Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

19.04.2024 [10:55]

Təl-Əviv İsrail ordusunun aprelin 19-da İran ərazisinə hava zərbəsi endirdiyini təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, “The Washington Post” qəzeti bu barədə İsrail nümayəndəsinə istinadla məlumat yayıb. O, zərbənin İranın İsrailə raket və PUA hücumlarına cavab olduğunu vurğulayıb.

Hücumun İrana nə qədər ziyan vurduğu hələ aydın deyil. İsrail rəsmisi, eyni zamanda, bunun Təl-Əvivin Tehranı İranın daxilindəki hədəfləri vurmaq qabiliyyətinə malik olduğuna inandırmaq məqsədi daşıdığını bildirib.

Qeyd edək ki, bir müddət öncə, ABC telekanalı İsrailin İrandakı bəzi obyektlərə raket hücumu həyata keçirdiyi barədə məlumat yayıb. Eyni zamanda, “Fars” agentliyi İsfahan şəhərinin hava limanı yaxınlığında partlayış səslərinin eşidildiyini yazıb.

Paylaş:
Baxılıb: 524 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30