Nik de Vriz: Bakıda xal qazanmaq bizim üçün çətin olacaq
28.04.2023 [10:13]
“AlphaTauri” komandasının pilotları Nik de Vriz və Yuki Tsunoda Melburn və Bakı mərhələləri arasında pauzanı necə keçirdikləri və mövsümün ilk şənbə sprinti ilə bağlı fikirlərini bölüşüblər.
Nik de Vriz deyib: “Melburndan dərhal sonra mən tez Britaniyaya qayıtdım və günümü simulyatorda çalışmaq, məlumatların dəqiqləşdirilməsi və fasilədən sonra başlayacaq mərhələlərə hazırlaşmaqla keçirdim.
Sonra mənim bir sıra öhdəlikləri yerinə yetirmək üçün Niderlanda qısa səfərim oldu, bundan sonra isə “Milan” və “Napoli” arasında futbol matçlarına getdim. Mən çox əla təcrübə qazandım, azı Çempionlar Liqası mühüm hadisədir. Stadionda idman yarışına tamaşa etmək hər zaman maraqlıdır, çünki, zənnimcə, televiziya bütün emosiyaları tam olaraq əks etdirmir. Sən 80 minlik stadionda 22 oyunçunun matçına tamaşa etdikdə, oradakı atmosfer və emosiyalardan tüklərin biz-biz olur.
Mən ilin əvvəlində də analoji emosiyalar yaşamışam, Nyu-Yorkda maşınların rənglənməsindən sonra biz NBA-nın “Bruklin Nets” və “Çikaqo Bullz” komandaları arasında oyununa baxdıq. Mən idman yarışlarına tamaşa etməyi sevirəm.
Sonra Monakoda tennis turnirində oldum. Kortlarda sükunət hökm sürürdü, hərçənd mən Stefanos Tsitsipasın oyununa getmişdim və orada emosiyaları saxlamaq asan deyildi! Mən tennis yarışlarını yaxından izləyirəm, tennisçilərin əksəriyyətinin Monakoda yaşaması və mənimlə eyni trenajor zalına getməsi məni məmnun edir. Hətta onların bir neçəsi ilə eyni binada yaşayırıq.
Monakoda mənimlə birlikdə məşqçim də vardı, bu səbəbdən biz çoxlu çalışırdıq. Bundan başqa, mən vaxtımın bir hissəsini evdə keçirməyə şad olardım. İndi mən altı həftə ərzində keçiriləcək beş yürüşə hazıram, bizi gərgin qrafik gözləyir.
Bakıda mənim sprint formatında ilk yürüş uik-endim olacaq. Cəmi birsaatlıq tək məşqdə təsnifata hazırlaşmaq çətin olacaq, amma mən əvvəllər də bu trasda çıxış etmişəm və Formula 2-də üç dəfə finişə ikinci çatmışam. Hamımız davamlı fasilədən sonra sükan arxasına qayıtmağa sevinirik.
Bakıda unikal tras var. Adətən şəhər traslarında ötmə əməliyyatı yetərincə mürəkkəb olur, lakin ekstremal uzun düz yollar sayəsində bunun üçün imkanlar var. Bu səbəbdən Bakıda yürüşlər hadisələrlə zəngin olur və ümidvaram ki, hər şey bizim üçün uğurlu alınacaq və bayram etməyə səbəbimiz olacaq.
Mən inkişaf etdiyimizi hiss edirəm, amma orta qrupda mübarizə çox sıx olacaq. Xallara iddia etmək çətindir, çünki “normal” yürüşdə on yerin hamısı artıq tutulub. Biz adətən ilk onluqda olan komandaların hər bir səhvindən istifadə etməliyik.
İnkişaf əlamətləri görməyimə baxmayaraq, Bakıda maksimal sürətdən çox şey asılı olacaq. Belə ki, biz düz yolda o qədər də rəqabətqabiliyyətli deyilik. Hər şeyin necə alınacağına baxacağıq”.
Yuki Tsunoda isə qeyd edib: “Avstraliya yürüşündən sonra vaxtımın böyük hissəsini evdə - İtaliyada keçirmişəm. Bəzən Milana gedirdim, amma əsasən, məşq edirdim və bu səbəbdən özümü dincəlmiş və yürüşə hazır hiss edirəm. Ötən həftə mən simulyatorun sükanı arxasına qayıtmışam.
Keçən il Bakıda yetərincə yaxşı çıxış etmişəm, son iki ildə təsnifatda səkkizinci oldum və 2021-ci ildə finişə yeddinci çatdım. Ötən il mənim maşınımda DRS işləmədi, bunun nəticəsində altıncı mövqedə olduğum halda finişə 13-cü çatdım.
Mənim xatirələrim müsbətdir və tras xoşuma gəlir. Son iki ildə maşın trasa uyğun gəlirdi, komanda isə onun xüsusiyyətlərini yaxşı başa düşürdü. Ümidvaram ki, bu il də belə olacaq və biz xallar qazana biləcəyik. Komanda yeniliklər, o cümlədən bu trasa uyğun olan aşağı sıxma qüvvəli arxa qanad qoruyucusu hazırlayıb.
Bu il bizim maksimal sürətlə bağlı problemimiz var, Bakıda isə bu zəruridir. Ümid edirəm ki, yeniləmələr kömək edəcək və sazlamalar sayəsində maşın Azərbaycan trasına uyğun olacaq. Bu uik-end zamanı mən alışdığım nikbin yanaşmaya sadiq qalacağam və davamlı fasilədən sonra yenidən sükan arxasına qayıtmağı səbirsizliklə gözləyirəm.
Qarşıda sprint formatında mövsümün ilk uik-endi var. Onun formatı dəyişib və buna görə mən əvvəlkindən daha həyəcanlıyam. Dəyişikliklər o deməkdir ki, bizim sərəncamımızda cəmi bir məşq olacaq və bu səbəbdən simulyatorda keçirilən məşqlər daha böyük əhəmiyyətə malikdir.
Simulyatorda son sessiya çox uğurlu oldu. Əvvəlcə biz maşını daha yaxşı anlamaq üçün Avstraliya yürüşünə yekun vurduq, sonra diqqətimizi Bakı və Mayamidəki yürüşlərə hazırlıq məsələlərinə yönəltdik, axı buz Azərbaycandan dərhal sonra Floridaya yollanırıq”.
Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-də start götürəcək və iki təsnifat və iki əsas yürüşdən ibarət yeni formatda olacaq.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31

