi. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası yaranandan 6 ay sonra partiyanın yaradıcısı və Sədri Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Bununla da Azərbaycanın tarixində yeni mərhələ başladı.”
A.Sofiyeva qeyd edib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən və bugünümüzə hesablanmış siyasəti nəticəsində Azərbaycan müstəqilliyinin bərpasının ilk illərində yaşadığı xaosdan, anarxiyadan, özbaşınalıqlardan, vətəndaş müharibəsindən, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas olaraq inkişaf, tərəqqi yoluna çıxdı: “Azərbaycan sözün əsl mənaasında illərdir ürəyində gəzdirdiyi arzusuna- malik olduğu təbii resurslarının əsl sahibinə çevrilmək istəyinə nail olmaqla bukünkü reallıqlar üçün möhkəm təməl yaratdı. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası uzaqgörən siyasətinin nəticəsi idi. Dövlətçiliyin əsasları yaradıldı, tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı, ölkəmizin iqtisadi qüdrətinin artması fonunda siyasi müstəqilliyi təmin edildi, güclü ordusu formalaşdı, Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər faktlar əsasında dünyaya çatdırıldı.”
YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, Ulu Öndərin inkişaf strategiyası Azərbaycanın qarşısında geniş imkanlar açdı, möhtəşəm uğirları şərtləndirdi: “2003-cü ildə Ümummilli Liderin layiqli davamçısı, cənab İlham Əliyevin Prezident seçilməsi Böyük Yolun davamı kimi dəyərləndirilir. Ulu öndər Heydər Əliyev xalqımıza 1 oktyabr 2003-cü il tarixli müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını bildirərək inamın və böyük etimadın ünvanını göstərdi: Cənab İlham Əliyev və Yeni Azərbaycan Partiyası. Son 18 ilin uğurları xalqımızın seçimində yanılmadığını təsdiqləyr.”
“Arzuladığımız xoşbəxt gələcəyi yaşayırıq. Həmin gələcək məhz bu gündür. Azərbaycanı tarixinin ən qüdrətli, qalib dövlətinə çevirən, 30 illik torpaq həsrətimizə son qoyan Müzəffər Ali Baş Komandan İlham Əliyev xilaskar liderdir” söyləyən Aynur Sofiyeva qeyd edib ki, məhz cənab İlham Əliyevin siyasi iradəsi, düşünülmüş strategiyası, sərkərdəlik bacarığı sayəsində ərazi bütövlüyümüzü bərpa etdik, qalib dövlətə çevrildik, müzəffər xalq olduq, ölkəmiz regionda və dünyada yeni reallıqlar yaratdı, sözümüz imzamız qədər əhəmiyyətli oldu. Bu şanlı Zəfərlə cənab İlham Əliyev adını tarixə qalib Prezident kimi yazaraq bir daha alternativsiz Lider olduğunu təsdiqlədi.
“Bütün bu uğurlar, eyni zamanda, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Yeni Azərbaycan Partiyasının öz tarixi missiyasını layiqincə yerinə yetirdiyinin, xalqın etimadını yüksək səviyyədə doğrultduğunun sübutu kimi də qiymətləndirilə bilər. Yeni Azərbaycan Partiyası daim qələbələr, zəfərlər partiyası kimi fəaliyyət göstərib və bundan sonra da yeni-yeni uğurları ilə diqqətdə olacaq. Zəfərimizin yaratdığı reallıqlar fonunda VII qurultayını keçirən Yeni Azərbaycan Partiyası qəbul etdiyi qərarları ilə həm özünün fəaliyyətində, həm də Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycanın həyatında yeni mərhələnin əsasını qoydu”,- deyə YAP İdarə Heyətinin üzvü bildirib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
Analitik
31 Oktyabr 09:52
Siyasət
31 Oktyabr 09:48
Ədəbiyyat
31 Oktyabr 09:34
Analitik
31 Oktyabr 09:15
Sosial
31 Oktyabr 08:57
Sosial
31 Oktyabr 08:31
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

