Azərbaycan BMT-də Könüllü Hesabat təqdim edib
17.07.2024 [10:30]
Ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinə dair hədəfləri ali qurumda yüksək dəyərləndirilib
BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə 4-cü Könüllü Milli Hesabatı təqdim olunub. Hesabatda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər, əldə olunmuş uğurlar, o cümlədən DİM-ə investisiyaların cəlb olunması mexanizmi, işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması, bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, eyni zamanda, dayanıqlı və inklüziv inkişaf sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məlumat öz əksini tapıb.
Təqdimatla bağlı çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, hesabat 2030-cu il gündəliyində göstərilmiş DİM-in icrası ilə bağlı yerli və qlobal çağırışların yumşaldılması istiqamətində vacib fəaliyyət planı təqdim edilir. Azərbaycanın DİM ilə bağlı qətiyyətli öhdəliyi “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində göstərilmiş milli inkişaf gündəliyinə daxil edilib.
BMT ilə iqtisadi və sosial proqramlarda yaxın tərəfdaş olaraq iştirak edən Azərbaycan öz fəaliyyətində dayanıqlı inkişaf məqsədlərini hər zaman rəhbər tutaraq müasir qlobal inkişaf çağırışlarına töhfə verməyə çalışır. Bu çərçivəyə uyğun olaraq BMT-nin Davamlı İnkişaf Məqsədləri ailəsində yer alan və daim öz iqtisadi hədəflərini həmin prioritetlərin gerçəkləşməsinə fokuslayan ölkəmiz insan inkişafı üçün son dərəcə əhəmiyyətli imkanların yaradılmasına, bu istiqamətdə uğurlu sosial layihələrin icrasına nail olub.
Bu siyasətin davamı kimi Azərbaycan BMT-nin də ali hədəf siyasətinə cavab verən Minilliyin İnkişaf Məqsədləri strategiyasına qoşularaq 2015-ci ildən bu yana insan inkişafı ilə bağlı əlavə tədbirləri və keyfiyyətli həyat standartlarının tətbiqini icra edib. Nəticədə ölkəmizdə yoxsulluğun aradan qaldırılması və iqtisadi artımın təmin edilməsinə yönələn strategiyalarla əlaqəli şəkildə həyata keçirilən siyasət öz müsbət bəhrəsini verib. Təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla geniş spektrli sosial ehtiyacların ödənilməsi səviyyəsi yaxşılaşıb. Tərəqqi naminə gücləndirilmiş qlobal həmrəylik ruhunda, sosial baxımdan aztəminatlı təbəqənin ehtiyaclarına ayrıca diqqət yetirərək dayanıqlı inkişaf üçün qlobal tərəfdaşlığın yenidən canlandırılması və tələb olunan vasitələrin səfərbər edilməsi istiqamətində əlavə tədbirlər davam etdirilir.
Respublikamız iqtisadiyyatın milli inkişafını nəzərdə tutduğu hədəf göstəricilərinə tam çatmağa nail olub. Eyni zamanda, həmin konsepsiyada üzərinə götürdüyü digər bir mühüm prioritetə - 2020-ci ilədək Dünya Bankının (DB) adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr”arasında tamhüquqlu ölkə olması, habelə BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupunda yuxarı sıralara yüksəlməsi hədəfinə də çatıb.
BMT-nin “Dayanıqlı İnkişaf 2022” hesabatında isə ölkəmiz 5 pillə irəliləyərək mümkün 100 baldan 73,5 toplayıb və Azərbaycan dünyanın 163 ölkəsi arasında “davamlı inkişaf məqsədləri (DİM) indeksi” üzrə 50-ci yerdə qərarlaşıb. Bu göstəriciyə görə respublikamız Cənubi Qafqaz regionunda (Gürcüstan 51-ci yer, Ermənistan 66-cı yer) liderdir və dünya üzrə hər üç ölkədən ikisini geridə qoyur. Müqayisə üçün demək olar ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda bu indeks üzrə orta göstərici 71,6-dur ki, bu da Azərbaycanın göstəricisindən aşağıdır.
Hesabatda ölkəmiz yaxşı səhiyyə və rifah, keyfiyyətli təhsil, yoxsulluğa son, təmiz su və sanitariya, davamlı şəhərlər və icmalar, məsuliyyətli istehsal və istehlak, iqlim dəyişikliyinə qarşı mübarizə və torpaq ekosisteminin mühafizəsi məqsədləri üçün tərəfdaşlıq kimi Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişə nail olub. Hesabatda müəyyən edilmiş altməqsədlərə gəldikdə isə, qiymətləndirilən 83 məqsəddən 35-də irəliləyiş əldə edilib (qismən və ya nəzərəçarpacaq), 7-si üzrə isə DİM məqsədlərinə çatılıb.
Hər bir ölkənin fəaliyyəti digər ölkələrin DİM-lərə nail olmaq imkanlarına müsbət və ya mənfi təsir göstərə bilər. Bu təsirləri müəyyən etmək üçün hesabatda eyni zamanda “yayılma və ya təsir indeksi” də hesablanır ki, bu da üç istiqamət üzrə qiymətləndirilir: ekoloji və sosial təsirlərin beynəlxalq ticarətdə təcəssümü, iqtisadiyyat və maliyyə, təhlükəsizlik. Bu qiymətləndirmə üzrə Azərbaycanın göstəricisi 97,3 olub ki, bu da ölkəmizin digər ölkələrin DİM-lərə nail olmaları istiqamətində daha çox müsbət və daha az mənfi təsirlərə səbəb olduğunu göstərir.
Hazırda isə 17 məqsəd və 169 hədəfdən ibarət “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” strateji sənədinə əsasən, Azərbaycan digər yeni həyat keyfiyyətlərinin təmin edilməsini qarşıya məqsəd qoyub.
“Gündəlik-2030”dan irəli gələn vəzifələr dayanıqlı inkişaf üzrə yeni milli strategiyaların, proqramların və fəaliyyət planlarının hazırlanmasını, yüksək keyfiyyətli, aktual, etibarlı və daha müfəssəl məlumatların əldə olunması məqsədilə statistika potensialının gücləndirilməsini, milli şərait və prioritetlərə uyğun olaraq vətəndaş cəmiyyəti, dövlət və özəl sektor, habelə digər maraqlı tərəflərin cəlb edilməsi ilə dayanıqlı inkişaf sahəsində tərəqqinin əldə olunmasına tam imkan yaradır.
“Gündəlik-2030” strategiyasında müəyyən edilmiş qlobal məqsəd və hədəflər sırasında iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsi ön planda dayanır. Bu baxımdan COP29-un Azərbaycana həvalə edilməsi ikitərəfli tərəfdaşlığın daha bir yüksək təzahürüdür.
Azərbaycanın inkişaf siyasətinin əsas hissələrindən biri “yaşıl enerji”yə keçiddir və bu strateji çağırışa uyğun olaraq 2026-cı ilə kimi elektrik enerjisi istehsalı sahəsində bərpaolunan enerjinin payınım 24 faizə, 2030-cu ilə kimi 30 faizə çatdırılması nəzərdə tutulur. Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə əsasən Azərbaycan istixana effekti yaradan qaz emissiyalarının həcmini 40 faiz azaltmağı qarşısına məqsəd qoyub. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzuru xalis sıfır emissiya zonasına çevirilməsi hədəflənib. BMT ilə bu sahədə etibarlı tərəfdaşlığın möhkəmlənməsi bu istiqamətdə mühüm nailiyyətlərin əldə edilməsinə öz töhfəsini verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

