/ / Britaniyanın dövlət katibi Azərbaycan tərəfindən sülh prosesi ilə bağlı atılan addımlar barədə məlumatlandırılıb
Britaniyanın dövlət katibi Azərbaycan tərəfindən sülh prosesi ilə bağlı atılan addımlar barədə məlumatlandırılıb
18.07.2024 [14:42]
“Avropa Siyasi İcmasının” Birləşmiş Krallığın Vudstok şəhərində keçirilən sammiti çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Birləşmiş Krallığın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lemmi arasında görüş keçirilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan-Birləşmiş Krallıq arasında strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif aspektləri və gələcək perspektivləri, regional və beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələləri, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesinin cari vəziyyəti müzakirə edilib.
Azərbaycan və Birləşmiş Krallıq arasında bütün sahələrdə, xüsusilə də energetika, təhsil, humanitar əlaqələr kimi istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın olduğu, Azərbaycanın mühüm ticarət tərəfdaşı kimi xüsusi əhəmiyyəti vurğulanıb. Birləşmiş Krallıq şirkətlərinin Azərbaycan iqtisadiyyatının istər neft, istərsə də qeyri-neft sektorunda uğurla fəaliyyət göstərdiyini, iqtisadi əməkdaşlığın daha da dərinləşməsi üçün geniş imkanların mövcudluğu bildirilib.
Bununla yanaşı, iki ölkə arasında yaşıl enerji sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib, bu sahədə Azərbaycanla əməkdaşlıq üçün geniş perspektivlər təqdir olunub. Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinin mövcud əməkdaşlıq gündəliyində iqlim fəaliyyəti istiqamətinin gücləndirilməsinə töhfə verə biləcəyi qeyd edilib.
Azərbaycanın üzləşdiyi mina təhdidi nəzərə alınaraq humanitar minatəmizləmə sahəsində Azərbaycana dəstəyin əhəmiyyəti vurğulanıb.
Görüş zamanı tərəflər iki ölkə arasında mövcud dialoq, qarşılıqlı səfərlər və təmasların, o cümlədən siyasi məsləhətləşmələrin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildiriblər.
Nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, o cümlədən sülh prosesi ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması ilə bağlı mövqeyi, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı məlumat verib. Ermənistanla danışıqlarda sülh sazişi mətni üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan konstitusiyasında və qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddiaların sülh prosesində əsas maneə olduğu diqqətə çatdırılıb.
“Avropa Siyasi İcması” sammiti çərçivəsində Birləşmiş Krallığın baş nazirinin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün keçirilməsi üçün səy göstərilməsinə görə nazir Ceyhun Bayramov tərəfindən təşəkkür ifadə olunub, məhz Ermənistan tərəfindən imtina səbəbindən bu görüşün baş tutmamasının sülh prosesinə töhfə vermədiyi qeyd edilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43

