/ / Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdirlər
Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdirlər
18.03.2024 [11:51]
Azərbaycan və Gürcüstan strateji tərəfdaş və dost ölkələrdir. Əlbəttə ki, bu münasibətlər hər iki ölkə xalqlarının rifah yüksəlişinə xidmət etdiyi kimi, ümumilikdə Cənubi Qafqazda sülh və əmin-amanlıq mühitini təmin edən ən mühüm amillərdən biridir. Məhz bu baxımdan da Azərbaycan və Gürcüstan liderlərinin ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini daha da gücləndirilməsinə yönəlmiş səyləri xüsusi önəm kəsb edir. Eyni zamanda qeyd olunmalıdır ki, ölkələrimiz arasındakı bugünkü əlaqələr Azərbaycan və gürcü xalqlarının tarixən mövcud olmuş səmimi dostluq və qonşuluq münasibətləri əsasında formalaşıb. O cümlədən Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin martın 16-da Azərbaycana rəsmi səfəri çərçivəsində ölkə rəhbərlərinin təkbətək və geniş tərkibli görüşləri zamanı iqtisadi, ticari, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq kimi mühüm məsələlər müzakirə edilib. Əlbəttə ki, Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir və bu gün bir çox istiqamətlərdə - enerji, nəqliyyat, logistika, dəmir yolu və bütün digər sahələrdə əməkdaşlıq uğurla həyata keçirilir.
Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir. Bu sözləri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib. “Ümumiyyətlə, Azərbaycan qazını alan ölkələrin sayı 8- çatıb və bu, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq. Azərbaycanın enerji resurslarına olan tələbat ildən-ilə artır və artacaq”, - deyə dövlət başçısı əlavə edib.
Hazırda bu iki ölkə əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir. Elə Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuata verdiyi bəyanatı da bunun bir daha təsdiq edir. Belə ki, “Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır” deyən dövlətimizin başçısı bildirib ki, birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq: “Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir. Dediyim kimi, bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq”.
Bu ayın əvvəlində Bakıda ənənəvi Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının keçirildiyini və bu tədbirdə Gürcüstanın yüksək səviyyədə təmsil olunduğunu xatırladan Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir: “Ümumiyyətlə, Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb və bu, son deyil”. Yaxın gələcəkdə bu ölkələrin sayının artacağını əminliklə qeyd edən dövlətimizin başçısı, həmçinin bildirib ki, bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir: “Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir”.
Bütün bunlarla yanaşı, iki ölkə yeni layihələr üzərində də işləyir. Onlardan biri yaşıl enerji layihəsidir: “Burada da Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlamışdır. Hesab edirəm ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcəkdir. Buna da böyük tələbat var. Həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və biz hazırda texniki-iqtisadi əsaslandırma üzərində çalışırıq. Cari ilin sonuna qədər bu iş başa çatacaq və ondan sonra praktiki addımlar atılacaqdır.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

