Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin 73 yaşı tamam olur
26.07.2024 [10:56]
Bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin 73 yaşı tamam olur
Xalqımız Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevi daim yaxşılığın keşiyində dayanan ləyaqətli, yüksək mənəviyyata malik bir ictimai-siyasi xadim, savab əməlləri, xoş məramlı işləri ilə insanların hörmət və sevgisini qazanan müdrik bir ağsaqqal kimi tanıyır.
Eldar müəllim, Siz çox illik parlament fəaliyyətiniz boyu Milli Məclisin üzvü olaraq bir çox önəmli məsələlərə dair qanunların müzakirəsində və qəbul edilməsində, həmçinin parlamentin işində yaxından iştirakınızla Milli Məclisin uğurlu fəaliyyətinə böyük töhfələr vermisiniz. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu və qətiyyətli siyasətini hər zaman dəstəkləmiş, ölkəmizin ictimai və sosial-iqtisadi həyatında əhəmiyyətli rol oynayaraq xalqımıza böyük xidmətlər göstərmisiniz. Sizin fədakar əməyiniz dövlətimiz, həmçinin bir sıra xarici ölkələr və təşkilatlar tərəfindən dəfələrlə yüksək təltiflərlə o cümlədən yübliley medalları, fəxri fərmanlar və diplomlarla qiymətləndirilib.
Həyat və fəaliyyəti gənclərimiz üçün bir örnək olan Eldar Quliyev bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədri kimi Vətənimizin tərəqqisi naminə var qüvvəsi ilə çalışır. Hər zaman öz səmərəli və təqdirəlayiq işləri ilə seçilən Azərbaycan Ağsaqqallar Şurası son illərdə Eldar Quliyevin rəhbərliyi ilə daha aktiv şəkildə fəaliyyət göstərməyə başlamışdır. Şuranın 77 şəhər və rayon təşkilatında birləşən onminlərlə üzvü ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə dəyərli töhfələr vermək, yeniyetmə və gəncləri Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək və maarifləndirmək üçün üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Hazırda ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurası millət vəkili, professor Eldar Quliyevin başçılığı ilə öz məhsuldar fəaliyyətini beynəlxalq səviyyədə, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində də uğurla davam etdirir. Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının sədri olaraq bu gün müstəqil dövlətçiliyimizin inkişafına, cəmiyyətimizin, xüsusilə də gənc nəslin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyəsi işinə dəyərli töhfələr verir, ölkəmizin müstəqilliyi və tərəqqisi uğrunda vətənpərvər mübarizlərin yetişməsində böyük rol oynayır.
İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov və çoxsaylı Şura üzvləri adından Sizi – ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyət göstərən nüfuzlu şəxsiyyəti, hər zaman xalqına, Vətəninə bağlı olan müdrik ağsaqqalı şərəflə yaşadığınız ömrünüzün 73-cü ildönümü münasibətilə ürəkdən təbrik edir, Sizə uca Allahdan uzun ömür, möhkəm cansağlığı, Azərbaycanımızın inkişafı naminə gördüyünüz bütün işlərdə uğurlar arzulayırıq!
Hörmətlə,
Saleh Səmədov
İmişli rayon Ağsaqqallar Şurasının sədri
Xəbər lenti
Hamısına baxDünya
02 Fevral 23:36
YAP xəbərləri
02 Fevral 23:12
İqtisadiyyat
02 Fevral 22:51
Dünya
02 Fevral 22:37
YAP xəbərləri
02 Fevral 22:19
Dünya
02 Fevral 21:53
YAP xəbərləri
02 Fevral 21:23
İqtisadiyyat
02 Fevral 21:08
Sosial
02 Fevral 20:50
YAP xəbərləri
02 Fevral 20:35
Sosial
02 Fevral 20:19
Gündəm
02 Fevral 20:15
Dünya
02 Fevral 20:12
Dünya
02 Fevral 19:49
Xəbər lenti
02 Fevral 19:32
YAP xəbərləri
02 Fevral 19:16
YAP xəbərləri
02 Fevral 18:28
YAP xəbərləri
02 Fevral 16:55
Gündəm
02 Fevral 16:39
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21
Dünya
02 Fevral 15:21
İdman
02 Fevral 15:07
Sosial
02 Fevral 14:54
Sosial
02 Fevral 14:51
Hadisə
02 Fevral 14:51
YAP xəbərləri
02 Fevral 14:26
Dünya
02 Fevral 14:17
YAP xəbərləri
02 Fevral 14:08
YAP xəbərləri
02 Fevral 14:07
YAP xəbərləri
02 Fevral 14:03
YAP xəbərləri
02 Fevral 13:57
YAP xəbərləri
02 Fevral 13:49
YAP xəbərləri
02 Fevral 13:25
YAP xəbərləri
02 Fevral 12:44
YAP xəbərləri
02 Fevral 12:41
İqtisadiyyat
02 Fevral 12:23
İqtisadiyyat
02 Fevral 12:22
Hadisə
02 Fevral 12:22
Dünya
02 Fevral 12:21
Sosial
02 Fevral 12:21
YAP xəbərləri
02 Fevral 12:08
YAP xəbərləri
02 Fevral 12:07
YAP xəbərləri
02 Fevral 11:59
YAP xəbərləri
02 Fevral 11:48
Dünya
02 Fevral 11:45
Gündəm
02 Fevral 11:41
Dünya
02 Fevral 11:19
Siyasət
02 Fevral 11:11
YAP xəbərləri
02 Fevral 11:07
Gündəm
02 Fevral 10:57
Dünya
02 Fevral 10:56
Dünya
02 Fevral 10:23
YAP xəbərləri
02 Fevral 10:01
YAP xəbərləri
02 Fevral 09:59
Dünya
02 Fevral 09:41
Gündəm
02 Fevral 09:40
Gündəm
02 Fevral 09:29
YAP xəbərləri
02 Fevral 09:26
Dünya
02 Fevral 09:15
Dünya
02 Fevral 08:52
Hadisə
02 Fevral 08:27
Hadisə
02 Fevral 08:10
Gündəm
02 Fevral 08:00
Dünya
02 Fevral 07:52
Hadisə
01 Fevral 23:18
Hadisə
01 Fevral 22:33
Hadisə
01 Fevral 21:41
Dünya
01 Fevral 21:40
Sosial
01 Fevral 20:37

