Mütəxəssis: "PR sahəsi kifayət qədər inkişaf etməyib"
01.05.2024 [12:59]
Son illərə nəzər salsaq görərik ki, PR iqtisadi bazarı nəinki təşkil edir, həm də formalaşdırır, inkişaf etdirir və şirkətlərin rəqabətdə qalmasına, eyni zamanda yüksək gəlirlər əldə etməsinə imkan yaradır. Müasir dövrdə məhsulların və xidmətlərin təşviqi birbaşa reklamla yox, PR vasitəsilə markanın və ya təşkilatın müsbət imicinin formalaşmasi ilə həyata keçirilir. Bu gün ölkəmizdə reklama kifayət qədər böyük sərmayə yatıran, lakin düzgün PR aparmayan şirkətlər var. Onlar sonradan dəymiş zərəri aradan qaldırmaq üçün çoxlu zaman və məsrəflər sərf edirlər.
Marketinq və PR üzrə mütəxəssis Tural Ozan "Yeni Azərbaycan" a açıqlamasında bildirir ki, həm ölkənin iqtisadi bazarında, həm də sosial ictimai mühitdə əksər hallarda PR reklam və ya bir təşəbbüs kimi başa düşülür. Onun sözlərinə görə, PR (public relations) - ictimaiyyətlə əlaqəli bir sahədir və PR-ın sosial ictimai həyatda, dövlət orqanları və strukturlarında, eyni zamanda qeyri-kommersiya təşkilatlarında böyük əhəmiyyəti var: "Bu gün ölkə bazarında nümunəvi PR strategiyalarına malik çox az sayda şirkət göstərilə bilər. Mükəmməl PR doğru reklam, dinamik inkişaf, sədaqətli müştəriyə sahib olmaq deməkdir".
Bu gün ölkəmizdə olan şirkətlər, dövlət strukturları və təşkilatlar ictimaiyyətlə əlaqələrin qurulması istiqamətində işlər aparsalar da, bu istiqamətdə problemlər qalmaqdadır. Təsadüfi deyil ki, hal-hazırda özəl sektor şirkətləri tez-tez böhran kommunikasıyasına məruz qalır və bu vəziyyətdən çıxmaqda çətinlik çəkirlər.
T. Ozan bildirir ki, böhran kommunikasiyası PR-da ən vacib mərhələlərindən biridir: "Uğurlu PR strategiyasına malik olan şirkət və ya PR mütəxəssisi ən yaxşı halda böhran kommunikasiyasına düşməməli və düşdükdən sonra bunu təmsil etdiyi təşkilatın və ya şirkətin xeyrinə çevirə bilməlidir. Dövlət qurumları və strukturlarında isə bu məsələlərə xüsusi qaydada yanaşmalı, ictimaiyyətlə əlaqələr məsələlərində ictimaiyyətin mövqeyi və iştirakı təmin edilməlidir. Çox təəssüf ki Azərbaycanda bu sahə çox inkişaf etməyib. Buna əsas səbəb universitetlərdə bu sahə üzrə spesifik ixtisaslarının olmamasıdır. Son illərdə iki universitetimizdə bu ixtisas tədris olunmağa başlayıb. Məhz buna görə ölkəmizdə PR mütəxəssisləri barmaqla sayılası qədərdir . Mümkün olan məsələləri və problemləri aradan qaldırmaq üçün PR sektorunda işlər aparılır. Bu il mənim təşəbbüsüm ilə ölkəmizdə ilk dəfə PR forumu keçirilməsi üçün müvafiq təşkilati işlər görülüb, ilkin danışıqlar aparılıb. Azərbaycanda ilk dəfə PR mütəxəssislərini bir araya toplayacaq və hər il mütəmadi olaraq keçiriləcək PR forumu layihəsini yaxın zamanda həyata keçirəcəyik. Bu istiqamətdə işlər gedir. Ümid edirik ki, ictimaiyyətlə əlaqələr sektoru Azərbaycanda daha da möhkəmlənəcək və bu sahənin inkişafı etməsi ölkəmizin ictimaiyyətlə əlaqələr sektoruna fayda verəcək".
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxSosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16

