Multikulturalizm Mərkəzinin rəhbəri İCESCO-nun seminarında məruzə edib
10.07.2024 [12:31]
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tolerantlığı, birgəyaşayışı və sivilizasiyalararası dialoqu təşviq etmək məqsədi ilə Qurani-Kərimə qarşı mövcud müasir münasibəti düzgün işıqlandırmaq və perspektivə çevirmək üçün bir sıra seminarlar və simpoziumlar təşkil edir. Bununla da kollektiv harmoniyanın möhkəmləndirilməsi üçün dinlərə və etiqadlara qarşı nifrətlə mübarizədə maarifləndirmə təşəbbüsünün effektiv vasitə olduğunu bir daha nümayiş etdirir.
İyulun 9-da Mərakeş Krallığının paytaxtı Rabatda “Qərb və “Quran”: Gələcəyə doğru rasional yanaşma”adlı ilk beynəlxalq seminar keçirilib. Seminar Almaniya Dialoq və Anlaşma İnstitutu ilə birgə təşkil edilib. ICESCO-nun Baş Qərargahında keçirilən tədbirdə yüksək səviyyəli beynəlxalq ictimai-siyasi xadimlər, Mərakeş Krallığında akkreditə olunmuş səfirlər, islamşünaslıq və dinlərarası dialoq üzrə ekspertlər iştirak ediblər. Seminar “Qurani-Kərim”dən ayələrin oxunması ilə açılıb. Sonra ICESCO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin rəhbəri, səfir Xalid Fətəhəlrəhman, ICESCO-nun Baş direktoru Salim Əl-Malik çıxış edərək, seminarın mövzusunun bəşəriyyətin rifahını təşviq etmək və təhlükəsizliyi, sülhü, birgəyaşayışı gücləndirmək kontekstində seçildiyini vurğulayıblar.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov seminarda məruzə ilə çıxış edib. Quranla Qərb ölkələri arasındakı əlaqənin dini, mədəni, akademik və ictimai-siyasi aspektlərindən bəhs edən R.Həsənov Quranın təhqiri Qərbin mənəvi tənəzzülü kimi, Qərbin dünyəvi cəmiyyətləri ilə İslam cəmiyyətləri arasındakı mədəni fərqlər, İslamofobiya, Qərb mediasında Quran və İslam mövzularının işıqlandırılması məsələlərinə toxunub, Azərbaycanın bu sahədəki mövqeyini və təcrübələrini bölüşüb. “Müasir Qərbdə Quran: çətinliklər və imkanlar” adlı məruzədəvurğulanıb ki, İslam daha ədalətli və dinc bir dünyanın qurulmasına müsbət töhfə vermək potensialına malikdir. Mədəni kimliyi qoruyarkən iman və müasirliyi tarazlaşdırmaq çox vacibdir. Qərb və İslam fəlsəfələrinin qarşılıqlı təsirlərini öyrənilməsi daha açıq və əhatəli cəmiyyətə yaxınlaşmağa kömək edə bilər. Rəvan Həsənov qeyd edib ki, Quranın başa düşülməsini təşviq etməklə, İslamın zəngin mənəvi irsinin müasir Qərbdə qiymətləndirildiyi daha əhatəli və harmonik cəmiyyətə töhfə vermək olar. O çıxışında ib: “Gəlin dinlərarası dialoqu və təhsili inkişaf etdirməyə, İslam və Qərb arasında anlaşma körpüləri qurmağa sadiq olaq.”
Tədbir geniş müzakirələrlə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxSiyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Gündəm
14 İyul 11:13
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19

