Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qaxda iki minik avtomobili toqquşub

Qaxda iki minik avtomobili toqquşub

14.07.2024 [18:26]

Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Qaxın Zəyəm kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. 

AZƏRTAC xəbər verir ki, Qax şəhər sakini 49 yaşlı Eldəniz Paşayevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə Ağdaş rayon sakini 30 yaşlı Ruslan Ələsgərovun "VAZ-21015" markalı avtomobilinin toqquşması nəticəsində hər iki avtomobilin sürücüsü və Eldəniz Paşayevin həyat yoldaşı 43 yaşlı Aynur Paşayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hər üç yaralı təcili tibbi yardım briqadasının köməyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Xəstəxanadan verilən məlumata əsasən, yaralılar müayinə olunur, müalicələr təyin edilir. Vəziyyətləri orta-ağır qiymətləndirilir. 

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma başlanıb.

Paylaş:
Baxılıb: 712 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30