/ / Minaların ətraf mühitə təsirinin azaldılması ilə bağlı üçüncü beynəlxalq konfransın Bəyannaməsi qəbul edilib
Minaların ətraf mühitə təsirinin azaldılması ilə bağlı üçüncü beynəlxalq konfransın Bəyannaməsi qəbul edilib
31.05.2024 [19:36]
Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda Zəngilanda və Bakıda keçirilən 3-cü beynəlxalq konfransın yekununda Bəyannamə qəbul olunub.
AZƏRTAC Bəyannaməni təqdim edir.
“Biz, 2024-cü il 30-31 may tarixlərində Azərbaycanın Zəngilan rayonunda və Bakı şəhərində keçirilən Minatəmizləmə üzrə 3-cü Beynəlxalq Konfransın iştirakçıları bir araya gələrək təhlükəsiz və yaşıl gələcək üçün minaların ətraf mühitə təsirinin azaldılması və resursların səfərbər edilməsi məsələlərini müzakirə etdik. Bu xüsusda,
Biz - Mülki şəxslərin, o cümlədən uşaqların, qadınların və digər qeyri-döyüşçü əhalinin həyatına son qoymağa, şikəst etməyə və yaralamağa davam edən minaların və müharibənin partlayıcı qalıqlarının dağıdıcı və fərq qoymadan təsirləri ilə bağlı dərin narahatlıq ifadə edərək;
Minalarla çirklənmənin ətraf mühitə əhəmiyyətli dərəcədə mənfi təsir göstərdiyini, bununla da müvafiq tədbirlər vasitəsilə minalarla çirklənmənin mümkün mənfi təsirlərinin qarşısının alınmasının və yumşaldılmasının zəruri olduğunu qəbul edərək;
İqlim dəyişmələrinin partlayıcı hərbi sursatla bağlı təhlükələrin azaldılması səylərinə mənfi təsir göstərdiyini nəzərə alaraq;
“Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiya” (“Ottava Konvensiyası”) və “Kasetli sursatlar haqqında Konvensiya” (“Oslo Konvensiyası”) da daxil olmaqla, minaların və PHS-nin istifadəsini tənzimləyən və ya qadağan edən mövcud beynəlxalq hüquqi sənədlərin prinsip və dəyərlərini qəbul edərək, eyni zamanda, hamını bu sənədlərə rəsmi riayət olunması istiqamətində addımlar atmağa təşviq edərək;
BMT Təhlükəsizlik Şurasının 2017-ci il 30 iyun tarixli 2365 (2017) saylı qətnaməsini və onun minatəmizləmə fəaliyyəti ilə bağlı bütün əvvəlki qətnamələrini xatırladaraq;
BMT Baş Assambleyasının 2023-cü il 7 dekabr tarixli 78/70 saylı qətnaməsini və onun minatəmizləmə fəaliyyətinə dəstəklə bağlı bütün əvvəlki qətnamələrini xatırladaraq;
Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasına tərəf ölkələrin on beşinci iclasında (2023) qəbul edilmiş “Minaların mədəni irsə təsiri” adlı UNESCO-nun qətnaməsini alqışlayaraq;
BMT-nin Baş katibinin 2023-cü il iyulun 31-də dərc edilmiş, minalarla çirklənmə və iqlim dəyişmələri arasında dərinləşən qarşılıqlı əlaqənin qeyd olunduğu A/78/259 saylı “Minatəmizləmə fəaliyyətinə dəstək” adlı hesabatını nəzərə alaraq;
Birləşmiş Millətlər Təşkilatının Minatəmizləmə fəaliyyəti ilə bağlı Strategiyasını və Birləşmiş Millətlər Təşkilatının Minalardan təmizləmə zamanı Qurbanlara Yardım Siyasətini nəzərə alaraq;
“Minatəmizləmə fəaliyyətində ətraf mühitin idarə edilməsi” Beynəlxalq Mina Təmizləmə Standartını IMAS 07.13 nəzərə alaraq;
2022-ci və 2023-cü illərdə Azərbaycanda keçirilmiş Minatəmizləmə fəaliyyəti üzrə əvvəlki Beynəlxalq konfransları və onların yekun sənədlərini təqdir edərək;
Minaların və müharibənin partlayıcı qalıqlarının mülki əhali üçün ciddi və davamlı sosial-iqtisadi təsirləri ilə bağlı narahatlığı ifadə edərək;
Minatəmizləmə fəaliyyətinin sülh quruculuğu prosesində etimadı möhkəmləndirən dəyərli tədbir olduğunu vurğulayaraq;
1. Humanitar minatəmizləmənin ekoloji aspektlərinin minatəmizləmə ilə bağlı səylərə inteqrasiya olunmasına çağırırıq;
