Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ukraynalı uşaqlar üçün Qəbələdə və Şəkidə ekskursiyalar təşkil edilib

Ukraynalı uşaqlar üçün Qəbələdə və Şəkidə ekskursiyalar təşkil edilib

09.10.2024 [21:13]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə Azərbaycana gətirilərək reabilitasiya tədbirlərinə cəlb edilən 30 ukraynalı uşaq üçün ekskursiyalar təşkil olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, uşaqlar Qəbələdəki “Qəbələnd” Əyləncə Mərkəzində və “Tufandağ” İstirahət Kompleksində olublar. Onlar, həmçinin Qəbələdəki və Şəkidəki tarixi-memarlıq abidələri, Şəki Xan Sarayı, Karvansaray və Şəki mətbəxi ilə tanış edilib.

Qeyd edək ki, agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində yerləşdirilən uşaqların 10 günlük sosial reabilitasiya proqramı çərçivəsində emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərilir.

Uşaqlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri təşkil olunur.

Paylaş:
Baxılıb: 792 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Əfsanəvi maestro

20 Avqust 09:05

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31