Redikülləri məyus edən nədir?
25.04.2024 [09:29]
Ölkəmizdəki varlığı ilə yoxluğu bilinməyən redikül müxalifət düşərgəsinin təmsilçilərinin sosial şəbəkələrdən uzağa getməyən “fəaliyyətləri” heç vaxt Azərbaycanın real ictimai-siyasi həyatı, cəmiyyətin sosial sifarişi ilə bağlı olmayıb. Onların sərgilədikləri əməllər, səsləndirdikləri absurd fikirlər bir qayda olaraq Qərbdəki Azərbaycanafob dairələrdən gələn sifarişlərdən və tezislərdən qaynaqlanıb. Pis ənənə indi də davam etdirilir. Bunu ölkəmizdə təkcə son günlərdə baş verən mühüm hadisələrə rediküllərin adekvat münasibət bəsləməmələri bir daha təsdiqləyir.
Beləliklə, bir neçə fakta diqqət yetirək. Hazırda respublikamızda gündəm çox zəngindir. Bir vaxtlar təsəvvürümüzə belə gətirməkdən ehtiyatlandığımız arzularımız bir-birinin ardınca həyata keçir. Ərazi bütövlüyümüzün təmin olunmasından sonra Qarabağda separatizmin kökünün tamam kəsilməsinə şahidlik etdik. Dövlət başçısı şanlı bayrağımızı Xankəndidə, Xocalıda və digər tarixi Azərbaycan torpaqlarında ucaltdı. Azərbaycanın uğurlu diplomatiyası sayəsində Ermənistan dörd kəndi döyüşsüz azad edib. İki ölkə arasında delimitasiya prosesinə start verilib. Azərbaycanın və Rusiyanın ali rəhbərlikləri arasında sülhməramlı kontingentin ərazilərimizdən çıxarılması razılaşdırılıb və artıq prosesə start verilib...
Bu kimi məsələlər ətrafında bir vaxtlar Azərbaycanda ciddi müzakirələr aparılırdı, insanlar dərin narahatlıqlarını ifadə edirdilər. Gözlənildiyi kimi, aparılan uğurlu siyasət sayəsində ümummilli ideyalarımızın gerçəkləşməsi xalqımız tərəfindən böyük coşqu ilə qarşılanır. Bu günlərdə paytaxtda və regionlarda vətəndaşlar sevinc hisslərini ifadə etmək və bölüşmək üçün müxtəlif tədbirlərə qatılırlar.
Bütün bunlar başa düşüləndir və təbii qarşılanır. Belə bir məqamda rediküllərin özlərini bəhs olunan mövzulardan kənarda saxlamalarının məntiqi isə əsla başa düşülmür. Bir vaxtlar “hakimiyyət işğala son qoymaq iqtidarında və istəyində deyil”, “nə qədər ki, Xankəndi, Xocalı separatçıların əlindədir, qələbəmiz yarımçıqdır”, “Rusiya sülhməramlıları heç vaxt ərazilərimizdən çıxmayacaq” deyib haray-həşir salan, sadə, vətənpərvər insanların əsəblərini tarıma çəkən rediküllər indi “susmaq qızıldır” prinsipinə keçiblər. Elə təsəvvür yaranır ki, hansısa bir qüvvə onlara uğurlarımız barədə danışmağı qadağan edib. Onlar da bu qadağalara əməl edərək bəhs olunan mövzularda danışmırlar, əvəzində cəmiyyətimizə yenə də neqativlər ötürmək üçün dəridən-qabıqdan çıxırlar.
Əsas ümumilli ideyalarımızın gerçəkləşməsi fonunda rediküllərin gündəm etmək istədikləri mövzular isə çox yersiz görünür. Məsələn, AXCP sədi Əli Kərimli siyasi məhbuslardan danışır. O, özünəməxsus tərzdə yalanlar uyduraraq ölkəmizdə olmayan siyasi məhbusların siyahısını 300 nəfərədək şişirdib. Görəsən, rediküllər konkret cinayət əməllərində təqsirli bilinənləri hansı meyarlar əsasında “siyasi məhbus” adlandırırlar? Azərbaycan hüquqi dövlətdir. Heç kəsin partiya mənsubiyyəti və yaxud siyasi oriyentasiyası ona toxunulmazlıq statusu vermir. Hər kəs törətdiyi cinayətin cəzasını almalıdır.
Və yaxud götürək AXCP sədrinin və onun çiyindaşlarının “seçki mitinqi” anonsu etmələrini. Təkrar edirik: Hazırda Azərbaycan cəmiyyətinə xoş ovqat hakimdir. İnsanlar bəhs etdiyimiz hadisələrin sevincini yaşamaqdadırlar. Belə bir şəraitdə rediküllərin insanları “seçki mitinqi”nə səsləmələri absurddur. Kim bu çağırışa qoşulacaq? Digər tərəfdən, Əli Kərimli, qondarma “Milli şura”nın digər təmsilçiləri ölkəmizdə əvvəlki və cari ilin fevralında baş tutan seçkilər ərəfəsində passivlik göstərdilər, özlərini mühüm ictimai-siyasi prosesdən kənarda saxladılar. Seçki ajiotajının yaşandığı günlərdə Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi rediküllər elə davranırdılar ki, sanki seçkilərdən bixəbərdirlər və marafonun təmsil etdikləri təsisatlara hər hansı bir aidiyyatı yoxdur. Siyasi təsisatlar məhz seçkilər ərəfəsində və seçkilər marafonunda daha yüksək aktivlik sərgiləməlidirlər. O başqa məsələdir ki, rediküllər sosial bazalarının olmadığını gözardı edərək qınlarına çəkilməyə üstünlük vermişdilər...
Bəs görəsən Azərbaycanın möhtəşəm uğurları fonunda redikülləri qəm dəryasına batıran, susmağa məhkum edən səbəblər hansılardır? Suala bəlli Qərb dairələrinin sərgilədikləri anti-Azərbaycan mövqeyinə istinad etməklə cavab verə bilərik. Məsələn, Bundestaqın üzvu, Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin başçısı Frank Şvabe də son günlərdə Azərbaycanla bağlı açıqlamaları ilə yenidən gündəmə gəlib. Onun söylədikləri ilə Əli Kərimlinin səsləndirdiyi “tezislər” bütünlüklə üst-üstə düşür. Fərq yalnız Əli Kərimlinin azərbaycanlı, Frank Şvabenin isə alman soyadı daşımasındadır. Ancaq belə görünür ki, onların ikisi də eyni missiyanı yerinə yetirir və ev tapşırıqlarını eyni mərkəzlərdən alırlar...
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29