2. Texniki, maliyyə və maddi yardım, təlimlər də daxil olmaqla, adekvat və müvafiq resursların ayrılması, o cümlədən minatəmizləmə üsulları və texnologiyaları üzrə tədqiqat və inkişafı təşviq etməklə mina qurbanlarına yardım, minalardan təmizləmə və risklərlə bağlı maarifləndirilmə kimi onun bütün sahələrində minatəmizləmə fəaliyyətini dəstəkləmək üçün bütün dövlətləri və digər maraqlı tərəfləri buna dəvət edirik;
3. Minaların və müharibənin partlayıcı qalıqlarının səbəb olduğu itkilərin qarşısının alınması və mina qurbanlarına tibbi xidmət, reabilitasiya və cəmiyyətə reinteqrasiya daxil olmaqla fəal dəstəyin təmin edilməsi ilə bağlı kompleks tədbirlərin görülməsinin zəruri olduğunu vurğulayırıq, dövlətləri və müvafiq təşkilatları bu səylər üçün resurslar ayırmağa və təcrübələrini bölüşməyə çağırırıq;
4. Minatəmizləmə fəaliyyətinin ətraf mühitlə bağlı milli və beynəlxalq strategiyalara inteqrasiyasını təmin etməklə, iqlim dəyişmələrinin təsirinin azaldılması, uyğunlaşma və dayanıqlılığa dair müzakirələrə və strategiyalara minatəmizləmə fəaliyyətini daxil etməklə, Birləşmiş Millətlər Təşkilatının iqlim konfranslarını minaların və müharibənin partlayıcı qalıqlarının ətraf mühitə təsirini qəbul etməyə və həll etməyə, həmin sahə üçün resursların ayrılmasına çağırırıq;
5. Minatəmizləmə fəaliyyətinin 2030-cu il Gündəliyinə daxil edilməsinin vacibliyini vurğulayır və bu məsələnin cari ilin sonunda keçiriləcək Gələcəyin Sammitində nəzərdən keçirilməsini tövsiyə edirik;
6. Dövlətləri və müvafiq maraqlı tərəfləri bilik, təcrübə və texnologiya sahələrində mübadilə vasitəsilə əməkdaşlığı genişləndirməyə çağırırıq; Bu xüsusda, biz Azərbaycan Respublikası ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) arasında Minatəmizləmə fəaliyyəti ilə əlaqədar Mükəmməllik Mərkəzinin yaradılmasına dair imzalanmış niyyət bəyanatını alqışlayırıq;
7. BMT-nin üzv dövlətlərini minatəmizləmə ilə bağlı, o cümlədən minaların basdırıldığı yerlər haqqında məlumat mübadiləsinə dair müvafiq beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq;
8. Minaların və müharibənin partlayıcı qalıqlarının mülki əhali üçün ciddi təhlükə yaratdığı, eləcə də ətraf mühitə, ərzaq təhlükəsizliyinə və daha geniş sosial və iqtisadi inkişafa əngəl törətdiyi ölkələrdə milli minatəmizləmə potensialının yaradılmasına və inkişafına dəstək vermək məqsədilə dövlətləri və müvafiq təşkilatları səylərini davam etdirməyə çağırırıq;
9. Təsirə məruz qalmış dövlətləri, BMT-nin aidiyyəti qurumlarını, minatəmizləmə fəaliyyəti ilə məşğul olan regional təşkilatları və qurumları, QHT-ləri minalarla çirklənmənin mənfi təsirlərinin azaldılması istiqamətində səyləri və həll yollarını səfərbər etmək üçün minatəmizləmə fəaliyyətinin ekoloji aspektini proaktiv şəkildə aktuallaşdırmağa çağırırıq;
10. Bu konfransın keçirilməsinə hərtərəfli dəstəyinə və yüksək qonaqpərvərliyinə görə Azərbaycan Respublikasının Hökumətinə minnətdarlığımızı bildiririk. Biz, həmçinin Azərbaycanla, eləcə də minadan zərər çəkmiş bütün ölkələrlə onların minalarla bağlı böyük probleminin həllində həmrəy olduğumuzu bildirir və beynəlxalq ictimaiyyəti Azərbaycanın humanitar minatəmizləmə sahəsində səylərini dəstəkləməyə çağırırıq;
11. 2024-cü il BMT-nin İqlim Dəyişmələri Konfransına (UNFCCC COP29) sədrliyində Azərbaycana uğurlar arzulayırıq”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

