"Səndən, məndən, filankəsdən bu millətə rəhbər olmaz"
10.06.2024 [11:35]
Elçibəyin etirafları
1993-cü ilin iyun hadisələrinin üstündən 31 il keçir. 31 il öncə Azərbaycan dövlətçiliyi, suverenliyi və müstəqilliyi parçalanma, dağılma təhlükəsilə üz-üzə dayanan zaman xalqının çağırışına cavab verən Heydər Əliyev xilaskarlıq missiyasını üzərinə götürdü. O zamanın iqtidarı olan AXC-Müsavatın hakimiyyət nümayəndələri isə başda prezident Elçibəy olmaqla qaçmağı çıxış yolu kimi seçdilər.
Ötən 31 ildə həmin günlərdə baş verənlərə bütün rakurslardan aydınlıq gətirilməsinə çalışılıb. Bu gün də bəzi o dövrün “iqtidar" tör-töküntüləri "küçə siyasətçisi" səviyyəsində olduqlarını, naşılıq, səriştəsizlik və məsuliyyətsizlik sindromu yaşadıqlarını etiraf etmək istəmirlər. Amma ortada real faktlar var…
"REAL" televiziyasında yayımlanan Mir Şahir Ağayevin müəllifliyi ilə hazırlanmış "Məsuliyyət çatışmazlığı sindromu" adlı reportajda yeni faktlar üzə çıxarılıb. Vaxtilə "215 KL" studiyası üçün çəkilən bu kadrlarda Əbülfəz Elçibəyin bəzi "etirafları" yer alır. Məsələn, 1992-ci ilin aprelində "215 KL" studiyasına müsahibəsində o zamanın AXC sədri Əbülfəz Elçibəy müxbirin "prezident olsaydınız"la başlanan sualına cavab verir: "Mənim birincisi, Allah eləməsin başıma elə bir iş gəlsin, prezident olum. Doğurdan da prezident olmaq mənim xəyalımdan keçməyib, fikrimdə də yoxdur elə bir şey".
Ardından isə bəlkə də Elçibəyin həyatının ən böyük etirafı səslənir: "BİZ SİYASƏTDƏ ORTA MƏKTƏB MÜƏLLİMİ SƏVİYYƏSİNDƏYİK".
O dövrün AXC sədri Elçibəy tanınmış qazax yazıçısı Oljas Süleymenovla "fikir mübadiləsini" də xatırlayır: "Almatı hadisələrindən sonra Oljas Süleymenov gəlmişdi bura. Mən gördüm çox ağır sarsıntı içindədir. Soruşdum ki, sən özünü rəhbər düşünürsənmi? Dedi hə. Dedim sən nahaq yerə özünü rəhbər düşünürsən. Dedim səndən, məndən, filankəsdən bu millətə rəhbər olmaz".
Elçibəy həmin müsahibədə bildirir ki, başçı kimi düşünmək çox ağırdır: "Başçılıq məsuliyyətini üstünə götürməməlisən".
Reportajda Əbülfəz Elçibəyin prezident seçildikdən sonra verdiyi müsahibədən də kadrlar nümayiş olunur. Ə.Elçibəy deyir: "Mən hələ özümü əsl prezident kimi hiss etmirəm. Prezident olmaq üçün gərək bir vərdiş olsun, oturasan. Mən meydanlarda yumruğumu qaldırıb azadlıq qışqıran, demokratiya çığıran adamam. Mən xalq hərəkatının iştirakçısı kimiyəm, xalq cəbhəsinin sədri kimi".
Bəli, ölkənin başına təsadüfi və ya kimlərinsə qurğusu ilə gətirildiyini etiraf edən Əbülfəz Elçibəy 1992-ci ildə verdiyi müsahibədə Azərbaycan ordusunun yaradılması ilə bağlı bildirirdi ki, 1 aya bu işi həll edə bilər. Sitat: "Məndə müəyyən qədər səlahiyyət olsaydı, müdafiə nazirliyi müəyyən ixtiyarı mənə versəydi, bir ayın içərisində Azərbaycanın Milli Ordusunu yaradardım".
Bir aya deyil, Ali Baş Komandan kimi məsuliyyət daşıdığı bir il ərzində qurub ortaya çıxardıqları ordu isə qiyamçı, xalqı, şəhəri güllə-baran edən 709-cu briqada idi. Elçibəyin ona və Müdafiə Nazirliyinə tabe olmayan bu hərbi hissənin zərərsizləşdirilməsi barədə açıqlaması isə tam bir faciə idi: "Soruşdum, dedi ki, o qoşun ki, Müdafiə Nazirliyinə, sənə tabe olmur, onun yerini dəyişdirin. Ya Gəncədən çıxsın qırağa, ya getsin başqa yerdə olsun. Getsin Murov dağda yerləşsin, vuruşsun. Könüllü kimi vuruşsun. EYBİ YOXDUR, BİZƏ TABE OLMURSA, KÖNÜLLÜ KİMİ VURUŞSUN"…
Bir ölkəyə rəhbərlik etmək kimi bir məsuliyyəti "üstlənən" şəxsin tabesizliyə münasibəti bu imişsə, Azərbaycanı nələrin gözləyə biləcəyini düşünmək belə qorxuludur. Artıq şərhə ehtiyac qalmır…
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxGündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35

