Qida təhlükəsizliyi sahəsində media savadlılığının artırılması üçün təlim keçirilib
28.12.2024 [14:50]
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən media subyektlərinin nümayəndələri üçün növbəti təlimlər təşkil edilib.
AZƏRTAC xəbər verir ki, təlimlər AQTA-nın fəaliyyətə başladığı dövrdən etibarən əsas istiqamət kimi aparılan maarifləndirmə xəttinin davamı olaraq jurnalistlərin Agentliyin fəaliyyət istiqamətləri barədə məlumatlandırılması, onların qida təhlükəsizliyi ilə bağlı biliklərinin və bu sahə üzrə peşəkarlıqlarının artırılması, həmçinin ictimai nəzarətin gücləndirilməsi məqsədilə keçirilib.
İyirmiyə yaxın jurnalistin iştirak etdiyi təlimlər çərçivəsində çıxış edən AQTA-nın Aparat rəhbəri Məmmədrəhim Nəcəfov bildirib ki, Agentlik tərəfindən ölkədə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının təmin olunması, həmçinin istehlakçı hüquqlarının qorunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Bu istiqamətdə maarifləndirmə işinə, o cümlədən də təlimlərin təşkilinə xüsusi diqqət yetirilir. M.Nəcəfov həyata keçirilən tədbirlər çərçivəsində qida sahəsində istehlakçı hüquqlarını qorumaq və bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə bağlı vətəndaş şikayətlərini operativ şəkildə qəbul etmək məqsədilə yaradılan "E-Qidam" mobil tətbiqinin də faydalı olacağına əminliyini ifadə edib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev isə Agentliyin qida təhlükəsizliyinə dair mütəmadi olaraq maarifləndirici tədbirlər keçirdiyini önə çəkib. Bu istiqamətdə ictimai nəzarətin təmin edilməsində media nümayəndələrinin rolunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra jurnalistlər üçün qida təhlükəsizliyi sahəsində media savadlılığının artırılması üçün təlimlər keçirilib. İştirakçılara HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri), halal sertifikatlaşma və “Ulduz-reytinq” layihəsi barədə ətraflı məlumat verilib. Həmçinin onlar bitki sağlamlığı, o cümlədən bitki mühafizə vasitələrindən istifadə, eləcə də heyvandan insana keçən zoonoz xəstəliklər və heyvanlar arasında epizootoloji vəziyyətin stabil saxlanması barədə məlumatlandırılıb. Təlimlər zamanı müvafiq mövzularla bağlı müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.
Sonda media subyektlərinin nümayəndələrinə təlimlərdə iştiraka görə sertifikatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxSosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50

